Ürəyin “dostu” - qara gavalı
Gavalı bir çoxlarımız üçün yay aylarının imtina edilməz meyvələrindəndir. Qurudularaq həm çox dadlı qida məhsulu kimi, həm də bir sıra xəstəliklərin müalicəsində istifadə edilir. Yeni tədqiqatlar gündə bir ovuc gavalı qurusunun yarada biləcəyi möcüzələri ortaya qoyur.
San-Diego Dövlət Universitetinin tədqiqatçıları “Journal of Medicinal Food” jurnalında dərc edilən məqalələrində hər gün beş-altı gavalı qurusu yeməyin ürək xəstəlikləri və iltihab riskini azaldaraq bədəndə “yaxşı” xolesterolun səviyyəsini artıra biləcəyini göstərirlər.
Dünya miqyasında ölümün bir nömrəli səbəbi olan ürək xəstəliklərindən son illər ölənlərin sayı sürətlə artır. Ən təhlükəlisi isə xəstəliyin yaşının cavanlaşmasıdır.
Elm adamları altı aylıq sınaq müddəti ərzində 48 nəfərdən ibarət iştirakçıya gündəlik 100 qram quru gavalı yeməyi tövsiyə ediblər. Sınaqdan qabaq və sonra respondentlərin ürək xəstəlikləri ilə bağlı göstəriciləri ölçülüb. Nəticədə, sınaq bitdikdən sonra iştirakçılarda iltihab səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi məlum olub. Bununla yanaşı, çəkidə heç bir dəyişiklik olmayıb.
“Bu meyvə qurusu xroniki iltihabı azaldır, bədəndəki antioksidant tutumunu artıraraq ürək xəstəliklərində riski aşağı salır. Araşdırmamız qara gavalı qurusunun yalnız iltihabı azaltmasını deyil, eyni zamanda postmenopozal qadınlarda xolesterolun səviyyəsini yaxşılaşdırdığını göstərir. Ən son araşdırmamızda quru gavalının sümük sıxlığını artırdığını da tapdıq” - deyə İdman və Bəslənmə Elmləri Məktəbinin aparıcı tədqiqatçısı, professor Şir Hoşmand bildirib.
Günəş vannası bağırsaq xərçəngi riskini azalda bilər
Günəş vannasının qəbul edilməsi bəzən cildinizə zərər verə bilsə də, yeni araşdırma kifayət qədər şüanın müəyyən bir xərçəng növü riskinin aşağı düşməsinə kömək edə biləcəyini tapıb.
Kaliforniyanın San-Diego Universitetinin tədqiqatçıları ultrabənövşəyi şüa çatışmazlığının kolorektal (düz bağırsaq) xərçəngin yoluxma ehtimalını artıra biləcəyini iddia edirlər. Hesabata görə, D vitamini kolorektal xərçənginin inkişafına mane olur.
Elm adamları dünya üzrə kolon xərçəngindən əziyyət çəkənlərin məlumatlarını və ölüm nisbətlərini araşdırıblar. Nəticədə az günəş olan ölkələrdə insanların bağırsaq xəstəliyinə daha çox meyilli olduqları aşkar edilib. Bu əsasən, ABŞ-ın payına düşür və orada ən çox təsadüf edilən üçüncü xəstəlikdir.
“Yer səthinə çatan iki növ ultrabənövşəyi şüa var: UVA və UVB işığı. Ancaq UVB sümükləri, əzələləri və dişləri gücləndirən D vitamini çatışmazlığını təmin edərək kolon xərçənginin riskini azalda bilər. Bu hələ ilkin dəlil olsa da, gələcəkdə bu xəstəliklə bağlı bir sıra amilləri də nəzərə alaraq potensial müalicə metodlarını inkişaf etdirməyi planlaşdırırıq. Təəssüf ki bəzi ölkələrdə iqlimlə bağlı ultrabənövşəyi şüa çatışmazlıqları var. Lakin günəşin faydalarını təqlid edən yüngül terapiya zərər vermədən də qoruyucu ola bilər.” - deyə həmmüəllif Raphael Cuomo qeyd edib.
Tədqiqat işi “Study finds” veb saytında işıq üzü görüb.
Səhər yeməyini atlatmaq üçün sağlam bir alternativ
Badamın saymaqla bitməyən faydaları haqda məlumatlı olanlar yəqin ki çoxdur. Son zamanlar badam dünyanın ən faydalı qidalarından biri hesab edilir. İngiltərəli tədqiqatçıların “American Journal of Clinical Nutrution” jurnalında dərc olunan araşdırmalarında göstərilir ki, qəlyanaltıda müntəzəm olaraq badam yemək bədən kütləsi indeksini (BMİ) aşağı salaraq, qanda lipoproteinlərin (“pis” xolesterin, LDL