Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Nazim Hikmət

XX əsr türk ədəbiyyatının böyük şairlərindən olan Nazim Hikmət... Romantik ruhlu, coşqun pafoslu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verən bu şairin həyatı maraqlı faktlarla zəngindir... Oğlunu atdı, bacısının rəfiqəsini aldatdı, Atatürkdən əfv dilədi...

Türkiyədə zadəgan ailəsində anadan olan şairin anası Cəlilə xanım rəsmlə məşğul idi. Onun dövrün tanınmış şairi Yahya Kamalla sevgili olduğunu bilən Nazim Hikmət evdən qaçaq düşür Yahya Kamala belə bir məktub yazır: "Müəllimim olaraq girdiyiniz evə atam kimi girə bilməzsiniz".

O qadınlara olan münasibətilə olduqca məşhurdur. Birini deyək... Bacısının dul rəfiqəsi Pirayə ilə evli idi, həbsdən məktublaşırdılar. Lakin günlərin birində dayısı qızı Münəvvər onu ziyarətə gəlir Nazim qadına aşiq olur. Pirayəni isə atır...

Münəvvərlə evlənən yazıçının bu izdivacdan Mehmet adlı oğlu dünyaya gəlir. Bu ərəfədə əsgərliyə çağırılan şair, çağırışın onun üçün yaxşı olmayacağını düşünərək Moskvaya qaçır. Münəvvəri oğlu Mehmeti Türkiyədə təkbaşına qoyur, özü isə başqa qadınlara yelkən açır.

O qadınlardan biri isə Qalina idi. Nazimlə xəstəxanada tanış olmuşdular. Sonra isə yavaş-yavaş bu eşq solmağa başlamışdır. Sən demə, mavi gözlü yaraşıqlı şair başqa bir qadına aşiq olubmuş. Bu, Vera Tulyakova idi. Qalina həqiqəti öyrənəndə heç demir Nazimin atmağını bağışlayır. Səbəb isə Nazim Hikmətin Veranı sevəndən sonra yaxşı şeirlər yazmasıydı.

Vera Tulyakovanı sevmək şair üçün ağır idi. Çünki bundan bir qədər əvvəl infarkt keçirmişdi bu həyəcan onu öldürə bilərdi. Həkim "sevsən 3 il, sevməsən 10 il yaşayacaqsan" demişdi. Dostlarına bunu danışanda məşhur "Milyon roz" şeirinin müəllifi Andrey Voznesenski "Nazim, sevərək 3 il yaşamağı seç" demişdi. həqiqətən Nazim Hikmət Vera ilə birlikdə 3 il 4 ay yaşadı.

Ayrılıqlarından bir müddət sonra Münəvvərlə oğlu Mehmet onunla görüşmək üçün sosialist şəhəri Varşavaya gəlir. Nazim isə onların yanında qalmır, oğlunu da, Münəvvəri atıb Veranın yanına qayıdır. Oğlu bu hərəkəti ona ömür boyu bağışlamır.

Qəribə faktlardan biri isə odur ki, Nazim Hikmətin həyatında böyük rol oynamış üç qadın - Qalina, Vera Münəvvər onun dəfni zamanı bir araya gəlmişdilər. Üçü yanaşı duraraq Nazimin qəbrinə baxıb həzin-həzin ağlamışdılar.

28 il həbs cəzası alan şair onun 12 ilini dəmir barmaqlıqlar arasında yatmışdı. Deyilənə görə, həbsdə su işgəncəsinə məruz qaldığından travma almışdı. Ömrünün sonuna qədər bədəninə su vurmamış, çimə bilməmişdi. Bu səbəbdən bədənini ətirlə təmizləyirdi.

Atatürkə əfv olunmağı ilə bağlı məktub ünvanlasa da, həmin vaxtlar prezident xəstə yatağında olduğu üçün məsələni köməkçisinin həll etməsini tapşırır. Ancaq sonralar naməlum səbəbdən məsələ öz həllini tapmır...

61 yaşında ürək tutmasından Moskvada vəfat edən şair dünyadan köçərkən əlində oxucularının məktubları səhər qəzeti olub. Vera onun qapının ağzında yerə yıxılmış vəziyyətdə tapmışdı.

 

Fidel Kastro

"Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən mütləq qızıl medal alardım". Belə deyərdi Kubanın xarizmatik lideri, öz tərəfdarları arasında xüsusi çəkiyə malik müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olan Fidel Kastro... Müxalifətə qarşı çox amansız davranan bu diktator yarıməsrlik hakimiyyəti dövründə dəqiq statistika olmasa da, 10 minlərlə insanın ölümünə səbəb olub...

Kuba lideri Fidel Kastro keçmiş SSRİ üçün Amerika qitəsindəki inqilab rəmzi idi. Onun haqqında bir çox əfsanələr dolaşsa da, şəxsi həyatı barədə o qədər çox məlumatlar yoxdur.

Məşhur lider