DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: TÜRKİYƏNİN RUSİYA İLƏ BAĞLI MÖVQEYİ DƏYİŞMƏyƏcƏk

Türkiyənin anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyi dəyişməyəcək”. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Türkiyə Rusiya Federasiyasına qarşı sanksiyaların tətbiqi ilə bağlı Qərbin tələblərini yerinə yetirmək fikrində deyil.

Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, rəsmi Ankaranın anti-Rusiya sanksiyalarına qoşulması məqsədəuyğun deyil, çünki Rusiya Türkiyənin ən böyük ticarət-iqtisadi tərəfdaşıdır.

Bununla yanaşı, Ərdoğan qeyd edib ki, Türkiyə ABŞ Qərb ölkələri, eləcə Rusiya Federasiyası Çinlə münasibətlərini bərabər səviyyədə saxlamağa çalışır.

 

İRANDA ETİRAZ AKSİYALARI YENİDƏN ALOVLANIB

İranda rejim əleyhinə etirazlar yenidən alovlanıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmalaları İnstitutunun məlumatında qeyd olunur.

Açıqlamaya əsasən, bunun başlıca səbəbi ölkədə edamların sayının artmasıdır. “Mayın 19-da rejim əleyhinə 10 etiraz aksiyası keçirilib. Bu, son bir həftə ərzində rekord göstəricidir. Həmçinin cümə günü 3 nəfər edam edilib”, - deyə ABŞ-ın Müharibə Araşdırmalaları İnstitutu vurğulayıb.

Eyni zamanda, Qərb analitiklərinin fikrincə, edamlar rejim əleyhinə əhvali-ruhiyyəni ciddi şəkildə gücləndirməyə davam edəcək.

Qeyd edək ki, fevralın 15-dən İranda tələbə qızların kütləvi zəhərlənməsi halları geniş yayılıb. Bu səbəbdən tələbələrin valideynləri mütamadi olaraq etirazlar keçirir.

Xatrıladaq ki, İranda etiraz aksiyaları ötən il sentyabrın 17- 22 yaşlı Məhsa Əmininin işgəncə nəticəsində öldürülməsindən sonra başlayıb.

 

EV: VAŞİNQTONDA  DÖVLƏT BORCU ÜZRƏ CİDDİ FİKİR AYRILIĞI MÖVCUDDUR

Respublikaçılar Vaşinqton administrasiyasının rəsmiləri arasında ABŞ-da defoltun qarşısını almaq üçün məsləhətləşmələrdə ciddi fikir ayrılığı qalmaqdadır. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu mayın 20- Evin mətbuat katibi Katin Jan-PyerG7” liderlərinin sammitinin keçirildiyi Hirosimada brifinq zamanı bəyan edib.

Şübhə yoxdur ki, aramızda ciddi fikir ayrılıqları mövcuddur. Bu dialoq olduqca çətin olacaq biz bunun fərqindəyik”, - deyə mətbuat katibi vurğulayıb.

Katin Jan-Pyer həmçinin qeyd edib ki, ABŞ prezidenti Cozef Baydenin köməkçiləri ikipartiyalı həllə nail olmaq üçün çalışmağa davam edəcəklər.

Eyni zamanda, mətbuat katibinin sözlərinə görə, Cozef Bayden gündəlik olaraq məsləhətləşmələrin gedişi barədə məlumatlandırılır.

Yanvarda ABŞ qanunla təyin edilən 31,4 trilyon dollarlıq borc limitini keçib, bundan sonra ölkənin Maliyyə Nazirliyi maliyyə əməliyyatlarını davam etdirmək üçün təcili tədbirlər görməyə məcbur olub. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırır.

 

KREML ALMAZ TİCARƏTİ İLƏ BAĞLI -NİN QƏRARINA MÜNASİBƏT BİLDİRİB

Qlobal bazar alternativ istiqamətlərlə zəngindir”. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsində -nin Rusiyadan almaz ticarətini məhdudlaşdırmaq niyyətini şərh edərkən bildirib.

Qərarları gözləyək. Praktika göstərir ki, digər mallar məhsullar üçün harada alışı dayandırsalar, başqa yerdən almağa başlayırlar. Burada boşluq yoxdur, dünya bazarı mobildir, alternativ istiqamətlərlə zəngindir”, - deyə Kremlin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Avropa Şurasının prezidenti Şarl MişelG7” sammiti öncəsi Hirosimada keçirilən brifinqdə bildirib ki, Avropa İttifaqı Rusiya almazlarının ticarətini məhdudlaşdırmağa çalışacaq.

Eyni zamanda, bir müddət öncə Böyük Britaniyanın baş naziri Rişi Sunak Rusiyadan almaz, mis, nikel alüminium idxalına qadağa qoyduğunu açıqlamışdı.

 

G7” LİDERLƏRİ YEKUN KOMMÜNİKE QƏBUL EDİBLƏR

Böyük Yeddilik” (