Yuxuda gəzənlər oxusun
Lunatiklər (lat. yuxuda gəzən) hər zaman sirli insanlar hesab ediliblər. Onların sirlərlə dolu dünyasından heç kim baş aça bilmədiyi üçün hətta lunatikləri şeytan adlandıranlar da az deyil. Belə ki, qədim dövrlərdə gecə yuxuda gəzənləri şeytanın övladı, ifritə adlandırar, belə adamları odda yandırardılar.
Qeyd edək ki, keçmiş zamanlarda özündə və ya övladında lunatiklik əlamətləri müşahidə edənlər yeganə çıxış yolunu magiya ilə məşğul olanlarda görürdülər. Belə ki, bu qorxulu vəziyyətdən ancaq falçıların köməkliyi ilə çıxa biləcəklərinə inanırdılar. Ancaq dövrümüzdə "lunatizim" bir xəstəlik olaraq qəbul edilir. El arasında "lunatizm" adlandırılan bu xəstəliyə tibdə "somnambulizm" deyirlər. Bu xəstəliyə bütün yaş qrupunda olan insanlarda, daha çox isə azyaşlı uşaqlarda rast gəlinir. Və bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, daha sonra isə psixoloqlar məşğul olurlar. Dünya alimləri uzun illər araşdırmalar aparsalar da, "somnambulizm"in yaranma səbəblərini tam olaraq müəyyən edə bilməyiblər. Onlar bu xəstəliyin beyində olan bəzi genlərin yerini dəyişməsi nəticəsində yarandığını düşünürlər. Ancaq bu genlərin nə üçün yerini dəyişdiyi hələ də alimlərə sirr olaraq qalır. Bəzi elm adamlarının fikrincə isə xəstəliyin yaranmasına səbəb stress, gərginlik və yorğunluqdur.
Lunatiklər yuxuda ikən etdikləri hərəkətləri heç vaxt xatırlamırlar. Onlar bağlı qapını və ya pəncərəni açmaq iqtidarında olmurlar. Yuxuda gəzərkən bağlı bir qapı ilə qarşılaşdıqda yollarını dəyişir, yəni onu açmağa cəhd etmirlər. Bu səbəbdən də ailədə, yaxınlarınızda kimdəsə belə bir əlamətin şahidi olmusunuzsa, qapı və pəncərəni gecələr bərk bağlayın. Evdə olan iti əşyaları - bıçağı, baltanı və digər kəsici alətləri gizlədin. Adətən lunatiklərin çarpayılarının qarşısına yaş dəsmal sərirlər ki, ayaqları suya dəydikdə dərhal oyansınlar. Onları gəzərkən qəflətən oyatmaq təhlükəlidir. Belə ki, bu halda həmin adam infarkt, iflic keçirə bilər.
Zənginliyin zəka ilə əlaqəsi varmı?
Bu yaxınlarda elm adamları var-dövlət qazanmağın zəka ilə əlaqəsinin olub-olmadığını araşdırıblar. Nəticədə məlum olub ki, yüksək qazanc təkcə zəka ilə əlaqəli deyil. Burada həmçinin şans, xarizma və insanlarla işləmək bacarığı da həlledici rol oynaya bilər. Tədqiqatların nəticələri göstərib ki, qazanılan məvaciblə IQ arasında elə də güclü əlaqə yoxdur.
Alimlər deyirlər ki, zəngin olmaq üçün yüksək intellekt vacib şərt deyil. Burada əsas olan şərt bacarıqdır.
Norveç, Finlandiya və Avstraliyadan olan tədqiqatçıların apardığı araşdırmalara görə, Böyük İsveç şirkətlərinin baş direktorları orta səviyyədən yüksək IQ-yə malikdirlər. Kiçik şirkətlərdə isə bundan aşağı nəticə göstərirlər. Onlar uğura təkcə ağıl deyil, həm də zəhmət, insanlarla işləmək bacarığı, xarizma, bəxt faktoru sayəsində nail olurlar.
ABŞ-da aparılan araşdırmalar isə göstərib ki, IQ səviyyəsi 70-75 faiz olanlar 25-30 faiz olanlardan 10-15 faiz çox qazanırlar.
Belə qənaətə gəlmək olar ki, əslində şansla - risk sərmayələrin uğurlu olub-olmamasında ən böyük faktordur. Sərmayə qoyan hər iki nəfərin zəka baxımından bərabər səviyyədə olması isə onların daha çox pul qazanmasına səbəb ola bilər.
Flaminqolar tək ayaq üstə necə dururlar?
Flaminqoların tək ayaq üstündə necə duruş gətirməsi xeyli vaxtdır ki, alimləri düşündürürdü. Son araşdırma zamanı elm adamları belə qənaətə gəliblər ki, bu quşların təkayaqlı duruşu onlara daha az güc sərf etməyə imkan verir. Belə ki, təkayaqlı duruş zamanı quşun sərf etdiyi enerji ikiayaqlı duruşda sərf edilən enerjidən daha azdır.
Amerikalı alimlərin fikrincə, tək ayaq üstə duran flaminqonun əzələləri demək olar ki, heç