DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

KREML: MÜHARİBƏNİN DAVAM ETDİRİLMƏSİ QAÇILMAZDIR

Ukraynada müharibənin sülh yolu ilə həlli perspektivi yoxdur. Rusiyanın yeganə yolu döyüşləri davam etdirməkdir”. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bəyan edib.

Mətbuat katibi Çinin vasitəçilik potensialının mövcud olduğunu, lakin Ukrayna məsələsində vəziyyətin hələ mürəkkəb olaraq qaldığını diqqətə çatdırıb.

Eyni zamanda, Dmitri Peskov bildi

rib ki, NATO Rusiya sərhədlərinə doğru genişlənməkdədir: “Biz qitədə təhlükəsizlik arxitekturasının balanslaşdırılması üçün tədbirlər görürük. Rusiya Alyansa yaxınlaşmır, əksinə, NATO bizə doğru genişlənir”.

Bununla yanaşı, Dmitri Peskovun sözlərinə görə, ABŞ-ın Avropa bazalarındakı nüvə silahı ciddi narahatlıq yaradır. O əlavə edib ki, bununla bağlı müvafiq addımlar atılacaq.

 

HULUSİ AKAR ERMƏNİSTANI ARXİVLƏRİ AÇMAĞA ÇAĞIRIB

Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanı 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri öyrənmək üçün arxivlərini açmağa onun nəticələri ilə barışmağa çağırıb. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədəAydınlıkqəzeti xəbər verib.

Biz bu məsələ ilə bağlı sərt müraciətimizi bir daha bildiririk. Ermənistan da Türkiyə kimi öz arxivlərini beynəlxalq tarixçilərin üzünə açmalı, nəticələri qəbul etməli bundan narahat olmamalıdır”, - deyə nazir vurğulayıb.

Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, bu müraciətə hələ cavab verilməyib. Lakin buna baxmayaraq, Ankara türk erməni xalqlarının dostluq əməkdaşlıq çərçivəsində əlaqələr qura biləcəyinə ümid edir.

Türkiyə əsrlər boyu tolerantlıq sülh şəraitində birgə yaşamış türk erməni xalqlarının dostluq əməkdaşlıq münasibətləri qura biləcəyinə inanır”, - deyə Hulusi Akar bildirib.

 

İSRAİL LİVAN ƏRAZİSİNDƏN KÜTLƏVİ RAKET HÜCUMUNA MƏRUZ QALIB

İsrailin Livanla şimal sərhədinə çoxlu sayda raket zərbələri endirilib. “The Jerusalem Postqəzetinin verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Qüvvələri  məlumat yayıb.

Bildirilir ki, Livandan İsrailə atılan 34 raketdən 25-i İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edilib, 5 raket isə İsrail ərazisinə düşüb. Ölən xəsarət alanlar barədə məlumat verilmir.

Müdafiə naziri Yoav Gallant İsrailin şimalındakı təhlükəsizlik vəziyyətinin təfərrüatları ilə tanış olduğunu açıqlayaraq əlavə edib ki, cavab üçün ilkin göstərişlər İsrail Müdafiə Qüvvələrinin qərargah rəisinə verilib.

Eyni zamanda, İsrailin xarici işlər naziri Eli Kohenin sözlərinə görə, ölkə cənubdan şimaldan raket təhlükəsi ilə üz-üzədir: “Beynəlxalq ictimaiyyəti İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyanlara qarşı açıq bəyanat verməyə çağırıram”.

Qeyd edilir ki, 2021-ci ilin avqustundan bəri Livandan bu şəkildə intensiv raket hücumları olmayıb.

 

SİLVİO BERLUSKONİDƏ QAN XƏRÇƏNGİ AŞKARLANIB

Bir müddət öncə xəstəxanaya yerləşdirilən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin qan xərçəngindən əziyyət çəkdiyi məlum olub. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə həkimlər Alberto Zanqrillo Fabio Ciceri onun vəziyyəti ilə bağlı açıqlamada qeyd ediblər.

Açıqlamaya əsasən, Silvio Berluskoni xroniki qan xərçəngindən əziyyət çəkir hazırda ağciyər infeksiyası səbəbindən reanimasiyadadır.

Eyni zamanda, həkimlər Silvio Berluskoniyə keçmişdə xroniki miyelomonositik leykemiya diaqnozu qoyulduğunu bildiriblər.

Bununla yanaşı, keçmiş baş nazirdə xərçəng xəstəliyinin ilk dəfə vaxt aşkar edildiyini açıqlamayan həkimlər onun kəskin olmadığını vurğulayıblar.

 

ƏRDOĞANIN VƏD ETDİYİ YENİLİKLƏRİN MAHİYYƏTİ AÇIQLANIB

Türkiyənin hakim Ədalət İnkişaf Partiyasının sədri, prezidentliyə namizəd hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın vətəndaşlara vəd etdiyi yeniliklərin nədən ibarət olduğu açıqlanıb. “Reportagentliyinin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hazırda hökumət üç əsas istiqamət üzrə