Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Pal Erdöş

"Qəbirdə dincəlməyə çox vaxtım olacaq...". Belə deyərdi ona bir az dincəlməyi təklif edən dostlarına  XX əsrin ən görkəmli riyaziyyatçılarından  olan Pal Erdöş... Axı onun üçün riyaziyyatdan vaz keçmək "ölmək" demək idi. Bütün ömrünü elmə həsr edən bu dahinin  həyatda ən çox zövq aldığı məşğuliyyətinin  qəhvə rəqəmlər olduğunu söyləsək yəqin ki, yanılmarıq. Bəlkə elə bu səbəbdən tanınmış riyaziyyatçı Alfred Renyi onu "qəhvəni teoremə çevirən maşın" adlandırmışdı...

Budapeştdə (o dövrdə Avstriya-Macarıstandoğulan riyaziyyatçı  yəhudi əsilli ailənin  sağ qalan yeganə övladı idi. Belə ki, ondan daha əvvəl doğulan iki bacısı körpə ikən qızılcadan ölmüşdü. Hər iki valideyni ixtisasca riyaziyyatçı idi bir müddət ali məktəb müəllimi işləmişdilər. İrsən valideynlərindən keçən  riyazi qabiliyət Palda çox erkən yaşında özünü göstərmişdiBelə ki, hələ dörd yaşında ikən  o beynində dörd tərtibli rəqəmlər üzərində vurma əməliyyatını həll etməklə hər kəsi təəccübləndirməyi bacarırdı.

Bu dahi şəxsiyyət elmə bəxş etdiyi töhfələrlə  yanaşı, özünəməxsus  vərdişləri ilə yaddaşlarda qalıb. Belə kiriyaziyyatçı  yuxuya getməmək üçün qəhvə amfetaminlərdən (sakitləşdirici maddələr) istifadə edirmiş. Bu yolla o, iyirmi saat işləyə bilirmiş. Bir dəfə dostu ilə 500 dollarlıq mərcə girən Erdöş bir ay amfetaminsiz qalmağa razı olur mərci udur. Lakin dostuna şikayət edərək söyləyir ki, "Məni amfetaminsiz qoyaraq, sən riyaziyyata bir zərbə vurmuş oldun". 

Həyatı boyu heç vaxt evlənməyən alim bunun səbəbini bütün  diqqətini işinə cəmləməsi ilə əlaqələndirib. Qeyri-adi şəxsiyyətə sahib olan riyaziyyatçının özünəməxsus  danışıq tərzi var idi. Belə ki, alim uşaqları "epsilon", qadınları "rəis", kişiləri isə  "qul" adlandırırdı. Riyaziyyatla məşğul olmayanları isə "ölü insanlar" adlandırmışdı

Onun  daimi yaşadığı bir evi, ki, zövq aldığı bir hobbisi var idi. Elə bu səbəbdən   bütün əşyalarını bir cüt çamadanda saxlayırdı. Bir sözlə, alimin həyatı da bir neçə saat  yatmaq, yemək, içməklə keçib. Ən əsası isə riyaziyyatsız keçən bir anı belə olmayıb. Sözün əsl mənasında, özünü elmə fəda edən  alim 83 yaşında ürək çatışmazlığı səbəbindən həyatla vidalaşıb.

 

Vladimir Vısotski

Vladimir Semyonoviç Vısotski... "Görüş yerini dəyişmək olmaz" filmində canlandırdığı Jeqlov obrazı ilə çoxlarının qəlbində taxt quran rus şairi, aktyoru musiqiçisi sanki  bu dünyanın adamı deyildi. Özünü dərk edəndən bir fikir onu rahat buraxmırdı - zamanında gəlməmişdi dünyaya. Yaşadığı zamanla barışa bilməyən Vladimir Vısotski zamana öz sözünü deməyi bacardı. Deyə bilməyənlərin əvəzinə dedi. Dediklərinə görə milyonlarla insan onun pərəstişkarı oldu, onu sevdilər. Əslində yazdıqlarında, oxuduqlarında həqiqətdən başqa qeyri-adi bir şey yox idi. Bir qadağalara, yasaqlara baxmayaraq, Vısotski cürəti, Vısotski iradəsi...

   Şair Moskvada anadan olmuşdu. Onun uşaqlığı müharibə illərinə təsadüf edirdi. Bir müddət atası analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıtmış, müəllimlər evindəki dram dərnəyinə yazılmışdı. Vısotski Tikinti-Mühəndisləri İnstitutuna daxil olsa da, bu təhsil ocağını tərk etmiş, Moskva Bədii Akademik Teatrın nəzdindəki V.İ.Nemiroviç-Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdu. Ömrünün sonuna qədər isə Moskva Dram Komediya Teatrında işləmişdi. "Qalileyin həyatı", "Hamlet", "Puqaçov", "Albalı bağı", "Cinayət cəza" tamaşalarında baş rollarda məharətlə çıxış etmişdi.

Yaradıcılığının hər addımı uğur, şəxsi həyatının hər addımı isə uğursuzluqla müşayiət olunurdu. Zamandan qisas alırdı. İçkiyə