DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ZELENSKİ: ƏSAS DİQQƏTİMİZ BAXMUT ŞƏHƏRİ İSTİQAMƏTİNƏ YÖNƏLİB

Ukrayna prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb. “Reportagentliyinin verdiyi xəbərə görə, bu barədə dövlət başçısı çıxışı zamanı bəyan edib.

Qərargahın toplantısını keçirdim. Əsas diqqət Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu istiqaməti gücləndirmək düşməni məhv etmək”, - deyə Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, Baxmut uğrunda döyüşlər hələ ötən ilin avqustunda başlayıb. Cari ilin yanvar ayından döyüşlərin intensivliyi daha da artıb. Şəhərin böyük hissəsi Ukrayna hərbçilərinin nəzarəti altında olsa da, Rusiya qüvvələri tədricən irəliləməyi bacarıblar.

Məlumat üçün qeyd edək ki, şəhər onun ətrafı hər iki tərəf üçün böyük strateji mənəvi önəm daşıyır. Müharibənin ilk günlərindən atəşə tutulmağa başlayan Baxmut faktiki olaraqkabus şəhərəçevrilib.

 

İMRAN XANIN TƏRƏFDARLARI İLƏ POLİS ARASINDA QARŞIDURMA DAVAM EDİR

Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları ilə polis arasında martın 14- başlayan qarşıdurmalar davam edir. “Teleqraf.comun xəbərinə görə, mühakimə olunduğu məhkəmənin iclasına qatılmadığı üçün həbs olunmasına qərar verilən İmran Xanın polis tərəfindən saxlanması cəhdinə qarşı etirazlar gecə boyu davam edib.

Məlumata əsasən, Lahorda baş verən qarşıdurmalarda indiyədək 33 polis əməkdaşı yaralanıb çoxlu sayda nümayişçi saxlanılıb.

Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xan verdiyi açıqlamada polisin təzyiqli sudan istifadə etdiyini evinə gözyaşardıcı qaz bombaları atdığını bildirib.

Təhlükəsizlik qüvvələrinin əsl güllələrdən istifadə etdiyini bildirən İmran Xan boş patronların fotolarınıTvitterdəpaylaşıb.

Bununla yanaşı, Pəncabın polis rəisi Osman Ənvər PTI tərəfdarlarına şiddətin davam edəcəyi təqdirdə kəskin tədbirlər görəcəkləri barədə xəbərdarlıq edib.

 

PARİS ZİBİLYIĞANLARIN TƏTİLİ SƏBƏBİNDƏN ÜFUNƏTƏ QƏRQ OLUB

Fransanın paytaxtı Parisdə zibilyığanlar tətili martın 19-dək uzatmaq barədə qərar qəbul ediblər. Bu barədəReportagentliyi məlumat yayıb.

Verilən xəbərə görə, turistlərin ziyarət etdikləri Parisin ən məşhur küçə meydanlarında 7 min tona yaxın zibil toplanıb. Həşəratlar siçovullar tullantıların üstünə toplaşıb. Ətrafa üfunət yayılıb. Məlumata əsasən, sakinlər zibil dolu torbaların üzərindən atlanmağa məcbur olurlar.

Xatırladaq ki, Parisdə bir həftədir zibilyığanlar tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 64-ə qaldırmaq niyyətindədir.

Eyni zamanda, zibilyığanlar aylıq əməkhaqqı təqaüdün artırılmasını da istəyirlər. Hazırda onların təqaüdü ayda 1200 avro təşkil edir.

 

İRANDA NOVRUZ ŞƏNLİKLƏRİ ZAMANI HƏLAK OLAN VƏ YARALANANLARIN SAYI ARTIB

İranda fevralın 20-dən bu günədək davam edən Novruz şənliklərində baş verən hadisələrdə 27 nəfər həlak olub, 4095 nəfər isə xəsarət alıb. “Trendagentliyinin məlumatına görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının sədri Cəfər Miadfər bildirib.

Təşkilat sədri qeyd edib ki, xəsarət alanlardan 287-si xəstəxanalara yerləşdirilib, onlardan 25 nəfəri reanimasiya şöbələrindədir.

Eyni zamanda, 222 nəfərin bədən üzvü amputasiya edilib, 1357 nəfər gözündən xəsarət alıb, 867 nəfər isə yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, ən çox xəsarət alanlar-Tehran vilayətində 886 nəfər, Şərqi Azərbaycan vilayətində 482 nəfər, Qərbi Azərbaycan vilayətində 402 nəfərdir.

Qeyd edək ki, İranda Novruz şənlikləri, xüsusilə çərşənbələrdə təhlükəli pirotexniki partlayıcı vasitələrdən istifadə olunur.

 

YUNANISTANIN BAŞ NAZİRİ: TÜRKİYƏ İLƏ GƏRGİNLİK MÜHARİBƏ HƏDDİNdƏ iDİ

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Kahramanmaraşda baş verən