Sağlam həyat
Maraqlı

Sağlam həyat

Üzüm istehlakı dərini ultrabənövşəyi şüalardan qoruyur

Birmingham Alabama Universitetinin Dermatoloji bölməsinin tədqiqatçılarının araşdırmaları göstərir ki, üzüm istehlakı dərini ultrabənövşəyi şüalardan qoruyur.

Yeni araşdırmaya görə, üzümdə olan polifenollar ultrabənövşəyi fotoproteksiyaya səbəb olan əsas birləşmələrdir. Üzüm polifenollarına flavanollar, (kataeşin, epikateşin proantosiyanidlər) stilben birləşmələri(resveratrol) ellagik turşusu daxildir. Bu tərkib hissələrinin çoxu dəriyə antineoplastik təsir göstərir.

Sınaqlara 19 yaşından yuxarı hər növ dəriyə malik könüllülər cəlb olunub. İştirakçılara gündə 75 qram qurudulmuş üzüm verilib. Nəticələr dərinin təbii qorunmasında 74,8 faiz artımla üzümün faydalı təsirlərini ortaya qoyub. Bu faydalara dəri iltihabının inhibisiyası DNT zədələnməsi daxildir.

Araşdırmalar üzüm toxumundan hazırlanan ekstraktın dəridə günəş yanığının qarşısını ala biləcəyini göstərib. Bundan əlavə, alimlər ilkin nəticələrə əsaslanaraq üzümün dəri xərçənginin müalicəsində faydalı ola biləcəyini söyləyirlər.

Üzüm istehlakıyeməlibir günəş kremi rolunu oynaya bilər. Bu, üzümlərin günəşdən qoruyucu krem əvəzinə istifadəsi anlamına gəlir. Ancaq buna baxmayaraq bu sahədə daha çox araşdırma aparmağımız vacibdir”-deyə, Alabama Universitetinin Dermatoloji Bölməsinin dermatoloqu Allen Oak bildirib.

MəqaləScience Newsveb saytında yayımlanıb.

 

Balıq yağı əlavələri ürək ritminin pozulmasına gətirib çıxarır

Avropa Kardioloji Cəmiyyətinin (ESC) “European Heart Journal-Cardiovaskular Pharmacotherapyjurnalında dərc edilən araşdırmadaOmeqa-3” əlavələrinin qəbulu yüksək qan lipidləri olan insanlarda atrial fibrilyasiyanın inkişaf etmə ehtimalının artması ilə əlaqələndirilir.

Klinik tədqiqat, “Omeqa-3” yağlarının ürək ritminin pozulması ilə müşayiət olunan atrial fibrilyasiya xəstəliyinə səbəb olacağını irəli sürür. Alimlər bu xəstəliyi olan insanların insult keçirmə riskinin beş qat daha yüksək olduğunu iddia edirlər.

Tədqiqatçılar müxtəlif dozalardaOmeqa-3” yağlarının tərkibini sınaqdan keçiriblər. Bu səbəbdən müəlliflər balıq yağları ilə atrial fibrilyasiya riskinin əlaqəli olub-olmadığı sualına cavab tapmaq üçün hərtərəfli meta-analiz aparıblar.

AnalizOmeqa-3” əlavələrinin ürək-damar sisteminə təsirlərini araşdıran 5 cür tədqiqatı əhatə edib. Sınaqlara cəlb edilmiş, ürək xəstəliklərindən əziyyət çəkən digər kateqoriyaya bölünmüş sağlam könüllülərə 15 gün ərzində gündə 1 dəfə 0, 84 qram balıq yağı verilib. Nəticədə sağlam şəxslərlə müqayisədə xəstələrdə atrial fibrilyasiya riskinin əhəmiyyətli dərəcədə artması müşahidə olunub.

Araşdırmamız balıq yağı əlavələrinin ürək-damar riski yüksək olan şəxslərə həkim məsləhəti olmadan, reseptsiz almamağı tövsiyə edir”-deyə, Virgin Birlik Universitetinin tədqiqatçısı Salvatore Carbone bildirib.

 

Alimlər şirniyyata olan həvəsin necə yarandığını öyrəniblər

Amerikalı tədqiqatçıların araşdırmalarına görə, istehlak edilən şəkər, sinir bağlantısı ilə bağırsaqdan siqnal göndərərək, beləcə beyinə kök atır şəkər istəyini artıran xüsusi neyronları aktivləşdirir.

Şəkərin şirin dadını beyinə siqnal göndərən ağızdakı dad reseptorları qəbul edir bağırsağa daxil olaraq, vaqusun sinir hüceyrələrini aktivləşdirir. Beləliklə, beyin kökünə siqnal göndərərək orada xüsusi neyronları hərəkətə gətirir. Tədqiqatçıların araşdırmalarına görə, bu reaksiya ancaq dad hissi ilə deyil, şirniyyat istehlakının artması istəyi ilə meydana gəlir.

Süni bir dadlandırıcı bağırsaq-beyin oxunun siqnal yolunu aktivləşdirə bilməz. Yeni araşdırmalar həddindən artıq şəkər istehlakına