DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İRAN ABŞ QOŞUNLARINA QARŞI HÜCUMLARIN YENİ MƏRHƏLƏSİNİ PLANLAŞDIRIR

İran ABŞ-a qarşı hücumların yeni mərhələsini həyata keçirmək məqsədilə Suriyadakı yaraqlıları silahlandırır. Bu barədə “Washington Postqəzeti kəşfiyyat rəsmilərinə istinadən məlumat yayıb.

Verilən xəbərə əsasən, rəsmi Tehran amerikalıların regiondan çıxarılması üçün Rusiya ilə birlikdə daha geniş strategiya üzərində işləyir. Belə ki, İran müttəfiqləri spesifik olaraq ABŞ hərbi nəqliyyat vasitələrini hədəfə alacaq güclü zirehdəlici yolkənarı bombalardan istifadə edə bilən qüvvələr yaradır onlara təlimlər keçir.

Eyni zamanda, İranın bu qruplardan isti

fadə edərək ABŞ-ın Suriyadakı qüvvələrinə raket dron zərbələri endirə biləcəyi qeyd olunub.

Bildirilir ki, İran ABŞ qoşunlarını hədəfə alacaq silahları Suriyaya zəlzələ üçün göndərilmiş humanitar yardımların arasında gizlədib.

 

VOLODİMİR ZELENSKİ: AVROPA UKRAYNAYA YARDIMDA TƏRƏDDÜD EDİR

Avropa Ukraynaya kömək barədə qərar verməkdə tərəddüd edir. “Reportagentliyinin xəbərinə görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Moldovanın paytaxtı Kişineuda zirvə toplantısında çıxışı zamanı bildirib.

Dövlət başçısının sözlərinə görə, Avropanın tərəddüdünün davam etdiyi bir vaxtda, Rusiya hərbçiləri yeni səngərlər qazırlar.

Bununla yanaşı, Zelenski Qərbdəki müttəfiqlərini zamanın çağırışlarına cavab verməyə səsləyib: “Tərəddüdə qədər tez son qoysaq, bəlalardan bir o qədər effektiv xilas ola bilərik”.

Ukrayna lideri həmçinin qeyd edib ki, bütün bunlara baxmayaraq, Kiyevin tərəfdaşları boş dayanmırlar: “Bu, bizim təhlükəsizliyimizi təmin edir”.

Eyni zamanda, Volodimir Zelenski Rusiyanın növbəti hədəfinin Moldova ola biləcəyinə eyham vurub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24- başlayıb.

 

ABŞ-DA BORC HƏDDİ İLƏ ƏLAQƏDAR QANUN LAYİHƏSİ QƏBUL EDİLİB

ABŞ Konqresinin Nümayəndələr Palatası dövlət borcunun yuxarı həddinin artırılması ilə bağlı qanun layihəsini qəbul edib. “Reportagentliyinin ABŞ mətbuatına istinadən xəbər verir ki, 314-dən çox deputat qanun layihəsinin lehinə, 117-si isə əleyhinə səs verib.

Daha sonra qanun layihəsi baxılmaq üçün Senata göndəriləcək. Bundan sonra Konqresin hər iki palatası tərəfindən təsdiqlənərsə, imza üçün ABŞ prezidenti Cozef Bayden təqdim ediləcək.

ABŞ prezidenti Cozef Bayden qanun layihəsi qəbul edildikdən sonra məsələ ilə bağlı yazılı açıqlama verib. Açıqlamada bildirilir ki, Nümayəndələr Palatası ilk defoltun qarşısını almaq ABŞ-ın əziyyətlə qazanılan tarixi, iqtisadi bərpasını qorumaq üçün kritik bir addım atıb.

 

HONKONQ BƏƏ KRİPTOVALYUTA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ EDƏCƏK

Kriptovalyuta sektoru ilə yaxından maraqlanan bir çox ölkə bu sahədə işlərini təkmilləşdirmək üçün bir sıra əməkdaşlıq əlaqələri qurur. Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı Honkonq Valyuta Təşkilatı rəqəmsal aktivlərin tənzimlənməsi inkişafı da daxil olmaqla üç əsas sahədə əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. “Trendagentliyinin məlumatına görə, müzakirələr zamanı kripto tənzimləmələrində birliyin gücləndirilməsi qərara alınıb.

Verilən xəbərə əsasən, bu əməkdaşlığa əlavə olaraq, iki ölkənin mərkəzi bankları hər bir regionun müvafiq innovasiya mərkəzləri ilə birgəfintechinkişaf təşəbbüslərinin asanlaşdırılacağını da vurğulayıblar.

Eyni zamanda, iki ölkə arasında maliyyə infrastrukturu maliyyə bazarı əlaqələri müzakirə olunan görüşdə əsas məqamlar kimi qeyd edilib. Honkonq Valyuta Təşkilatının baş direktoru Eddie Yue, əlaqələrin bir çox tamamlayıcı güclü tərəfləri qarşılıqlı maraqları bölüşdüyü üçün hər iki yurisdiksiyaya iqtisadi fayda verəcəyini dilə gətirib.

 

EMMANUEL MAKRON: PUTİN NATO-NUBEYİN ÖLÜMÜNDƏNXİLAS EDİB

Fransa prezidenti Emmanuel Makron beyin ölümü keçirdiyi dediyi NATO-nu Rusiya lideri Vladimir Putininelektroşokla oyatdığını bildirib. “Teleqraf.comun verdiyi xəbərə görə,