TÜRKİYƏ PREZİDENTİ FİNLANDİYA İLƏ BAĞLI PROTOKOLU İMZALAYIB
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb və qərar aprelin 1-də “Resmi Gazete”də dərc olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, Madrid razılaşmasına əsasən, vədlərin yerinə yetirdiyi müəyyən edildikdən sonra 2022-ci il iyulun 5-də Brüsseldə imzalanmış “Finlandiya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında Protokol” təsdiq olunub.
Eyni zamanda, məlumatda Finlandiyanın terrora münasibətinin Türkiyə tərəfindən nəzarətdə saxlanıldığı bildirilib.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya daxil olmasını martın 31-də təsdiqləyib. Parlamentdə qəbul edilən qanun “Resmi Gazete”də dərc olunduqdan sonra qüvvəyə minib. Qərar rəsmiləşdikdən sonra Finlandiyanın NATO-ya üzvlük prosesi Brüsseldə davam edəcək. Bundan əvvəl NATO-ya üzv olan 29 ölkə Finlandiyanın üzvlüyünü qəbul etmişdi.
Türkiyənin Finlandiyaya yaşıl işıq yandırmasından sonra rəsmi Helsinki alyansa qoşulmaqla ölkəsinin təhlükəsizliyinin güclənəcəyini bildirib. Finlandiya hökuməti NATO çərçivəsində Baltik regionu və Şimali Avropada sabitliyin daha da artacağı qənaətindədir.
BVF UKRAYNAYA YENİ YARDIM PAKETİNİ TƏSDİQLƏYİB
Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya 115 milyard dollarlıq ümumi dəstək paketi çərçivəsində 15,6 milyard dollarlıq maliyyələşdirməni təsdiqləyib. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondu açıqlama yayıb.
Məlumata əsasən, açıqlamada BVF İcraçı Direktorlar Şuranın qərarı ilə təxminən 2,7 milyard dolların dərhal ödənilməsinə icazə verildiyi bildirilib.
Qeyd edək ki, BVF ötən həftə Ukrayna ilə sözügedən maliyyə paketi ilə bağlı razılığın əldə edildiyini açıqlamışdı.
Xatırladaq ki, Ukrayna rəsmilərinin tələbi əsasında Qevin Qreyin başçılıq etdiyi BVF nümayəndə heyətinin martın 8-15-də Polşada Ukrayna səlahiyyətliləri ilə 4 illik iqtisadi proqramla bağlı danışıqlar aparıb.
AĞ EV AMERİKALILARI TƏCİLİ RUSİYANI TƏRK ETMƏYƏ ÇAĞIRIB
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bütün amerikalıları, o cümlədən jurnalistləri təcili Rusiyanı tərk etməyə çağırıb. “Report” agentliyi xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Con Kirbinin sözlərinə görə, bütün ABŞ vətəndaşları, o cümlədən jurnalistlər, səfərlərinin məqsədindən asılı olmayaraq, Rusiya ərazisini təcili şəkildə tərk etməlidirlər.
“Əgər siz Rusiyadasınızsa - iş və ya istirahət üçün, səfərin məqsədindən asılı olmayaraq oranı dərhal tərk etməlisiniz”, - deyə Ağ Ev rəsmisi vurğulayıb.
Xatırladaq ki, bu ərəfədə ABŞ dövlət katibi Entoni Blinken də Rusiyadakı bütün Amerika vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
ÇİN ABŞ ŞİRKƏTİNƏ QARŞI TƏHQİQATA BAŞLAYIB
Çin hakimiyyəti yaddaş çipləri istehsalçısı olan ABŞ şirkəti “Micron Technology”ə qarşı təhqiqata başlayıb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Çinin Kibertəhlükəsizliyə Nəzarət İdarəsinin yaydığı məlumatda qeyd olunur.
“Aparıcı informasiya infrastrukturunda tədarük zəncirlərinin təhlükəsizliyini qorumaq və gizli kibertəhlükəsizlik təhdidlərinin qarşısını almaq, həmçinin milli təhlükəsizlik üçün “Micron Technology” tərəfindən Çində satılan məhsullara qarşı yoxlamaya başlanılıb”, - deyə departamentin açıqlamasında vurğulanır.
Məlumata əsasən, bu, agentliyin son bir neçə il ərzində xarici şirkətlə bağlı ilk belə araşdırmasıdır.
Qeyd edək ki, “Micron Technology” şirkəti dünyanın ən böyük yaddaş çipləri istehsalçılarından biridir. Şirkətin məlumatına görə, gəlirinin təxminən 10 faizi Çin bazarından əldə edilir.
URSULA FON DER LYAYEN NATO-YA RƏHBƏRLİK EDƏ BİLƏR
Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen NATO-nun baş katibi Yens Stoltenberqin vəzifəsini tərk etməsindən sonra Alyansa rəhbərlik edə bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın