Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanmışdır. Mayın 12-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" tədbirinin rəsmi açılış mərasiminin keçirilməsi türk dünyasının həmrəyliyi baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüraliyev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və türk dövlətlərindən rəsmilər, incəsənət kollektivləri iştirak etmişdir.
TÜRKSOY, Azərbaycan Respublikasının müvafiq nazirlikləri və dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Oktyabr ayında planlaşdırılan Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın əsrlər boyu müxtəlif sivilizasiyalara evsahibliyi etməsi, türk dünyasındakı etnik mövqeyi danılmazdır. Məhz forum çərçivəsində türk dünyasının həmrəyliyi baxımından bütün maraqlı tərəflər bir araya gələrək türk mədəniyyətinin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. Azərbaycanın bu təşəbbüsü ictimaiyyət üzvləri, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Şuşada keçiriləcək Birinci Türk Dünyası Mədəniyyət Forumu da mədəni əlaqələrin inkişafında müsbət rol oynayacaq.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın qədim mədəniyyət mərkəzi kimi Şuşanın inkişafına çox böyük qayğı göstərmişdir. Ulu öndər Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. 1980-1981-ci illərdə görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə-məqbərə tikilmiş və 1982-ci il yanvarın 14-də ümummilli liderin iştirakı ilə Şuşada şairin məqbərəsinin böyük təntənə ilə açılışı olmuşdu. Bununla yanaşı, ulu öndər Üzeyir Hacıbəylinin və Bülbülün Şuşada ev-muzeylərindəki eksponatlarla tanış olmuş və onların qorunmasına dair tövsiyələrini vermişdi. Şuşaya növbəti dəfə səfər edən Heydər Əliyevin bilavasitə iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı olmuşdu. Ulu öndərin: "Şuşa, Azərbaycanın gözüdür! Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir! Şuşa hamı üçün əzizdir" ifadələri Şuşanın Azərbaycan üçün əvəzolunmazlığının bariz göstəricisidir.
Əfsuslar olsun ki, xain düşmən Şuşanı darmadağın etmiş, etnik, milli və mənəvi dəyərlərimizi təhqir etmiş, bu yerləri viran qoymuşdur. 44 günlük Vətən müharibəsində yenidən öz azadlığına qovuşan Şuşada bu gün mədəniyyət abidələrimiz bərpa olunur, quruculuq işləri sürətlə davam etdirilir. Şuşanın işğalı zamanı zədələnmiş və Bakıya gətirilmiş 3 dahi şəxsiyyətin heykəli Şuşaya qaytarıldı. İllərdir "Güllələnmiş heykəllər" adlandırılan Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Azərbaycan Prezidenti İlham Əliyevlə ailəsinin Şuşaya səfəri ərəfəsində doğma yurduna qovuşdu. Bununla yanaşı, Azərbaycan peşəkar vokal sənətinin banisi, musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, görkəmli xanəndə, Xalq artisti Bülbülün Şuşanın işğalı dövründə erməni vandalizminə məruz qalan ev-muzeyinin bərpadan sonra təntənəli açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak ediblər.
Şuşa Azərbaycan xalqının taleyində, tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Ümumən, Qarabağ şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar diyarıdır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhərlərimizin, kəndlərimizin, tarixi-mədəniyyət abidələrimizin, məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən həyat