KREML SES-i RUSİYA ORDUSUNUN PARTLATMASI İTTİHAMLARINI RƏDD EDİr
Rusiya “Kaxovka” su elektrik stansiyasının partladılması ilə bağlı ittihamları qətiyyətlə rədd edir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Mətbuat katibi bildirib ki, bu, Ukrayna qoşunlarının hücumlarının uğursuzluğu ilə bağlıdır. Onun sözlərinə görə, Rusiya dövlət başçısı “Kaxovka” su elektrik stansiyasındakı vəziyyətlə bağlı mütəmadi olaraq Müdafiə Nazirliyi və digər qurumlardan məlumatlar alır.
Eyni zamanda, Dmitri Peskov vurğulayıb ki, Moskvanın Ukrayna hakimiyyətini ittiham etdiyi “Kaxovka” SES-in bəndinin partladılmasında məqsədlərdən biri də Krıma suyun axınını kəsmək cəhdidir.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin ekspertləri bildiriblər ki, hazırda “Kaxovka” SES-dəki vəziyyət “Zaporojye” AES-nin təhlükəsizliyinə heç bir təhlükə yaratmır.
Qeyd edək ki, “Kaxovka” su elektrik stansiyası Ukraynanın cənubundakı quraq rayonların enerji təchizatı, suvarma və su təchizatı, həmçinin Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi.
TÜRKİYƏNİN YENİ XİN BAŞÇISI DÜNYA MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏ
ABŞ-ın “Bloomberg” agentliyi Hakan Fidanın Türkiyə xarici işlər naziri təyin edilməsindən yazıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, agentlik Hakan Fidanın Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olduğu dövrdə üzərinə götürdüyü missiyaya toxunaraq, onun xarici işlər naziri kimi ərəb dünyası ilə “aradakı buzları əritməyə” çalışacağını bildirib.
“Bloomberg” Hakan Fidanın MİT rəhbəri kimi vaxtilə Yaxın Şərq və Şimali Afrika ilə bağlı addımlar atdığı qeyd edilib. Agentlik mövzuya yaxın mənbələrə istinadən onun bölgə ilə əlaqələr qurmaq üçün səylərini sürətləndirəcəyini iddia edib.
Bununla yanaşı, təhlildə qeyd olunub ki, Hakan Fidan bundan əvvəlki fəaliyyəti dövründə Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Suriya kimi ölkələrlə diplomatik əlaqələrin inkişafı üçün gizli danışıqlar aparıb.
Mövlud Çavuşoğlunun yerinə gələn 54 yaşlı Fidanın müasir Türkiyənin qurulduğu gündən bəri hərbi keçmişi olan ikinci xarici işlər naziri kimi bu vəzifəyə təyin edildiyi detalı da məqalədə xüsusi vurğulanıb.
ÇİNİN PUA İSTEHSALI HƏCMİ 16 MİLYARD DOLLARI ÖTÜB
Çinin 2022-ci ildə pilotsuz uçuş aparatları sənayesindən əldə etdiyi gəlir ilk dəfə olaraq 16 milyard dolları keçib. Bu barədə “Report” agentliyi Çin mətbuatına istinadən məlumat yayıb.
Bildirilir ki, sənayenin illik istehsalı ötən il 117 milyard yuana (16 milyard dollar) çatıb. Bu, 2021-ci ildəki göstəricilərdən 34 faiz çoxdur.
Açıqlamaya əsasən, 2022-ci ildə Çində istehsal olunan dronların sayı 95 minə, PUA istehsal edən müəssisələrin sayı isə 15 minə çatıb.
Qeyd edilir ki, PUA-ların sayının sürətlə artması bir neçə səbəblə bağlıdır. Birincisi, “COVID-19” pandemiyası fonunda malların təmassız çatdırılmasına kömək etmək üçün dronlara ehtiyac artıb. İkincisi, dronların istifadəsi üçün kuryer xidmətləri arasında rəqabət güclənib.
İRAN İLK HİPERSƏS BALLİSTİK RAKETİNİ TƏQDİM EDİB
İran 1400 kilometr mənzilli “Fəttah” adlı ilk hipersəs ballistik raketini nümayiş etdirib. Bu barədə “Sputnik” informasiya agentliyinin məlumatında bildirilir.
Verilən xəbərə görə, tədbirdə İran prezidenti İbrahim Rəisi və İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri iştirak ediblər.
İranın yeni raket hazırlaması hələ 2022-ci ilin payızında məlum olub. İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə qeyd edib ki, onların ilk hipersəs raketi bütün müdafiə sistemlərindən keçəcək və bu silahlara qarşı mübarizə aparmaq üçün texnologiya onilliklər ərzində üzə çıxa bilməyəcək.
Eyni zamanda,