QARA DƏNİZ UĞRUNDA GƏRGİNLİK ARTIR
“Qara dəniz heç vaxt NATO dənizinə çevrilməyəcək”. “Teleqraf.com” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Mətbuat katibinin sözlərinə görə, Qara dəniz akvatoriyası bütün sahilyanı ölkələr üçün əməkdaşlıq və qarşılıqlı əlaqə dənizi olaraq qalmalıdır.
“Əlbəttə, bu məsələni diqqətdə saxlayırıq. Bəyanatın özü iki ziddiyyətə əsaslanır. NATO və demilitarizasiya bir-birini istisna edən anlayışlardır. Qara dəniz heç vaxt NATO dənizi olmayacaq, ümumi dənizdir”, - deyə Dmitri Peskov vurğulayıb.
Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, akvatoriya Qara dəniz sahilindəki dövlətlər üçün təhlükəsizlik və əməkdaşlıq zonasına çevrilməlidir.
Xatırladaq ki, bu ərəfədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba Buxarestdə təhlükəsizlik konfransı zamanı Qara dənizin demilitarizasiyası və onu NATO dənizinə çevirməyin zəruri olduğunu diqqətə çatdırıb.
ABŞ ERMƏNİSTANA XƏBƏRDARLIQ EDİB
ABŞ-ın Maliyyə Nazirliyi Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalarla bağlı Ermənistan tərəfinə xəbərdarlıq edib. “Report” agentliyinin verdiyi xəbərə görə, söhbət Rusiyaya qarşı tətbiq edilən sanksiyalardan yan keçmək cəhdindən gedir.
Məlumata görə, ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanata əsasən, Amerikanın maliyyə nazirinin birinci müavini Adevale Adeyemo Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan ilə görüşüb. Görüş zamanı Ermənistandakı son iqtisadi hadisələri müzakirə edilib.
Eyni zamanda, Adevale Adeyemo ABŞ-nin Rusiyaya qarşı sanksiyaları və ixrac nəzarətindən yayınmasının qarşısını almaq üçün Birləşmiş Ştatların qlobal səylərinə diqqət çəkib.
Qeyd edək ki, bir müddət öncə ABŞ Ermənistan şirkətlərinə qarşı ixrac məhdudiyyətləri tətbiq etmişdi. Məhdudiyyətlər Rusiya hərbi-sənaye kompleksini dəstəkləmək üçün ixrac nəzarətindən yan keçməklə ABŞ istehsalı məhsulların alınması cəhdləri ilə əsaslandırılıb.
NORVEÇ RUSİYA SƏFİRLİYİNİN 15 ƏMƏKDAŞINI ÖLKƏDƏN QOVDU
Norveç hökuməti Rusiya səfirliyinin 15 əməkdaşını “persona non-qrata” elan edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
“Onlar diplomatik statusları ilə bir araya sığmayan fəaliyyətlə məşğul olduqları üçün “persona non-qrata” elan ediliblər”, - deyə xarici işlər naziri Annika Hevittfelt vurğulayıb.
Norveç XİN-in iddiasına görə, Rusiya səfirliyinin 15 əməkdaşı diplomatik pərdə altında krallıq ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirib. Xəbərdə qeyd olunur ki, yaxın vaxtlarda onlar Norveçi tərk etməli olacaqlar.
Eyni zamanda, XİN-in açıqlamasında bildirilir ki, Norveçə gəlmək istəyən Rusiya diplomatlarına viza verilməyəcək, çünki hazırda ölkə üçün ən böyük kəşfiyyat təhlükəsi məhz Rusiyadır.
NYU-YORKDA SİÇOVULLARLA MÜBARİZƏ ÜZRƏ DİREKTOR VƏZİFƏSİ YARADILIB
ABŞ-nin Nyu-York şəhərinə siçovullarla mübarizəyə cavabdeh təyin edilib. Bu barədə “TRT” telekanalının məlumatında qeyd olunur. Verilən xəbərə görə, Nyu-York meri Erik Adams təhsil departamentinin əməkdaşı Ketlin Korradiyə şəhərdə artan siçovullarlarla mübarizə aparmağı tapşırıb.
Rəsmi vəzifəsinin adı “şəhər miqyasında gəmiricilərin azaldılması üzrə direktor” adlanan vəzifəyə təyinatla bağlı Ketlin Korradi açıqlamasında bildirib: “Məni çox, siçovulları az görəcəksiniz. Çünki şəhərdə yeni bir şerif var”.
Məlumatlara əsasən, son illər Nyu-Yorkda siçovulların sayı kəskin artıb və 2 milyona çatıb.
Qeyd edilir ki, Nyu-York meri E.Adams siçovulları “1 nömrəli düşmən” adlandırıb.
İRANIN TANINMIŞ DİN XADİMİNDƏN ETİRAZ
İran İslam Respublikasının tanınmış din və dövlət xadimi Hüseyn Ənsarian ölkə həbsxanalarında məhbusların mənəvi və fiziki işgəncələrə məruz qalmasına etiraz edib. “Report” agentliyinin verdiyi xəbərə görə, o,