DÜNYA XƏBƏRLƏRİ
İdman

DÜNYA XƏBƏRLƏRİ

ÇİN LİDERİ ÖLKƏSİNİN MÜHARİBƏYƏ HAZIRLAŞDIĞINI AÇIQLAYIB

Çin Xalq Respublikası müharibəyə hazırlaşır. “Reportagentliyinin məlumatına görə, bunu Çin lideri Si Cinpin parlamentin iclasında çıxışı zamanı bəyan edib. Dövlət başçısı bildirib ki, dünya bu məsələni ciddi qəbul etməlidir.

Verilən xəbərə görə, Çinin müdafiə büdcəsi son 10 ildə 7,2 faiz artıb. Həmçinin hazırda ölkənin taxıl idxalından asılılığını azaltmaq üçün planlar qurulur.

Eyni zamanda vurğulanıb ki, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır. Bununla yanaşı, bütün ölkə boyunca yeniMilli Müdafiə Səfərbərliyiofisləri yaradılıb.

Məlumata görə, müharibənin konkret hansı ölkə ilə aparılacağı açıqlanmayıb.

Qeyd edək ki, Çin Müdafiə Nazirliyi bu ərəfədə Rusiya ilə əməkdaşlığın gücləndiriləcəyini bildirərək, ABŞ-a xəbərdarlıq edib.

 

SERGEY LAVROV TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 6-7- Türkiyəyə səfər edəcək. “TRTtelekanalının verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova paytaxt Moskvada həftəlik mətbuat konfransında Sergey Lavrovun gələn həftə proqramı barədə açıqlama ilə çıxış edib.

Mətbuat katibinin sözlərinə görə, Sergey Lavrov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvəti ilə bu ölkəyə səfər edəcək. “Görüşlər zamanı ticarət, enerji turizm daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti müxtəlif  mövzuların müzakirəsi planlaşdırılır”, - deyə Mariya Zaxarova əlavə edib.

Bununla yanaşı, səfər zamanı Rusiya-Türkiyə əməkdaşlığının inkişafı, Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi, həmçinin Ukraynadakı müharibə, eləcə Suriyadakı vəziyyətlə bağlı müzakirələrin aparılması planlaşdırılır.

 

BVF RƏHBƏRİ: QLOBAL İQTİSADİYYAT TƏLATÜMLÜ VƏZİYYƏTDƏDİR

Qlobal iqtisadi artımın 2023- ildə  Ukraynadakı müharibənin təsiri pul-kredit siyasətinin sərtləşməsinin davam etməsi nəticəsində 3 faizdən aşağı enəcəyi gözlənilir. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgieva Çində keçirilən forumda çıxışı zamanı bildirib.

Eyni zamanda, Kristalina Georgieva hesab edir ki, 2023- il daha bir çətin il olacaq. Onun sözlərinə görə, qlobal iqtisadiyyat artıq bir müddətdir ki, təlatümlü vəziyyətdədir şok ardınca şok yaşayır.

Uzun müddət davam edən aşağı faiz dərəcələrindən inflyasiya ilə mübarizə üçün lazım olan daha yüksək dərəcələrə sürətli keçid bəzi inkişaf etmiş ölkələrin iqtisadiyyatlarında bank sektorunda qarışıqlığa səbəb olmaqla vəziyyəti daha da çətinləşdirdi”, - deyə BVF rəhbəri vurğulayıb.

Kristalina Georgieva hesab edir ki, qarşıda duran çətinliklərlə əməkdaşlıq həmrəylik yolu ilə mübarizə aparmaq olar.

 

AVROPA ÖLKƏLƏRİNDƏN MİQRANTLARA QARŞI QEYRİ-İNSANİ RƏFTAR

Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsinin illik hesabatında bildirilir ki, Avropa İttifaqına gələn miqrantlar polis ya sərhədçilər tərəfindən fiziki zorakılıqlara məruz qalıblar.

Bu şəxsləri yerə uzadaraq bədənlərinin yaxınlığına güllə atmaq kimi qeyri-insani ləyaqəti alçaldan rəftarın digər formaları  tətbiq edilib. Bundan başqa, miqrantları əlləri bağlı vəziyyətdə suya atmaq, paltarlarını ayaqqabılarını çıxarmaq, bəzi hallarda isə hətta sərhədi keçərək tam çılpaq gəzməyə məcbur etmək halları da baş verib”, - deyə hesabatda vurğulanıb.

Komitənin açıqlamasında qeyd edilib ki, Avropa sərhədindən zorla geri göndərildiyini iddia edən insanların sayı da artıb. “Geri göndərilmələr qeyri-qanunidir, qəbuledilməzdir dayandırılmalıdır”, - deyə komitənin rəhbəri Alan Mitçel bildirib. O əlavə edib ki, miqrantların həbsi yalnız son tədbir kimi istifadə edilməlidir.

Eyni zamanda, komitə Avropa Şurasına üzv dövlətləri hər bir insanı fərdi qeydiyyatdan keçirmək, insanlara sığınacaq üçün müraciət etmək imkanı verməklə, miqrantların