Şirniyyata həddindən çox meyillisinizsə, deməli...
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, şirniyyat məhsullarına həddindən çox meyillilik sağlamlıq problemlərinin xəbərçisidir. Alimlər şirniyyata qarşı həvəsin kəskin şəkildə artmasının mədəaltı vəzi və bağırsaqlarla bağlı problemlərin göstəricisi ola biləcəyini söyləyirlər.
Mütəxəssislərin fikrincə, həddindən artıq şirniyyat istəyinin səbəbi mədəaltı vəzi, bağırsaqlardakı pozğunluqlar, stress və mikronutrient çatışmazlığı (bədəndə mikroelementlərin olmaması) ilə əlaqəli ola bilər. Digər amillərdən biri isə insulin müqavimətinin olması ola bilər ki, bu da bədən hüceyrələrinin mədəaltı vəzinin hormonu olan insulinə qarşı rezidentliyini göstərir. Belə müqavimətin inkişafı şəkərli diabetə meyilliliyi ifadə edə bilər ki, bu da qan şəkərinin artmasına səbəb olur.
Yeməkdən sonra qana keçən şəkəri paylayan insulin hüceyrələri qlükozadan məhrum edir - nəticədə onlar "ac qalırlar". Şirniyyat istəyi (yeməkdən sonra belə), süstlük, başgicəllənmə hissi hüceyrə aclığının əlamətləridir.
Həmçinin şirniyyata qarşı kəskin həvəs bağırsaqlarla bağlı problemlərin, onun mikrobiotasının pozulmasının göstəricisi ola bilər. Adətən bunun tez-tez kandida göbələklərinin böyüməsi və kandidozun inkişafı ilə əlaqədar olduğu bildirilir. Şirin bir şey yemək istəyinin başqa bir səbəbi isə vacib mikroelementlərin - daha çox dəmir və xrom çatışmazlığını göstərir.
Bu cihazlar demans riskini azalda bilər
Bu yaxınlarda aparılan araşdırmanın nəticələri göstərib ki, eşitmə ilə bağlı problemi olan insanların eşitmə cihazından istifadəsi onlarda demans riskini azalda bilər.
Çinin Shandong Universitetinin alimləri eşitmə cihazının taxılmasının demansın inkişaf riskini əhəmiyyətli dərəcədə azaltdığını və beynin müəyyən bölgələrinin fəaliyyətinə müsbət təsir etdiyini müəyyən ediblər. Onu da qeyd edək ki, elm adamları eşitmə itkisinin beynin çox sürətlə kiçilməsinə səbəb olduğunu düşünürlər.
"The Lancet" jurnalında dərc olunan araşdırmaya görə, tədqiqatçılar müxtəlif dərəcəli eşitmə itkisi olan yüz minlərlə insanın sağlamlıq məlumatlarını nəzərdən keçiriblər. Nəticələr göstərib ki, eşitmə cihazından istifadə etməyən insanlarda ondan istifadə edənlərlə müqayisədə 12 il ərzində demansın inkişafetmə riski 42 faiz çoxdur.
"Araşdırmamız cihazların eşitmə itkisinin demansa potensial təsirini azaltmaq üçün bu günə qədər olan minimal və ən qənaətcil müalicə üsulu ola biləcəyinə dair sübut təqdim edir", - deyə tədqiqatın aparıcı müəllifi, Shandong Universitetinin professoru Dongshan Zhu qeyd edib.
Lakin bununla yanaşı, Çin, Avstraliya, Yaponiya, Texas, Pakistan və Böyük Britaniyadan olan beynəlxalq tədqiqat qrupu demansdan qorunmaq üçün eşitmə cihazlarının istifadəsinin faydalı olub-olmayacağının sual altında olduğunu düşünürlər. Bu səbəbdən alimlər daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar.
Bağırsaqlarımızın "dostu": brokoli
Yeni bir araşdırma zamanı brokolinin bağırsaq sağlamlığını qoruduğu, həmçinin bir çox xəstəliklərin də qarşısını ala bilən super qida olduğu ortaya çıxıb.
ABŞ-ın Penn State Universitetinin alimləri siçanlar üzərində apardıqları təcrübələr zamanı brokolinin tərkibindəki molekulların nazik bağırsaqların selikli qişasını qorumağa kömək edən reseptorlara müsbət təsir etdiyini aşkar ediblər. Tədqiqatçılar müəyyən ediblər ki, sözügedən bitki bağırsaq hüceyrələrinin funksiyasına effektiv təsir edərək onların fəaliyyətini aktivləşdirir.
"Laboratory Research" jurnalında dərc edilən araşdırmaya görə, təcrübə zamanı siçanların bir qrupu tərkibində 15 faiz brokoli olan pəhriz ilə qidalandırılıb ki, bu da insanlar üçün təxminən üç fincan rəndələnmiş tərəvəzə bərabərdir. Nəzarətə alınan digər qrupa aid olan gəmiricilər isə tərkibində brokoli olmayan tipik laboratoriya pəhrizi ilə qidalandırılıb. Nəticədə brokoli ilə qidalanmayan siçanların bağırsaqlarının funksiyasında müəyyən dərəcədə pozğunluq əlamətləri müşahidə olunub.
Elm adamları apardıqları araşdırmalar nəticəsində brokoli, kələm və Brüssel kələmi kimi kələmçiçəyikimilər fəsiləsindən olan bitkilərin sağlam pəhrizin bir hissəsi olduğunu və onların bir çox xəstəliklərin də qarşısını ala biləcəyinə dair sübutlar