Sputnik-Tacikistan: Azərbaycan və Tacikistan dövlət başçılarının iştirakı ilə əməkdaşlıq haqqında sənədlər imzalanıb
Sputnik-Tacikistan xəbər verir ki, Azərbaycan və Tacikistan dövlət başçılarının iştirakı ilə hər iki ölkə arasında çirkli pulların yuyulmasına qarşı mübarizədən turizmin və qardaşlığın inkişafına qədər müxtəlif sahələr üzrə əməkdaşlıq aktları imzalanmışdır. Tacikistan və Azərbaycanın yüksək səviyyəli rəsmi nümayəndələri arasında aparılan danışıqlar zamanı 14 əməkdaşlıq sənədi imzalanıb. Agentliyin Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumatda bildirilir ki, sənədlərin imzalanma mərasimi iki dövlətin rəhbərləri - İlham Əliyev və Emoməli Rəhmonun iştirakı ilə keçirilib. Bu kataloqda hökumətlər arasında geodeziya, kartoqrafiya, torpaq idarəçiliyi, kadastr və uzaqdan torpaq müşahidəsi sahəsində əməkdaşlıq haqqında saziş yer alıb. Həmçinin iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlıq haqqında Saziş, Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili üzrə gömrük orqanlarının imzalanan protokol yeni aktlardan biridir. Bundan başqa, maliyyə orqanları arasında cinayət yolu ilə əldə olunan gəlirlərin leqallaşdırılması, əsas cinayətlər və terrorizmin maliyyələşdirilməsi ilə bağlı yaranan maliyyə çətinliklərinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu da imzalanıb.
Anadolu Agentliyi: "Togg" Azərbaycan Prezidentinə təqdim edildi
Türkiyənin Anadolu Agentliyi "Dağüstü Park"da təşkil edilən mərasimdə Prezident İlham Əliyevə "Togg" avtomobilinin təqdim edilməsi ilə bağlı məlumat yayıb. Tədbirdə Sənaye və texnologiya naziri Mustafa Varank, "Togg" İdarə Heyətinin sədri Rifat Hisarcıklıoğlu, sədr müavini Tuncay Özilhan və Bülent Aksu, baş direktoru Gürcan Qaraqaş idarə heyətinin üzvü Murat Yalçıntaş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iştirak ediblər.
Nazir Mustafa Varank ölkə başçımıza "Togg"un açarını xüsusi qutuda təqdim edib. "Togg" İdarə Heyətinin sədri Rifat Hisarcıklıoğlu Prezident İlham Əliyevə avtomobilin istehsal edilməsinin qısa tarixçəsini danışıb. Daha sonra cənab Prezident sükan arxasına keçərək "Togg" avtomobilini idarə edib. Türkiyədən və Prezident Rəcəb Tayyib Ərdoğandan salam gətirdiyini ifadə edən M.Varank: "İkinci avtomobili sizə təhvil veririk. Türk xalqı bundan çox məmnundur. Uğurlar, inşallah yaxşı vaxtlarda istifadə edərsiniz", - deyə fikirlərini söyləyib.
Tarix boyu ermənilərin türklərə qarşı soyqırımlarına göz yumulub
Türkiyənin milli müdafiə naziri Hulusi Akar erməni hadisələri ilə bağlı seminarda çıxış edib. Türkiyənin "Haymana gazetesi" bu barədə yazı dərc edib. Məqalədə ermənilərin türklərə qarşı törətdikləri qırğınlara tarix boyu məhəl qoyulmadığı vurğulanıb. Bildirilib ki, tarix ermənilərə qarşı hansısa soyqırımının olmadığını sübut etsə də, xarici qüvvələr bunun əksini iddia edir və erməni məsələsi uzun illərdir siyasi alət kimi istifadə olunur.
Yazıda o da vurğulanıb ki, Türkiyənin Ermənistanla əlaqələri Ermənistan-Azərbaycan münasibətləri ilə sıx bağlıdır. 30 il dünya Azərbaycanın səsini eşitməsə də, Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra da belə olacaq.
Xəbərdə qeyd olunub ki, Ermənistan ona uzadılmış sülh və dostluq əlini tutmalıdır. Onlar bilməlidirlər ki, bu, həm özləri, həm də qlobal sülh və əmin-amanlıq üçün vacibdir.
"Modern Diplomacy": Azərbaycan Aİ-nin yaşıl enerji təchizatçısı olmaq yolunda irəliləyir
Avropanın məşhur xəbər saytı "Modern Diplomacy" bu yaxınlarda Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın yaşıl enerjilə bağlı strateji tərəfdaşlığın qurulması haqqında saziş imzalaması barədə məqalə dərc edib. Sözügedən yazıda, həmçinin qeyd edilib ki, sənədə əsasən, bu dörd ölkə Qara dənizin dərinlikləri ilə 1195 kilometr uzunluğunda sualtı elektrik kabelinin çəkilməsi üçün birgə işləyəcək və beləliklə, Azərbaycan və Gürcüstandan keçməklə Rumıniya və Macarıstana səmərəli şəkildə enerji ötürülməsi dəhlizi yaradacaq. Avropa üçün bu,