30 Aprel Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Yaranma Günüdür
1999-cu il aprelin 30-da Müdafiə Nazirliyinin nəzdində Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlərin iştirakı ilə qurulan Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri mühüm rol oynayıb. Sonralar Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri daha da təkmilləşdirilib.
"Bu gün isə bölgəmizdə vəziyyət tam fərqlidir. Biz qalib xalq kimi, müzəffər ölkə kimi öz gücümüzü artırırıq. Xüsusi təyinatlıların gələcək fəaliyyəti ilə bağlı bütün göstərişlər verilmişdir. Bu hərbi hissədə mən müharibədən bir il qabaq olmuşdum, xüsusi təyinatlılarla görüşmüşdüm. Bu gün də, bu bayram günündə sizinlə birlikdə olmaq mənim üçün böyük şərəfdir. Mən sizinlə fəxr edirəm. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir". Bu fikirləri Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev ötən il Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının ildönümü münasibətilə "N" saylı hərbi hissədə şəxsi heyət qarşısında çıxışında deyib.
İlk dəfə 1997-ci ildən başlayan bu ənənə, 2016-cı ilin aprelində və Vətən müharibəsində davam edib. Ümumiyyətlə, XTQ yaranandan sonra çoxsaylı əməliyyatlardan üzüağ çıxıb. Məhz buna görə də Azərbaycan XTQ Ermənistan ordusunun ən qorxulu kabusu olub. Düşmənlərimiz XTQ-nin əsl gücünü ilk dəfə olaraq 2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə gördülər. Həmin döyüşlərdən sonra düşmənlərimizin canına və ruhuna XTQ kabusu ömürlük hakim kəsilib.
2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik yaradılıb və həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.
Xüsusi təyinatlıların bir çoxu Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alıb, müxtəlif sertifikatlara layiq görülüblər. Dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə təşkil olunan paradda Xüsusi Təyinatlı Qüvvələr keçid edib. Azərbaycanın Ali Baş Komandanı İham Əliyev daim XTQ-nin silahlanmasına, təchizatına və təminatına xüsusi diqqət yetirir. Xüsusi Təyinatlı Qüvvələrimiz dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara malikdir.
Vətən müharibəsinin gedişatında əldə olunan zəfərlə bərabər perspektiv planlar da müəyyənləşdirilib. Ali Baş Komandanın göstərişləri üzrə Azərbaycan ordusunda ciddi dəyişikliklər təqdir olunur. Daha çətin relyefi olan ərazilərdə genişmiqyaslı hərbi əməliyyatlarda iştirak edə bilmək üçün orduda bir sıra dəyişikliklərə zərurət yaranıb. Bunlardan başlıcası ən azından Xüsusi Təyinatlılar qədər döyüşə biləcək yeni birləşmələrin yaradılmasıdır. Uğurlu "Dəmir yumruq" əməliyyatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin kiçik modeli kimi yeni keyfiyyət mərhələsinə yüksəlməsi, habelə qoşunların ən müasir silah və hərbi texnika, bütün təminat növləri ilə təmin edilməsi barədə müvafiq göstərişlər verib. Eyni zamanda, dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Ordusunun təşkilati-ştat quruluşunda əsaslı dəyişikliklər aparılıb və ordunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradılıb.
Hansı ki, bu gün komando birləşmələri XTQ ilə bərabər müştərək əməliyyatlarda iştirak edirlər. Bundan başqa, ordumuzda təchizat və silah baxımından da yeniliklər var. Bu da daha çox hərbi hava qüvvələrinin inkişafı və müasir texnoloji vasitələrin təminatı ilə əlaqədardır. Vətən müharibəsindəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin sayəsində əldə edilib. Bu müharibə bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi savaş hesab olunur. İkinci Qarabağ müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti qəhrəmanlığı ilə yaddaşlarda qaldı. Bu qüvvələr Cəbr