DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN G20” SAMMİTİNDƏ İŞTİRAK EDƏ BİLƏR

Rusiya prezidenti Vladimir Putinin 2023- ilin sentyabrında Hindistanda keçirilməsi planlaşdırılanG20” sammitində iştirakı istisna edilməyib bu barədə qərar ayrıca veriləcək. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə görüşü zamanı qeyd edib.

Mətbuat katibi vurğulayıb ki, Putinin bu görüşdə iştirak ehtimalı hər zaman var bunu istisna etmək olmaz. Eyni zamanda, Rusiya bu ya digər formatda, həmçinin prezidentin sammitdə birbaşa iştirakı olmadan daG20” hansısa şəkildə təmsil olunur.

Xatırladaq ki, 2022-ci ildəG20” liderlərinin görüşünə Rusiyadan Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov gedib. 2020-2021-ci illərdə Vladimir Putin görüşlərdə videobağlantı vasitəsilə iştirak edib. Prezident şəxsən görüşə  son dəfə sammitin Yaponiyada keçirildiyi 2019-cu ildə gedib.

 

İRANDA İLAXIR ÇƏRŞƏNBƏ TƏDBİRLƏRİNDƏ ÖLƏN YARALANANLAR VAR

İranda ilaxır çərşənbə münasibətilə keçirilən tədbirlərdə 383 nəfər yaralanıb, 16 nəfər isə dünyasını dəyişib. “ReportunFarsagentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Cəfər Miadfər bildirib.

Təşkilat rəhbərinin sözlərinə görə, yaralılar hazırda ölkənin 4 hospitalına yerləşdirilib. “Təəssüf ki, 58 amputasiya əməliyyatı keçirilib, 101 göz xəsarəti alan var. Xəsarət alanlara görə ən yüksək göstərici məhz Tehranda qeydə alınıb”, - deyə Cəfər Miadfər vurğulayıb.

Eyni zamanda, təşkilat rəhbərinin sözlərinə görə, Tehranda 97 nəfər yaralanıb, 7 nəfər isə dünyasını dəyişib.

Bununla yanaşı, Tehranın Yanğınsöndürmə İdarəsinin baş direktoru Qədrətullah Məhəmmədinin sözlərinə görə, yanğınlar əsasən qaz doldurulmuşarzu şarlarının partlaması nəticəsində baş verir.

Balonların uçarkən enəcəyi yer mövqeləri məlum olmur. Balonlar bəzən ağaclara, eyvanlara binaların damlarına düşərək yanğına səbəb olur”, - deyə idarənin baş direktoru əlavə edib.

 

BÖYÜK BRİTANİYA MÜDAFİƏ XƏRCLƏRİNİ ARTIRMAĞI PLANLAŞDIRIR

Böyük Britaniya hökuməti müdafiə xərclərini ÜDM-in 2,5 faizinə çatdırmaq niyyətində olduğunu açıqlayıb. “Reportun verdiyi xəbərə görə, bu məlumat hökumətin 2023- ildə təhlükəsizlik, müdafiə, inkişaf xarici siyasət prioritetlərinin kompleks icmalında öz əksini tapıb.

Məlumata əsasən, sənəddə qeyd olunub ki, 2020-ci ildə Boris Conson hökuməti müdafiə xərclərinin böyük artım proqramını təsdiqləyib Ukraynaya hərbi yardım daxil olmaqla bu il Böyük Britaniyanın ümumi hərbi xərclərinin ÜDM-in 2,2 - 2,29 faizinə çatacağı gözlənilir.

Hökumət qeyd edib ki, müdafiə xərclərinin yeni səviyyəyə qaldırılması ölkənin NATO-da liderliyini gücləndirəcək Ukraynadakı münaqişədən əldə edilmiş dərsləri nəzərə alaraq Böyük Britaniya Silahlı Qüvvələrinin modernləşdirilməsini sürətləndirməyə kömək edəcək.

Bununla yanaşı, ölkə hökuməti müdafiə proqramı üçün əlavə 5 milyard funt-sterlinq ayırmaq niyyətini təsdiqləyib.

 

TELEFON QULAQCIQLARI EŞİTMƏ CİHAZINI ƏVƏZ EDƏ BİLƏR

Applequlaqcıqları eşitmə qabiliyyətini itirmiş insanlar tərəfindən istifadə edilə bilər. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədəBloombergnəşri məlumat yayıb.

Nəşrin köşə yazarı Mark Qurmanın sözlərinə görə, Amerika şirkəti özününAirPodsseriyalı qulaqcıqlarının imkanlarını genişləndirmək niyyətindədir. Qulaqcıqların eşitmə qabiliyyətini itirmiş insanlar üçün cihazların tələblərinə cavab verməsi məqsədilə yenilənməsi planlaşdırılır.

Mark Qurman qeyd edib ki, şirkət növbəti ya iki il ərzində istehsal etdiyi qulaqcıqlara yeni funksiyalar əlavə edəcək.

Materialda bildirilir ki, brendin bir çox qurğuları sağlamlıqyönümlü funksiyalara malikdir. XüsusiləAirPodsqulaqcıqlarını eşitmə cihazı kimi istifadə etməyə qismən imkan verən seçimlər var.

 

ABŞ PREZİDENTİ TEZLİKLƏ Sİ CİNPİNLƏ