NASA rəhbərindən qəribə iddia: kainatdakı “yadplanetli”lər bir gün bizimlə təmasa girəcək
Uşaq vaxtlarından hamımızı belə bir sual maraqlandırır. Görəsən, başqa planet və orada yaşayan insanlar, yaxud məxluqlar varmı? Bu barədə o qədər xəbər və məlumat var ki, insan bilmir hansına inansın. Belə bir sual ortaya çıxır: Əgər yadplanetlilər varsa, niyə indiyə qədər bizimlə əlaqə qurmayıblar? Amma NASA rəhbərliyindən verilən məlumatda deyilir ki, yadplanetlilər bizimlə təmasa girə bilər.
NASA-nın rəhbəri Bill Nelson müsahibəsində kainatdakı mədəni canlıların yalnız insanlardan ibarət olmadığını, daha ağıllı məxluqların var olma ehtimalının yüksək olduğunu söyləyib.
ABŞ Müdafiə Nazirliyi Pentaqonun 2004-2021-ci illər arası hesabatına görə, yadplanetlilərin nəqliyyat vasitəsi UFO ilə bağlı qeydə alınan 144 hadisədən yalnız biri təsdiqlənib.
“Başqa bir planetdəki ağıllı məxluqlardan hər hansı bir mesaj və siqnallar alırıq. Bir gün onların bizimlə əlaqə quracağı zamanın gələcəyi şübhəsizdir”-deyə Nelson bildirib.
Yadplanetlilər yer üzündə mövcud olan 1715 ulduzun ətrafında fırlanırlar. Bu ulduzlar Yerdən 325 işıq ili məsafəsində mövcuddur. Elm adamları yadplanetlilərin hər tərəfdən dünyaya göz dikdiklərini təxmin edirlər. Mütəxəssislər bu məlumatları əldə etmək üçün ulduzlarla Yer arasında mübadilə olunan radio və digər dalğaların növlərini təhlil ediblər. Onlar Lisa, Jackie, Gaia Kosmik Teleskopundan alınan məlumatla ulduzların 10.000 illik hərəkət simulyasiyasını hazırlayıblar. Bu simulyasiya ilə ulduzların ətrafında dövrə vuran yadplanetlilərin yer üzünə baxdıqları aşkar edilib. Alimlərin fərziyyələrinə görə, yadplanetlilərin bizdən daha güclü teleskoplarının olması və radio dalğalarımızı tutma ehtimalı da yüksəkdir.
Məqalə “Futurism” veb saytında yayımlanıb.
Tezliklə insanları “super qəhrəman” edəcək gücə sahib peyvənd
Hər bir kəs həyatda inanılmaz bir fantastik gücə, yaxud müdrikliyə sahib olmaq arzusundadır. Ancaq bilirik ki, bu yalnız nağıllarda, cizgi filmlərində, ya da fantastik kinolarda gerçək ola bilər. Lakin bir genetika professoru bu yaxınlarda bizi “super qəhrəman” edə biləcək peyvəndin gələcəyini iddia edir. Bu o demək deyil ki, Şaktimaan kimi şeytanlarla mübarizə aparacağıq və ya Supermen olub uça biləcəyik. Əslində, peyvəndin üstünlüyü bizi bir sıra xəstəliklərə tutulmamaq üçün qorumaqdan ibarət olacaq.
Stanford Universitetinin genetika professoru Euan Ashley yaxın gələcəkdə insanları Alzheimer və ürək xəstəlikləri kimi problemlərdən qurtaran “super qəhrəman” peyvəndinin hazırlanacağını söyləyib. Onun sözlərinə görə bu peyvənd sayəsində insanlar bir sıra ölümcül xəstəliklərdən qurtularaq uzun ömür sürə biləcəklər.
Tibb dünyasında möcüzəvi inqilab yarada biləcək “Superhero” adlı peyvənd, olimpiya idmançılarının bədənindəki ideal hüceyrələrdən hazırlanacaq. Bir sözlə, gen mühəndisliyi sayəsində insanların DNT-ləri dəyişdirilərək ömür boyu təhlükəli xəstəliklərə qarşı immunitet qazanması təmin ediləcək. Ancaq bu toxunulmazlıq hər bir insanın orqanizminə görə dəyişəcək və bədəndə virus, yaxud bakteriya mutasiyasını belə təsirsiz hala gətirəcəkdir.
Professor peyvəndin təxminən 10-15 ilə hazırlanacağını söyləyib. Çünki mövcud “CRİSPER” genetik redaktə texnologiyası ilə bağlı bir sıra yeni dəyişikliklər olacaq. Elm adamları insan genomunun mürəkkəbliyi, xəstəliklərin genetik cəhətdən qarışıqlığı baxımından daha geniş və səviyyəli araşdırmalara ehtiyac olduğunu söyləyiblər.
Məlumat “Study finds” veb saytında