Mendeleyev cədvəli sanki bu bitkidə toplanıb…
Gicitkən hələ qədim zamanlardan müalicəvi xüsusiyyətlərinə görə xalq təbabətində dərman bitkisi kimi istifadə olunur. Tərkibi sanki başdan-başa Mendeleyev cədvəlini xatırladan bu bitki demək olar ki, insan orqanizmi üçün vacib olan bir çox elementlərlə zəngindir. Bəs gicitkəndən hansı xəstəliklər zamanı istifadə etmək olar?
Antimikrobiyal və antioksidant təsirə malik olan gicitkən yapon xalq təbabətində arı və ilan sancması zamanı zəhər əleyhinə vasitə kimi istifadə olunur. Həmçinin ağrıkəsici xüsusiyyəti ilə də seçilən gicitkən ağrını aradan qaldırmağa kömək edir. Hətta aparılan araşdırmalar zamanı sübut olunub ki, gicitkən güclü iltihab əleyhinə təsirinə görə revmatizmə qarşı da effektiv vasitədir. Xərçəng xəstəliyinin də qarşısını alan bu bitki damarlarda oksigenin miqdarını artırır, toxumaların qidalanmasını yaxşılaşdırır, həzm sisteminə müsbət təsir edərək qəbizliyi aradan götürür və böyrəkləri təmizləyir. Bundan əlavə, dərini təravətləndirir, immuniteti gücləndirir. Gicitkən həm də yaxşı bir kalsium qaynağıdır. Tərkibi K vitamini ilə zəngin olduğundan sümük iliyində problemi olanlar üçün olduqca faydalıdır. Qanyaradıcı xüsusiyyətilə isə qanda hemoqlabinin səviyyəsini artırır. Aparılan araşdırmalara əsasən, gicitkən insulin səviyyəsini tənzimləyir, diabetlə bağlı simptomları azaltmağa kömək edir. Təzyiq və xolesterol problemi olan şəxslərə isə gündə bir fincan gicitkən çayı tövsiyə olunur.
Onu əbəs yerə səssiz "qatil" adlandırmırlar...
Xolesterolun təhlükələri haqqında tez-tez eşidirik və onu daha çox yağlı qidalarla əlaqələndiririk. Lakin əslində qanda xolesterin səviyyəsinin çox olması yalnız yediyimiz qidalarla əlaqəli deyil. Belə ki, mütəxəssislər bəzən bu problemin irsi səbəbdən də qaynaqlandığını söyləyirlər. Ona görə də sağlam qidalanan insanlar belə bu problemlə qarşılaşa bilərlər. Çünki insan onun varlığını heç hiss etmir. Elə bu səbəbdən də xolesterolu səssiz qatil adlandırırlar. Alimlər qanda xolesterinin səviyyəsini izləməyə çağırırlar, çünki zahiri olaraq ürək-damar xəstəliklərinə səbəb olana qədər normadan artıq əlamətlərini izləmək mümkün deyil.
Xüsusilə 30 yaşdan yuxarı insanların qanda xolesterol səviyyəsinin yoxlatdırılmasının vacib olduğu bildirilir. Alimlərin sözlərinə görə, əgər xolesterolun yüksək olması genetikdirsə bu, erkən infarkt və insult ehtimalını gücləndirir.
Bu genetik qüsur qandan xolesterolun düzgün təmizlənməsinə mane olur. Belə insanların uşaqlıqdan başlayaraq, damarlarında xolesterin toplanmağa başlayır ki, bu da ürəyin qan tədarükünü pozur, infarkt və insult riskini artırır. Bu qüsuru olan kişilərin təxminən yarısı 55 yaşından əvvəl, qadınların isə üçdəbiri 60 yaşına qədər infarkt keçirir.
Əgər bu qüsur gənc yaşlarda aşkarlanarsa, ölümcül ürək-damar ağırlaşmaları riskini əhəmiyyətli dərəcədə azalda bilər. Bu isə xüsusi pəhrizlər və dərmanların qəbulu ilə əldə edilə bilər. Bundan əlavə, belə insanlar mütəmadi olaraq həkim müayinəsindən keçməli və qan nümunələri verməlidir.
Bu içkilərdən uzaq durun
Amerikalı alimlər mütəmadi olaraq istehlak edilən bəzi içkilərin tərkibində standartlardan artıq zəhərli metallar aşkarlayıblar. Bu səbəbdən də insanların belə içkilərdən uzaq durmasını tövsiyə edirlər.
ABŞ-ın Tulane Universitetində aparılan araşdırmada mütəxəssislər meyvə şirələri, bitki mənşəli südlər, qazlı və digər 60 içkinin tərkibini araşdıraraq 25 zəhərli metal müəyyən ediblər. Araşdırma nəticəsində məlum olub ki, qarışıq şirələr, badam və yulaf kimi bitki mənşəli südlər digər içkilərdən daha çox zəhərli metal ehtiva edir.
Bəzi içkilərdə nikel, manqan, bor, kadmium, stronsium, arsen və selenium da daxil olmaqla 25 elementdən 7-nin insan istehlakı üçün nəzərdə tutulan normalarını aşdığı qeyd edilib. Bu içkiləri istehlak edən insanların 93 faizindən çoxunda qurğuşun aşkar edilib.
Tədqiqat müəllifi Tewodros Godebo bildirib ki, bu mövzuda insanların daha çox məlumatlandırılmasına