MARAQ DÜNYAMIZ
Maraqlı

MARAQ DÜNYAMIZ

DƏB DEYİB HƏYATINIZI RİSKƏ ATMAYIN!

Hər bir insanda duyğusal vəziyyət üz ifadələri ilə aşkara çıxır. Əsəbilik, qorxu, təəccüb, üzüntü, nifrət, sevinc kimi hissləri göstərən əzələ hərəkətlərinin hamısı bütün insanlarda eynidir. Bir sözlə, bədən dilimizin ən açıq və dəqiq mənaları birbaşa üzümüzə sirayət edir. Ancaq son zamanlar üz dərisinin dartılması, qırışların yox edilməsi məqsədilə istifadə olunan botoks preparatı insanların üz əzələlərini iflic etdiyindən prosedurdan sonra onların duyğusal vəziyyətləri hiss olunmur. Demək olar ki, bütün yaş qrupları  arasında artıq bir dəb halını alan bu prosedurla bağlı aparılan ən son araşdırmanın nəticələri göstərir ki, botoks beynin işinə mənfi təsir edərək onun fəaliyyətində ciddi təhlükə yarada bilər.

ABŞ-ın Kaliforniya Universitetinin alimlərinin araşdırmasına görə, üz nahiyəsində edilən botoks inyeksiyaları beynin duyğuları şərh emaletmə üsulunu dəyişdirə bilər. Alimlər müəyyən ediblər ki, beynin hissləri tənzimləyən sahəsi  olan amigdalanın fəaliyyətində botoks tətbiqindən sonra üz ifadələrində dəyişikliklər baş verir.  33-40 yaş arası 10 qadın iştirakçı üzərində aparılan araşdırmaya görə, botoks iynələri ilə qaşların çatılmasının  qarşısının alınması beyində duyğuların emal edilməsinə mane olur. Belə ki, tədqiqatçılar botoks preparatının əzələ hərəkətlərini donduraraq  amigdala beynin üzləri tanımaqdan məsul sahəsi olan fusiform girus arasındakı koordinasiyanı pozduğu qənaətinə gəliblər.

 

DÜNYANIN QEYRİ-ADİ TƏRBİYƏ ÜSULLARI

Məlumdur ki, uşaqların bir şəxsiyyət kimi formalaşmasında onların təlim-tərbiyəsi mühüm rol oynayır. Hər bir xalqın özünəməxsus həyat tərzi   mədəniyyəti olduğu kimitərbiyə üsulları da fərqlidir. Gəlin onlardan ən qeyri-adilərinə nəzər salaq...

Dünyanın ən sivil ölkələrindən biri olan Almaniyada uşaqların tərbiyəsində ağlasığmaz bir metoddan istifadə olunur. Belə ki, valideynlər iti mətbəx alətlərini uşaqlardan gizlətmirlər. Azyaşlı bir uşağın mətbəxə keçib bıçaqla  nəyisə doğraması almanlar üçün adi hal hesab edilir. Onlar elə  hesab edirlər ki, uşaq gündəlik həyata qədər tez alışsa, onun üçün bir o qədər yaxşı olar. Ancaq bizdə uşaqlardan nəinki bıçaqları, hətta digər potensial təhlükəli alətlər gizlədilir. Əslində, elə düz  edirlər...

Yapon ailələrində  isə yeddi yaşlı uşaqların metrodan digər nəqliyyat vasitələrindən  istifadə etməsinə məhdudiyyət qoyulmur. Bunu yaponlar övladlarının müstəqil şəxsiyyət kimi yetişməsi üçün edirlər. Bu da səbəbsiz deyil, çünki Yaponiya uşaqlar üçün dünyanın ən təhlükəsiz ölkəsi hesab edilir. Koreyada uşaqlara ictimaiyyət arasında özlərini düzgün aparmağı öyrədirlər. Koreyalı valideynlər uşaqlarını elə tərbiyə edirlər ki, onlar başqalarının fikirlərinə hörmətlə yanaşır ictimai yerlərdə isteriya yaratmırlar. Başqalarına hörmət koreyalı uşaqların öyrənməli olduğu ilk işdir.

İspaniyada isə  uşaqlar gecəyarıyadək valideynləri ilə restoranlarda olurlar. İspanlar hesab edirlər ki, balacalar gecəyarı yatmalıdır. Onlar axşam saat 21:00 olanda bizim kimi uşağı yatırtmağa çalışmırlar, əksinə özləri ilə birlikdə ailəvi məclis restoranlara aparırlar. Əslində demək olmaz ki, bu, çox yaxşı ideyadır, lakin ispan ana ataları yaxşı bilir ki, öz övladlarına necə tərbiyə vermək lazımdır...

 

ƏN SAĞLAM QAN QRUPU BU İMİŞ

İngiltərəli elm adamları insan sağlamlığının qan qrupu ilə əlaqəli olduğunu ortaya çıxarıblar. Belə kiLondon Universitetinin alimləri  qan qrupunun  yoluxucu xəstəliklər, qan təzyiqi ilə bağlı problem xərçəng riski daxil olmaqla bir çox  xəstəliklərin səbəbi ola biləcəyini müəyyən ediblər. Araşdırma zamanı məlum olub ki, I(O) qan qrupuna  sahib olan insanların sözügedən xəstəliklərdən əziyyət çəkmə riski digərləri ilə müqayisədə daha azdır.

Araşdırma zamanı, həmçinin qan qrupunu müəyyən edən genlərin eyni zamanda  beyində  qanın laxtalanması  ilə əlaqəli olduğu məlum olub.  882 nəfər üzərində aparılan təcrübələrin nəticələri göstərib ki, IV(AB) qan qrupu olan insanların laxtalanmadan əziyyət çəkmə riski digər qruplara nisbətən  5-6 dəfə çox , I(O) qan qrupuna sahib olanların isə onlardan yarıbayarı aşağıdır.

Qeyd edək ki, keçən il ABŞ-da aparılan  araşdırmada da IV(AB) qan qrupunu daşıyan insanların ürək xəstəliyinə tutulma ehtimalının digər qruplara nisbətən 23 faiz daha çox olduğu müəyyən edilmişdi. Həmçinin III(B) qan qrupuna sahib olanların  isə sözügedən xəstəlikdən əziyyət çəkmə ehtimalının I(O) qrupa  nisbətən 11 faiz  daha çox olduğu məlum olmuşdu.

İngiltərənin Vorvik  Universitetinin virusoloqu   molekulyar onkologiya üzrə professoru Lawrence Young