Ulu Öndər Heydər Əliyevin xüsusi diqqət və qayğısı sayəsində müstəqillik dövründə də ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Bilavasitə onun rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkəmizdə səhiyyənin qanunvericilik bazasını gücləndirən "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "Əczaçılıq fəaliyyəti haqqında" və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi.
Heydər Əliyevin prezidentliyi dövründə səhiyyəmizin maddi-texniki bazasının gücləndirilməsinə , səhiyyə ocaqlarının yeni avadanlıq və cihazlarla təchiz edilməsinə, tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi.