Azərbaycan dünya mediasında
Digər xəbərlər

Azərbaycan dünya mediasında

Vestnik Kavkaza: Türkiyə Azərbaycan liderləri İstanbuldaTEKNOFEST-

Rusiyanın "Vestnik Kavkaza" xəbər saytı Türkiyə Azərbaycan liderlərinin İstanbulda keçirilən TEKNOFEST- iştirak etməsi ilə bağlı məlumat yayıb. Prezident İlham Əliyevin nitqinə yer verilən xəbərdə İkinci Qarabağ müharibəsinin ilk dəqiqələrindən son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olması, Türkiyə Azərbaycanın dost qardaş ölkələr olması vurğulanıb.

İki il əvvəl Şuşa Bəyannaməsi imzalanandan sonra Türkiyə ilə Azərbaycanın rəsmən müttəfiq olmaları ilə yanaşı, Türkiyənin böyük türk dünyasının birləşməsində çox mühüm rol oynadığı qeyd olunub.

 

Turkish News World: Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Türkiyənin "Turkish News World" xəbər saytı Prezident İlham Əliyevin Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşü haqqında xəbər dərc edib. Yazıda qeyd edilib ki, aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayim ilə görüşüb. Hər iki tərəf Azərbaycanda Formula 1 yarışının yüksək səviyyədə təşkilini xüsusi vurğulayaraq, uzunmüddətli uğurlu əməkdaşlıqdan məmnunluq ifadə ediblər.

Tərəflər Azərbaycanın idman yarışları kimi beynəlxalq tədbirlərə evsahibliyi etməsinin əhəmiyyətini beynəlxalq əməkdaşlığa töhfə verdiyini qeyd ediblər. Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın gələcəkdə genişlənəcəyinə əminlik ifadə olunub.

Keçirilən bu görüş ölkələr beynəlxalq təşkilatlar arasında uğurlu əməkdaşlığın vacibliyini bir daha göstərir. Azərbaycan əhəmiyyətli tədbirlərə evsahibliyi etməkdə davam etdikcə, beynəlxalq əməkdaşlığın təşviqində əsas oyunçu kimi rolunu gücləndirir.

Anadolu Agentliyi:

 

Türkiyənin elektron ticarət nəhəngi "Trendyol" Azərbaycan bazarına daxil olmağa hazırlaşır

"Anadolu Agentliyi" xəbər verir ki, ölkənin sənaye texnologiya naziri Türkiyənin elektron ticarət nəhəngi "Trendyol"un Azərbaycan bazarına girməyə hazırlaşdığını açıqlayıb.

Mustafa Varank İstanbulda keçirilən TEKNOFEST festivalı zamanı deyib ki, bu addım Türkiyə ilə Azərbaycan arasında ticarət həcmini artıracaq. 2010-cu ildə fəaliyyətə başlayan "Trendyol" onlayn bazarı "Pasha Holding" ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə əsasında elektron ticarət fəaliyyəti üçün ortaq şirkət yaradılacaq. M.Varank Türkiyə-Azərbaycan əlaqələrinin "bir millət, iki dövlət" konsepsiyasına əsaslandığını qeyd edərək, ikitərəfli iqtisadi əlaqələrin son zamanlar fərqli müstəviyə keçdiyini bildirib: "Əvvəllər "Trendyol"un Berlin ofisinin açılışına getmişdim, indi "Trendyol"u Azərbaycanda görəcəyik".

Trendyol Qrupunun rəhbəri Çağlayan Çetin iki şirkətin ilk addımı olan yeni internet saytının mayın 3-dən etibarən fəaliyyətə başlayacağını bildirib, "infrastruktur işləri başa çatdıqdan sonra şirkət Azərbaycanda tam şəkildə fəaliyyətə başlayacaq", - deyə əlavə edib.

Ç.Çetin bildirib ki, ötən il "Trendyol"a xarici sifarişlərin əsas mənbəyi Azərbaycan olub. O, "App Annie" mobil məlumatların təhlili platformasına əsasən, "Trendyol"un 2022-ci ildə Azərbaycanda ən çox yüklənən proqram olduğunu deyib.

 

"Habertürk": Azərbaycan Prezidenti İlham Əliyev TEKNOFEST- çıxış edib

Türkiyənin məşhur xəbər saytı "Habertürk" Prezident İlham Əliyevin TEKNOFEST-dəki çıxışı ilə bağlı məlumat yayımlayıb. Məlumatda iki ölkə liderinin onların xanımlarının festivalın keçirildiyi məkana İlham Əliyevin idarə etdiyi "TOGG" avtomobili ilə gəldikləri qeyd olunub.

Xəbərdə, həmçinin ölkə başçımızın TEKNOFEST-dəki çıxışı da yer alıb. Çıxışda deyilir: "Qardaş ölkədə yenidən olmağımdan çox məmnunam. Sizə Azərbaycan xalqının səmimi salamlarını gətirmişəm. Bir il öncə TEKNOFEST festivalı Bakıda keçirilmişdir əziz qardaşımla bərabər biz TEKNOFEST- iştirak etmişdik. Bu gün mən buradayam. Bu, bir daha onu göstərir ki, Türkiyə