ÜMUMMİLLİ LİDER —100
Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə - Azərbaycan dostluğunu çox gözəl ifadə edən "Bir millət, iki dövlət" ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin.
Rəcəb Tayyib Ərdoğan,
Türkiyə Respublikasının prezidenti.
Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün, Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün çox işlər görmüşdür.
Nursultan Nazarbayev,
Qazaxıstan Respublikasının sabiq prezidenti.
Demokratiya və bazar iqtisadiyyatı yolu ilə gedən müstəqil dövlət kimi Azərbaycanın son illər möhkəmlənməsində, iqtisadi islahatların aparılmasında və bu işdə böyük uğurlar əldə edilməsində Prezident Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirirəm. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəqillik yolunda qarşılaşdığı çətinliklərin dəf edilməsində böyük müvəffəqiyyətə nail olmuşdur. Birləşmiş Ştatlarda bu müvəffəqiyyətin davam etdirilməsini arzulayıram.
Bill Klinton,
Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti.
Cənab Prezident Heydər Əliyevlə biz dəfələrlə görüşüb söhbət etmişik. Heydər Əliyev kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün böyük əhəmiyyətə malikdir.
Prezident Heydər Əliyev çox maraqlı simadır, onun dünyamiqyaslı liderlərdən biri olduğunu nəzərə alsaq, görərik ki, o, çox parlaq şəxsiyyətdir… Bizim ilk ünsiyyətimiz Lissabonda oldu, sonra başqa beynəlxalq tədbirlərdə görüşdük. Əgər bizim müxtəlif dünyalardan olduğumuzu nəzərə alsaq, deməliyəm ki, bu gün mən çox maraqlı təcrübə müşahidə etdim.
Emil Konstantinesku,
Rumıniya Respublikasının sabiq prezidenti.
Azərbaycan Prezidenti Heydər Əliyev açıq və qətiyyətli mövqeyi olan bir dövlət xadimidir. O, Xəzərin enerji ehtiyatlarından istifadə sahəsində iki ölkənin işbirliyinə böyük əhəmiyyət verən, ABŞ ilə Azərbaycan arasında münasibətlərin səviyyəsinin yüksəldilməsinə səy göstərən tanınmış bir şəxsiyyətdir.
Madlen Olbrayt,
Amerika Birləşmiş Ştatlarının
sabiq dövlət katibi.
Hörmətli Heydər Əliyev dostumdur, qardaşımdır, Azərbaycan Respublikasının Prezidentidir. Onunla uzun zamandır ki, tanışıq. Ona böyük sevgim, hörmət və ehtiramım vardır. Bunun kökündə onun insani xüsusiyyətləri, Azərbaycan millətinə, xalqına xidmətləri, Azərbaycan dövləti, müstəqilliyi naminə gördüyü işlər durur. Mənim tanıdığım Heydər Əliyev Azərbaycan vətənpərvəridir, bir o qədər də türk vətənpərvəridir. O, böyük türk topluğunun keçmişini, gələcəyini çox yaxşı bilir. Yaxşı bilir ki, bu topluluğun içindəki hər müstəqil dövlət bir qardaşdır. Millət birdir, dövlətlər ayrı-ayrıdır. Türkiyə və Azərbaycan xalqları qardaş millətdir, bir millətdir. Biz bu millətin iki dost və qardaş dövlətləriyik.
Süleyman Dəmirəl,
Türkiyə Respublikasının
sabiq prezidenti.
Heydər Əliyev dünya qarşısında xidmətlərinə görə, beynəlxalq aləmdə tanınmış siyasət və dövlət xadimi kimi, Gürcüstanın və gürcü xalqının dostu kimi bizə əziz və doğmadır. Qəzetlərimizin "polad iradəli Əliyev" yazdığı kimi, o, həqiqətən də polad iradəyə malik nadir şəxsiyyətdir. Məhz onun cəsarəti sayəsində Azərbaycan güclü, müstəqil, firavan bir ölkəyə çevrilməkdədir. Heydər Əliyev siyasət meydanına Azərbaycanın ağır, mürəkkəb vaxtında yenidən gəlmişdir, bir çox çətinliklərə sinə gərərək Azərbaycanı böhranlı vəziyyətdən xilas etmişdir.
Eduard Şevardnadze,
Gürcüstan Respublikasının
sabiq prezidenti.
Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün keçmiş ittifaq miqyasında tanınmış şəxsiyyət idi. O, çox inanılmış, ağıllı, dəqiq, bacarıqlı rəhbər, əsl siyasətçi idi. Heydər Əliyevin miqyası Azərbaycanın hüdudlarından kənara çıxmışdı. Açıq deyim, Azərbaycanın bəxti gətirmişdir ki, dövlətin başında Avropa