Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr
Maraqlı

Bəşəriyyətin təkamülü prosesləri və ya dünya düzənini dəyişdirən hadisələr

(keçmişdən indiyə)

İnsanlığın yaranışından bəri qədər vaxt keçsə , tarixən baş verən bəzi hadisələr öz təsirini itirməyib   bəşəriyyətin formalaşmasında böyük rol oynayıb. Təkcə yaşandığı dövrlərlə məhdudlaşmayan sadədən mürəkkəbə, ibtidaidən aliyə inkişaf yolu keçən bu proseslər həm keçmişdən gələcəyə dəyərli miras qoyub. Müəyyən şərtlər altında ortaya çıxan müharibələr, ixtiralar kimi, bəzi mühüm olaylar kəpənək effekti yaradaraq bütünlükdə tarixin gedişatına təsir etməklə dünyanın gələcəyini dəyişdirib. Təkərin, yazının ixtirasından sənaye inqilabına, Dünya müharibələrindən insanın Aya ilk  ayaq basmasına bu gün robototexnikadan tutmuş dron, çip, ağıllı cihazların inkişafına qədər bir sıra texnologiyaların istehsalı ilə əl əməyinin getdikcə sıradan çıxması həm bugünkü dünyanın nizamına, həm həyat tərzimizə  böyük təsir göstərib. Bəlkə bu hadisələrin çoxu yaşanmasaydı, dünya indikindən daha fərqli olardı. Həyatımıza sivilizasiyaya  təsir edən təsadüfdənmi, yoxsa zərurətdən doğan bu hadisələrlə planetimizdə yaşamın haradan-haraya gəlməsinə nəzər salmaqla tarixə  ekskurs  edək...

 Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən olan "II Dünya müharibəsi"ni oxuculara təqdim edirik.

"Respublika".

İkinci Dünya müharibəsi (1939 - 1945)

Bəşəriyyətin təkamülünə səbəb olmaqla tarixin gedişatını dəyişdirən ən mühüm hadisələrdən  biri II Dünya müharibəsinin başlanmasıdır. Dünyanın siyasi xəritəsinin dəyişməsi ilə nəticələnən bu müharibə tarixdə baş verən ən vacib hadisələrdən  biri kimi qiymətləndirilir. Dünya düzəninin dəyişməsinə səbəb olan II Dünya müharibəsi bəşəriyyətin formalaşmasında çox böyük əhəmiyyətə malikdir.

Müharibə ərəfəsində dünyanın supergüc balansı bir neçə dəfə dəyişikliyə uğramışdır. Geniş miqyas alan müharibə demək olar ki, bütün dövlətləri əhatə etmiş, 10 milyonlarla insanın ölümünə səbəb olmuşdur. 1 sentyabr 1939-cu ildə Almaniya ordusunun Polşaya hücumu ilə başlanan 2 sentyabr 1945-ci il tarixində sona çatan müharibə dünya siyasətinin dönüş nöqtəsi hesab edilir. Belə ki, müharibə dünya arenasında qüvvələrin yenidən paylanmasını meydana çıxardı ki, bu da təkcə Almaniya Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə Fransanın  da beynəlxalq nüfuzuna son qoydu. Müharibədən sonra avtoritet mövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında durdu. Bundan əlavə, Hitler koalisiyasına qarşı müttəfiq olan SSRİ ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə" başladılar.

Müharibə 1945-ci ildə Antihitler koalisiyasının qələbəsi ilə başa çatdı ki, bununla da dünyanın siyasi xəritəsi çox böyük dəyişikliyə məruz qaldı. Beynəlxalq əməkdaşlıq qurmaq növbəti toqquşmalara imkan verməmək üçün isə BMT yaradıldı. Müharibə həmçinin Afrika Asiyada azadlıq uğrunda hərəkatlara təkan verdi.

II Dünya müharibəsinin başlanmasının əsas səbəblərinə gəldikdə isə bunlardan biri  liberal-demokratik dövlətlərin totalitar rejimləri: faşizm kommunizm rejimlərini bir-birinə qarşı qoyub zəiflətmək məhv etmək cəhdi idi. SSRİ tərəfindən faşizm təhlükəsinin lazımınca qiymətləndirilməməsi müharibənin mühüm səbəblərindən hesab edilir. II Dünya müharibəsi təcavüzə məruz qalmış dövlətlər istisna olunmaqla, bütün tərəflər üçün ədalətsiz xarakter daşıyırdı.

Müharibə 1939-cu il sentyabrın 1- Almaniyanın Polşaya hücumu ilə başladı. Polşa qoşunları məğlub oldu. Polşa hökuməti ölkəni tərk etmək məcburiyyətində qaldı. Böyük Britaniya Fransa Almaniyaya müharibə elan etsə , 1940- ilin mayına kimi ona qarşı fəal hərbi əməliyyatlar aparmadı. Bu səbəbdən  həmin dövr tarixə "Qəribə müharibə" adı ilə daxil olmuşdur. Bu zaman yaranmış vəziyyətdən istifadə edən sovet rəhbərliyi Polşanın şərq torpaqlarını ələ keçirdi. SSRİ ilə Almaniya arasında imzalanmış "Dostluq sərhədlər haqqında" müqaviləyə görə, Polşa ərazisinin bölüşdürülməsi rəsmiləşdirildi. Təcavüzkar hərəkətlərinə görə SSRİ Millətlər Cəmiyyətindən çıxarıldı.

II