Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları
Siyasət

Vətənə, xalqa sədaqətli xidmət nümunəsi olan ömrün anları

Ümummilli liderin Azərbaycanın xoşbəxt gələcəyinə təminat verən zəngin və çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birini də ordu quruculuğu təşkil edir. Heydər Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Respublikamızın milli təhlükəsizliyini, əhalinin əmin-amanlığını, ölkəmizin sərhədlərinin, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli milli ordusu formalaşmışdır.

Azərbaycanda beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin yaradılması isə ordu quruculuğunda önəmli bir addım olmuşdur. Bu gün Silahlı Qüvvələrin modernləşməsi proseslərində müasir və qabaqcıl təcrübəyə istinad edilməklə güclü, məğlubedilməz ordu yaradılmışdır.