"Hürriyet": Azərbaycanlı deputat Fazil Mustafaya sui-qəsd
Türkiyənin məşhur "Hürriyet" qəzetində Fazil Mustafanın güllələnməsi ilə bağlı xəbər yer alıb. Xəbərdə Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadənin İran XİN-in sözçüsü Nasir Kənaninin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsrailə səfəri ilə bağlı iddialarına cavabı yer alıb. Yazıda, həmçinin Ceyhun Bayramovun israilli həmkarı ilə keçirdiyi mətbuat konfransında İran əleyhinə heç bir açıqlama vermədiyi qeyd olunub. Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin bəyanatını anti-Azərbaycan addımı kimi qiymətləndirib. Xəbərdə son vaxtlar İranda Azərbaycana qarşı təhdid və təxribatların olduğu da vurğulanıb. XİN sözçüsü İranın Azərbaycan sərhədləri boyunca keçirdiyi hərbi təlimləri, sərhədlər üzərindən hərbi uçuşları, İran rəsmilərinin Azərbaycan əleyhinə bəyanatları, Xudafərin körpüsü yaxınlığında Azərbaycana qarşı təhdid dolu videoların hazırlanması və paylaşılmasını, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı baş vermiş terror aktını da diqqətə çatdırıb.
Məqalədə Ayxan Hacızadənin İran-Ermənistan qardaşlığının bütün region üçün təhlükə yaratması ilə bağlı fikirləri öz əksini tapıb: "İran son 30 ildə Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsinə səssiz qalıb. Qarabağın və Şərqi Zəngəzurun işğalı və bu torpaqların talan edilməsi, bölgələrdəki evlərdən sökülən daşların İran bazarlarında satılması, 67 məsciddən 65-nin dağıdılması və təhqir olunması İranın vecinə də deyildi. Mətbuat katibi Kenaninin qeyd olunanlarla bağlı açıqlamasını şiddətlə qınayırıq. Bu bəyanat Azərbaycan-İran münasibətlərində böhran yaratmaq üçün atılan addımdır".
Xatırladaq ki, İran XİN sözçüsü, N.Kənani əsassız olaraq Ceyhun Bayramovun İsrailə səfəri zamanı səsləndirilən fikirlərin İranın milli təhlükəsizliyinə zidd olduğunu iddia etmişdi. Lakin səfər çərçivəsində keçirilən görüşdə İrana qarşı heç bir əsassız fikir səsləndirilməmişdir.
"Reuters": Azərbaycan tərəfi iranlı komandirin böhtan xarakterli şərhlərini pislədi
Dünyanın məşhur xəbər agentliklərindən biri olan Reuters deputat Fazil Mustafaya qarşı törədilən terror aktından sonra Azərbaycan tərəfinin İranın yüksəkrütbəli hərbi komandirinin böhtan xarakterli şərhlərini pisləməsi ilə bağlı xəbər yayıb. Verilən məlumatda Azərbaycan Müdafiə Nazirliyi İranın nizami ordusunun quru qoşunlarının rəhbəri Kiumars Heydərinin "İslam Dövləti" qruplaşmasının üzvlərinin Azərbaycan uğrunda vuruşduqları və hələ də ölkədə yerləşdikləri barədə açıqlamalarını əsassız və qəbuledilməz adlandırıb. Azərbaycan ərazisində heç bir xarici qüvvənin olmadığını bildirən Müdafiə Nazirliyi bu şərhlərin şər və böhtan xarakteri daşıdığını vurğulayıb.
Şimal-qərbdə çoxsaylı etnik azərbaycanlının yaşadığı Azərbaycan və İran arasında münasibətlərin son aylarda gərgin olduğunu bildirən Reuters yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinin Təhlükəsizlik Xidmətinin rəisinin ölümü ilə nəticələnən terrordan sonra deputat Fazil Mustafanın da terror aktına məruz qalmasını Azərbaycan ilə İran arasında gərgin münasibətlərin son həddi adlandırıb.
"Anadolu ajansı": 1918-ci ildə erməni quldur dəstələri tərəfindən qətlə yetirilən azərbaycanlıların xatirəsi anılır
Türkiyənin xəbər agentliyi "Anadolu ajansı" 31 Mart azərbaycanlıların soyqırımının ildönümü ilə bağlı məlumat yayıb. Məlumatda erməni quldur dəstələrinin 105 il əvvəl Azərbaycan ərazisində törətdikləri qırğının ölkə tarixinin ən fəlakətli qətliamlarından biri kimi qiymətləndirildiyi bildirilib. Xəbərdə soyqırımın tarixçəsi də yer alıb. Vurğulanıb ki, "Qafqaz İslam Ordusu" adlanan Osmanlı ordusunun Azərbaycana yardıma gələrək ölkəni quldur dəstələrindən təmizləməsi ilə soyqırımı başa çatıb. Həmçinin, məlumatda qeyd edilib ki, 1918-ci ildən ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər, qırğınlar "soyqırımı" hesab edilir və ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 31 martın "Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunmasına qərar verilib.
"Romania - insider": Buxarest və Azərbaycan opera teatrları arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
Rumıniyanın rəsmi internet saytı "Romania-insider" Buxarest Milli Operasının baş meneceri Daniel Jinqa və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş direktoru Akif Məlikovun