DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

NETANYAHU ETİRAZLARA SƏBƏB OLAN QANUNUN QƏBULUNU TƏXİRƏ SALIB

İsrailin baş naziri Benyamin Netanyahu ölkənin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir  ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatlarını dayandırmaq barədə razılığa gəliblər. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədəKandövlət radiostansiyası məlumat yayıb.

Məlumata əsasən, milli təhlükəsizlik nazirinin rəhbərlik etdiyiYəhudi Gücüpartiyasından bildirilib ki, koalisiya məsləhətləşmələrindən sonra parlamentdə məhkəmə islahatlarının təsdiqini yay sessiyasına qədər təxirə salmağı qərara alınıb. Bundan əvvəl İtamar Ben-Qvir təxirə salınmanın qəti əleyhinə idi.

Qeyd edilir ki, bunun müqabilində Netanyahu yeni güc strukturunun - Milli Qvardiyanın formalaşmasına razılıq verib. Yeni struktur Ben-Qvirin rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyinin nəzarətinə veriləcək.

Xatırladaq ki, martın 26-da İsraildə məhkəmə sistemindəki dəyişikliklərə qarşı kütləvi etirazlar başlayıb 600 mindən çox insan küçələrə axışıb.

 

TRAMP MÜHARİBƏNİN QARŞISINI YALNIZ ONUN ALA BİLƏCƏYİNİ BİLDİRİB

ABŞ-da genişmiqyaslı prezidentlik yarışının başlaması ərəfəsində tərəfdarları ilə görüşlər keçirən Evin sabiq rəhbəri Donald Tramp Üçüncü Dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs olduğunu bildirib. Bu barədəSputnikinformasiya agentliyi məlumat yayıb.

Bunu deyə biləcək yeganə namizəd mənəm - Üçüncü Dünya müharibəsinin qarşısını alacağam”, - deyə Donald Trampın Texasdakı mitinqdə dediyi sözlər tərəfdarlarının gurultulu alqışlarına səbəb olub.

Agentlik qeyd edir ki, bu yaxınlarda siyasətçi onun həbsinin bütün dünyadaölüm dağıntıtəhlükəsi yaradacağı barədə xəbərdarlıq etsə , son çıxışı zamanı uzaqgörən fikirlərini söyləməkdən çəkinib. Bəlkə ona görə ki, həbsin tarixi (21 mart) çoxdan keçib təhlükəsizlik qüvvələri ona baş çəkməyiblər.

Eyni zamanda, Donald Tramp çıxışı zamanı Ukrayna münaqişəsini növbəti dəfə  hakimiyyətə gəldikdən sonra 24 saat ərzində başa çatdıracağına söz verib. Lakin siyasətçi bunu necə edəcəyini izah etməyib.

 

ALMANİYADA SON 30 İLİN ƏN İRİMİQYASLI TƏTİLİ KEÇİRİLİR

Almaniyada 350 min nəqliyyat işçisi işləməkdən imtina edərək kütləvi tətillərə qoşulub. “Reportagentliyinin xəbərinə görə, hava, su yerüstü nəqliyyat vasitələri işçilərinin tətil elan etməsi ilə ölkədə sanki həyat durub.

Bildirilir ki, AlmaniyanınVerdihəmkarlar ittifaqının məlumatına görə, bu, nəqliyyat sektorunda son 30 ilin ən böyük tətilidir. Tətillə bağlı əvvəldən çağırışlar olub bunu nəqliyyat sektorundakı bütün həmkarlar ittifaqları dəstəkləyiblər.

Məlumata əsasən, tətildən sadəcə şəhəriçi, şəhərxarici hava nəqliyyatı təsirlənmir. Gəmilər avtobandan istifadə etmək istəyən sürücü sərnişinlər saatlardır yollarda qalıblar. Avtobanlardakı tunellər bağlanılıb.

Həmkarlar İttifaqlarının da məqsədi ictimai nəqliyyatı iflic edərək, diqqəti maaş artımı ilə bağlı keçirdikləri tətilə çəkərək, bu yöndə hökumətə etdikləri təzyiqi artırmaqdır.

Həmkarlar ittifaqları nəqliyyat işçilərinin aylıq əmək haqlarının 10,5-12 faiz, yaxud 500-650 avro artırılmasını tələb edir.

 

MİSSİSİPİ ŞTATINDA FÖVQƏLADƏ VƏZİYYƏT ELAN EDİLİB

ABŞ-ın Missisipi ştatında ciddi dağıntılara səbəb olan tornado ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

ABŞ prezidenti Cozef Bayden 10-dan çox şiddətli tornadonun təsiri nəticəsində Missisipi ətrafında 26 nəfərin həyatını itirməsinin ardından bölgə üçün federal fövqəladə vəziyyət elan etdiyini açıqlayıb.

Ölkənin Milli Meteoroloji Xidməti ştatın Rolling Fork administrativ mərkəzində təsirli olan tornadonun 5 bal üzərindən 4 bal gücündə olduğu sürətinin saatda 300 kilometri keçdiyi anların təsbit edildiyi barədə məlumat paylaşıb.

Qeyd edilir ki, ABŞ-ın Milli Meteoroloji Xidməti təbii fəlakətdən öncə ştatın Rolling Fork istiqamətində tornado ilə bağlı xəbərdarlıq edərəkö