ÜMUMMİLLİ LİDER — 100
Azərbaycan azadlıq, suverenlik uğrunda mübarizə əzmini həmişə qoruyub saxlamış, bu yolda böyük məhdudiyyətlərə düçar olsa da, qurbanlar versə də, mətin iradəsi sarsılmamışdır. İndi biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə problemlərimizi özümüz həll etməliyik.
Bəzi siyasətçilərə ağıl-zəka ilə, digərlərinə qəlbən səs verirlər. Azərbaycan xalqı Heydər Əlirza oğlunu həm ağıl-zəka ilə, həm də qəlbən seçmişdi. Öz Vətəninə hədsiz sadiq olan Heydər Əlirza oğlu özünü tamamilə və bütünlüklə Azərbaycana həsr etmiş və Azərbaycanın ulduzunun dünya səmasında parlaması üçün hər şeyi etmişdir. Şübhə yoxdur ki, onun başladığı və nəzərdə tutduğu bütün işlər həyata keçəcəkdir.
Sergey STEPAŞİN,
Rusiya Federasiyası Hesablama Palatasının
sabiq sədri.
Suveren dövlətlər kimi Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsi naminə Prezident Heydər Əliyevin yorulmadan çəkdiyi zəhməti və göstərdiyi müdrik dəstəyi Ukraynada xatırlayır və yüksək qiymətləndirirlər. Bu münasibətlər, həqiqətən, Ukrayna və Azərbaycan xalqlarının mənafelərinə xidmət edir.
Vladimir LİTVİN,
Ukrayna Ali Radasının sabiq sədri.
Cəsarət edib deyirəm ki, əzabkeş Azərbaycan xalqı Heydər Əlirza oğlunun simasında bütün milli tarixi ərzində miqyasına və səviyyəsinə görə bənzəri olmayan qətiyyətli, etibarlı və müdrik rəhbərə malik idi.
Hacı HƏMZƏTOV,
Rusiya Elmlər Akademiyasının
akademiki.
Heydər Əlirza oğlunun bütün həyatı aramsız qələbələr və nailiyyətlərdən ibarət olmuşdur. O, qeyri-adi bacarığı və fitri müdrikliyə malik olaraq, özünün bütün şüurlu həyatını Vətənə xidmətə həsr etmişdir. Müstəqil Azərbaycan üçün ağır vaxtlarda Heydər Əlirza oğlu Əliyev Vətənin gələcəyinə görə məsuliyyəti öz üzərinə götürdü və qısa tarixi müddətdə xalqına sülh və əmin-amanlığı, dövlətə yeniləşməni, sabitliyi və inkişafı təmin etdi. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun yüksəlməsinə, Müstəqil Dövlətlər Birliyinin möhkəmlənməsinə və təşəkkülünə onun töhfəsi misilsizdir. Heydər Əlirza oğlu Əliyevin adı və işi milyonlarla insanın taleyində parlaq iz buraxmış, Azərbaycanın və Müstəqil Dövlətlər Birliyinin tarixinə həmişəlik yazılmışdır.
Yuri YAROV,
Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin
sabiq sədri.
Prezident Heydər Əliyevin çoxşaxəli fəaliyyəti öz ölkəsinin və xalqının rifahının yüksəldilməsinə yönəlmişdi, onun sayəsində Azərbaycanda sülh və həmrəylik bərqərar olmuşdur, dövlətçilik möhkəmlənmiş və yeni inkişaf tapmış, iqtisadi sahədə mühüm islahatlar aparılmışdır.
Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur.
Məhəmmədəli MƏHƏMMƏDOV,
Dağıstan Respublikası Dövlət Şurasının sabiq sədri.
Müxtəlif millətlərdən olan ən istedadlı gözəllik yaradanları birləşdirən akademiyamızın sənətkarları Azərbaycanın , digər MDB ölkələrinin mədəniyyətinin inkişafı işinə misilsiz köməyinə və qayğısına görə , eləcə də yaradıcılıq nailiyyətlərinin həyata keçirilməsində bir cox rəssamlara şəxsən kömək etdiyinə görə Heydər Əliyevə hədsiz minnətdarlıq hissini həmişə qoruyub saxlayacaqlar.
Zurab SERETELİ,
Rusiya Rəssamlıq Akademiyasının prezidenti.
Heydər Əliyev bizim yaddaşımızda Azərbaycan xalqının ləyaqətli, bütün həyatını ölkəsinin inkişafına və çiçəklənməsinə həsr etmiş oğlu kimi qalacaqdır. Son on ildə Azərbaycandakı demokratik dəyişikliklər məhz onun adı ilə bağlıdır və o, haqlı olaraq, müasir Azərbaycanın memarı hesab edilir.
Heydər Əliyev öz ölkəsinin hüdudlarından kənarda, beynəlxalq aləmdə də böyük nüfuz və hörmət sahibi olan parlaq siyasətçi kimi tanınmışdır.
Sergey STANİŞEV,
Bolqarıstan Sosialist Partiyası Ali Şurasının
sabiq sədri.
Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili və xarici siyasət