Sən demə, yemək seçimimiz və tərzimiz...
Psixoloqların fikrincə, qida seçimləri şəxsiyyət xüsusiyyətləri haqqında mühüm ipucları verə bilər. Belə ki, mütəxəssislər qoxu və dad hisslərinin beynimizin limbik sistemində işlənməsi səbəbindən bu sistemin duyğu və davranışlarımıza təsir etdiyini deyirlər. Onlar düşünürlər ki, eyni sistemdə işlənən dad və qoxularla duyğularımız və davranışlarımız arasında bağlantı var. İndiyə qədər aparılan bir çox araşdırmaların nəticələri göstərir ki, bənzər şəxsiyyət xüsusiyyətlərinə malik insanlar eyni cür qidalara üstünlük verirlər.
Nəticələrə görə, narsistik insanlar acı və ədviyyatlı yeməklərə, emosional insanlar daha çox meyvə və tərəvəzə üstünlük verirlər. Həyəcan axtaran və macəraçı şəxslərsə, yeni dadları sınamağı xoşlayırlar. Narahat və introvert insanlar şirniyyat yeməyə, ekstrovertlər isə ət və spirtə meyillidirlər.
Qida seçimimiz kimi, yemək tərzimiz də şəxsiyyət xüsusiyyətlərimizlə əlaqələndirilir. Bu mövzuda edilən bir çox araşdırmanın ortaq nəticələri insanların qidalanma tərzinə görə xüsusiyyətləri haqqında ipucu verir. Məsələn, ekstrovert və rəqabətə meyilli insanlar adətən sürətli, sakit və soyuqqanlı insanlar yavaş-yavaş yemək yeyərkən, mükəmməllikçi şəxsiyyətə sahib olanlar isə süfrə düzümünə və yeməyin təqdimatına böyük diqqət yetirirlər.
Yemək seçiminin səbəbi bəzən travmalar və ya keçmişdən gələn xatirələrlə də əlaqəli ola bilər. Bəzi qidalar bizə keçmişdəki pis təcrübələri xatırlatdığı üçün artıq o qidaları istəməyə bilərik. Bu travmalar qidanın özü ilə birbaşa əlaqəli ola bilər. Məsələn, heyva yeyərkən boğulma təhlükəsi ilə qarşılaşan biri, yəqin ki, bir daha bu meyvəni yemək istəməz. Bəzən isə qida ilə birbaşa əlaqəsi olmayan travma və ya baş verən pis hadisə də hansısa yeməyi qara siyahıya sala bilər.
Qarabaşağı bu cür yeyin ki...
Çoxlarımızın "qreçka" kimi tanıdığı qarabaşaq öz tərkibinə görə unikal və qiymətli məhsul hesab edilir. Bütün dənli bitkilər arasında məhz o, tərkibində yüksək miqdarda bitki mənşəli zülal olması ilə qiymətləndirilir. Digər dənli bitkilərə nisbətən qarabaşağın tərkibi manqan, maqnezium və dəmir kimi minerallarla daha zəngin olduğu üçün qida mütəxəssisləri səhərlər acqarına kefir ilə çiy qarabaşaq yarması yeməyin orqanizmin sağlamlığı baxımından əla vasitə olduğunu söyləyirlər. Mütəxəssislərin fikrincə, orqanizmi artıq və lazımsız toksinlərdən təmizləyən bu qida pəhriz saxlayanlar üçün də əla seçimdir.
Mədəaltı vəzi, qaraciyər və digər həyatı vacib orqanlar üçün də faydalı olan qarabaşaq kefirlə qarışdırıldıqda, bişmiş hal alır. Hətta bişirilmiş qarabaşaqdan belə dadlı olur.
Bir neçə həftə sonra bu qarışımın nəticəsini görmək olar. Hətta həftədə bir dəfə bu qarışımdan səhər yeməyində istifadə etsəniz, mədəaltı vəzi, qaraciyər və digər orqanlarda faydasını görəcəksiniz.
Dietoloqlar qarabaşağı buğdaya sağlam alternativ hesab edirlər. Buna səbəb digər dənli bitkilərlə müqayisədə onun tərkibindəki antioksidantların daha yüksək və kalorisinin aşağı olmasıdır.
İnformasiyanı posta.com.tr saytı yayıb.
Bu problem insult riskini artırır
İsveçin Lund Universitetinin alimləri müəyyən ediblər ki, psixi sağlamlıq problemi olan və depressiyadan əziyyət çəkən insanların insult keçirmə riski daha yüksəkdir.
"Neurology" jurnalında dərc edilən araşdırmaya görə, insult keçirmiş insanların bu problemi olmayanlara nisbətən depressiya riski 46 faiz daha çoxdur. Tədqiqat zamanı həmçinin məlum olub ki, depressiyaya düşmüş insanların insultdan sonra sağalmağı da daha çətindir.
İnsult-beyin-qan dövranının kəskin pozulmasına deyilir. Hər il dünyada 16-17 milyon insan insult keçirir. Bu xəstəlikdən ölüm halları 30-35 faiz təşkil edir. Beyin insultu ömürlük əlilliyə səbəb olacaq xəstəlik kimi dünyada birinci yerdə durur.
İnsultla bağlı digər bir araşdırmanın nəticələri isə göstərib ki, həmçinin depressiya, bipolyar pozğunluq və