Hürriyyət: Azərbaycanın inşa edəcəyi 1000 yaşayış binasının təməli qoyulub
"Hürriyyət" xəbər saytı Azərbaycanın Kahramanmaraşda inşa edəcəyi 1000 yaşayış binasının və 24 sinifli ibtidai məktəbin təməlqoyma mərasiminin keçirilməsi ilə bağlı məqalə dərc edib.
Dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın videoformatda iştirak etdiyi mərasimdə kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi tikintinin 1 il ərzində başa çatacağını açıqlayıb.
Dərc olunan yazıda fevralın 6-da Kahramanmaraşda baş vermiş zəlzələdən sonra Azərbaycan bulvarının yenidən qurulması layihəsinin başlandığı da qeyd olunub. Vurğulanıb ki, Xayrullah rayonunda, Azərbaycan bulvarı ilə Heydər Əliyev bulvarının kəsişməsində 24 sinifli Heydər Əliyev ibtidai məktəbinin təməli qoyulub. Təməlqoyma mərasimində kənd və meşə təsərrüfatı naziri Vahit Kirişçi, Kahramanmaraş valisi Ömər Faruk Koçkun, TOKİ prezidenti Ömər Bulut, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (XİN) rəhbəri Sadiq Sadiqov, Böyükşəhər Bələdiyyə başçısı Hayrettin Güngerp, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev TEKNOFESTİN keçirildiyi yerdən videoformatda iştirak ediblər.
"Mir24": Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev İstanbulda
keçirilən texnologiya festivalına Türkiyə istehsalı avtomobillə gəldilər
Rusiyanın "Mir24" telekanalının xəbər saytı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin TEKNOFEST texnologiya festivalındakı iştirakı ilə bağlı məlumat yayımlayıb.
Məlumatda ölkə başçılarının məkana "Togg" elektrik avtomobili ilə gəldikləri bildirilib. Həmçinin qonaqların türk ənənəsinə uyğun olaraq qırmızı qərənfillər ataraq könüllüləri qarşıladıqları da qeyd olunub. Yazıda, tədbirə Liviyanın Baş naziri Abdülhəmid Dibeybenin dəvət olunduğu da öz əksini tapıb. Xatırladaq ki, TEKNOFEST bu il aprelin 29-da İstanbulda baş tutub. 2018-ci ildən bəri keçirilən festivalın əsas məqsədi modern texnologiyalardan istifadəni şaxələndirmək, gənclər arasında maraq oyatmaqdır.
"Daily sabah": Heydər Əliyev və Azərbaycana qəsidə
Türkiyənin "Daily sabah" xəbər saytının yayımladığı məqalədə Türkiyə-Azərbaycan qardaşlığına ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin verdiyi töhfələr, İkinci Qarabağ müharibəsi zamanı həmrəylik nümunəsi, ölkə quruculuğunda görülən işlər və s. məsələlərə toxunulub.
"Bu gün sağ olsaydı, 10 gün sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 100 yaşı tamam olacaqdı. Xoş təsadüfdür ki, biz Türkiyə ilə Azərbaycanın əbədi birliyini simvolizə edən "Bir millət, iki dövlət" devizinin sahibinin 100 illik yubileyini və Türkiyənin ikinci əsrinin başlanğıcını qeyd edirik", fikirlərin yer aldığı yazıda Türkiyənin ümumiyyətlə, "Azərbaycan" sözünə xüsusi məna verdiyini, "can" sözünün (Azərbaycan sözünün daxilində olduğu kimi) dildə sevgi, həyat, ruh mənasını verən, sevgi ilə əlaqəli çoxmənalı sözlərdən biri olduğu vurğulanmışdır.
"Euronews": Avropa Azərbaycanla təbii qazın nəqlini artırmaq üçün saziş imzalayır
Avropanın nüfuzlu xəbər saytı "Euronews" Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın Azərbaycandan Aİ, Mərkəzi və Cənub-Şərqi Avropaya təbii qaz nəqlini artırmaq üçün saziş imzalaması barədə məlumat yayımlayıb.
Məlumatda qeyd olunur ki, Avropa Rusiya təbii qazına alternativ axtarır. Sazişin imzalanması Bolqarıstanın paytaxtı Sofiyada baş tutub.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında sazişin imzalanmasını vaxtında atılan addım adlandırıb. "Bu gün biz XXI əsrin layihəsinə start veririk", - Prezident İlham Əliyev deyib.
Bolqarıstan Azərbaycandan İtaliyaya təbii qazın nəqlini nəzərdə tutan çoxseqmentli boru kəməri layihəsi olan Cənub Qaz Dəhlizinə Yunanıstanla interkonnektor vasitəsilə qoşulub. İnterkonnektor Bolqarıstanı 1 milyard kubmetr Xəzər qazı ilə təmin etməyə imkan verir ki, bu da ölkənin tələbatının demək olar ki, üçdəbirini ödəyir və həcmi ildə 5 milyard kubmetrə çatdırmaq gücünə malikdir.
CNN: BMT