Heydər Əliyev  və milli təhsilimiz
Siyasət

Heydər Əliyev  və milli təhsilimiz

(əvvəli 4 aprel tarixli sayımızda)

Kamil mənəviyyatlı, vətənpərvər milli xüsusiyyətli nəsil

Təhsilin orta məktəb pilləsində gənclərin tərbiyəsi sahəsində qarşıya qoyulan vəzifələr daha önəmli idi. Prezident Heydər Əliyev gənclərdə milli-mənəvi keyfiyyətlərin formalaşmasını, vətəndaşlıq tərbiyəsini ön plana çəkirdi. Gənclərin Vətənə, xalqa məhəbbət ruhunda tərbiyələnməsini, tariximizlə, mədəniyyətimizlə bağlı biliklərə yiyələnməsini zəruri hesab edirdi. Bu baxımdan da vahid konseptual sistemə əsaslanmaqla məzmunu taleyüklü ümumxalq məsələsi olan orta təhsildə tədris olunan fənlər yenidən müəyyənləşdirildi. Xarici dilli (ingilis, rus s.) məktəblərdə müvafiq dərslərin Azərbaycan tarixi, ədəbiyyatı mədəniyyətinə dair uyğun materiallar əsasında tədrisi məsələsi aktuallaşırdı. Azərbaycan dilinin inkişaf səviyyəsindən, zənginliyindən, tariximizin qədimliyindən həvəslə danışan Prezident Heydər Əliyev - belə yüksək dərəcədə təşəkkül tapmış dil xalqımızın ən böyük sərvətidir onu inkişaf etdirmək hər birimizin borcudur - deyirdi. Müstəqilliyin ilk illərində dilimizin inkişafı ilə bağlı yol verilmiş nöqsanları çox kəskin tənqid edirdi.

Milli təhsilin yaranmasında ana dilinin əvəzsiz rol oynadığını xüsusilə nəzərə alaraq Azərbaycan dilinin dövlət dili olaraq inkişafını ölkəmizdə mövcud olan fəaliyyət sahələrində, həmçinin ölkəmizdəki səfirlik, xarici nümayəndəlik şirkətlərdə işlənməsinin, mövqeyinin möhkəmlənməsi üçün xüsusi fərman imzalandı. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman dilimizlə yanaşı, təhsilin, tədrisin inkişafında yeni perspektivlər açdı. Dil tarixlə bağlı biliklərin tədrisini gənclərin vətənpərvərlik tərbiyəsində ən mühüm amil hesab edən ümummilli lider gənclərlə bağlı demişdir: "Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə məktəbdə gənclərimizi qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır".

Yeri gəlmişkən, milli ideologiyanın formalaşmasında dərsliklərin, tədris vəsaitlərinin, ana dilində bədii elmi ədəbiyyatların roluna xüsusi diqqət yetirən dövlət başçısı bu sahədəki nöqsanlarla barışmır, təminat məsələsinin qənaətbəxş olmamasını xüsusilə qeyd edirdi. Azərbaycanın tarixi müasir dövrü ilə bağlı məlumatların gənclərin tərbiyəsində, onların vətənpərvər ruhda böyüməsində əhəmiyyətinin qədər mühüm olduğu da bəllidir. Buna görə 1999-2000-ci tədris ilinin başlanması ilə əlaqədar orta ümumtəhsil məktəblərində olan Prezident Heydər Əliyev xarici dilli məktəblərdə Azərbaycan tarixi dərslərinin olmamasını, azərbaycançılığın formalaşdırılması təbliği istiqamətində xüsusilə vacib tədbirlərin həyata keçirilməməsini Təhsil Nazirliyinin fəaliyyətində yolverilməz olduğunu qeyd etməklə ciddi iradlarını bildirmişdir.

Gəncləri kamil mənəviyyatlı, vətənpərvər milli xüsusiyyətləri özündə daşıyan yüksək əxlaq mənəvi keyfiyyətlərə malik nəsil kimi yetişdirmək missiyasına məsuliyyətlə yanaşan ulu öndər demişdir: "Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə, o, millətinə olan münasibətilə istənilən səviyyədə fəxr edə bilməz".

Orta məktəb şagirdi ümumiyyətlə, həyata hazırlayırsa, ali məktəb tələbəni bir sahənin mütəxəssisi ya peşəkarı kimi yetişdirir. Eyni zamanda ali məktəb müəyyən ixtisas sahəsində ancaq bilik, məlumat, informasiya verməklə kifayətlənməməli, onların bir vətəndaş olaraq yetişməsi, siyasi hüquqi mədəniyyətlərinin formalaşması üçün fəaliyyət göstərməlidir. Həmin dövrdə mövcud olan ali məktəblər şəbəkəsi tədris olunan ixtisaslar sovet təhsil sistemindən qalma idi. Yuxarıda qeyd etdiyimiz kimi, yeni tələblərə cavab verən müasir ixtisaslar üzrə kadr hazırlığı üçün Təhsil Qanununun müddəalarından irəli gələn, təhsil konsepsiyasında müəyyənləşdirilən tələblərə uyğun olaraq milli ali təhsil sistemində köklü islahatlar aparılmalı, ciddi struktur dəyişiklikləri edilməli idi.

Milli təhsilin ali orta ixtisas təhsili mərhələsində ciddi dönüş yaratmaq