Yeyilə bilən batareya istehsal edildi
İtaliya Texnologiya İnstitutunun (IIT) tədqiqatçıları gündəlik həyatda qida kimi istehlak edilən məhsullardan istifadə edərək təkrar doldurula və yeyilə bilən batareya istehsal ediblər. "Technology Networks"un xəbərinə görə, batareya yeyilə bilən yumşaq robotlar kimi sağlamlıq diaqnozunun qoyulması və qida keyfiyyətinin izlənməsi üçün istifadə edilə bilər.
Tədqiqat Milanda IIT Çap və Molekulyar Elektronika Laboratoriyasının koordinatoru Mario Caironinin rəhbərlik etdiyi qrup tərəfindən aparılıb. Yeni texnologiya mədə-bağırsaq xəstəliklərinin diaqnostikası və müalicəsi, o cümlədən qida keyfiyyətinin izlənilməsi üçün nəzərdə tutulub.
Canlılarda meydana gələn biokimyəvi redoks reaksiyalarından ilhamlanan tədqiqatçılar, batareyanın istehsalında badam, kapari və nori yosunlarından yararlanıblar. Suşinin tərkibinə qatılan nori adlı dəniz yosunu qısa qapanmaların qarşısını almaq, elektrik keçiriciliyini artırmaq üçün isə aktivləşdirilmiş kömür və su əsaslı elektrolitdən istifadə edilib.
Batareya yeyildikdə 0,65 volt istehsal edir ki, bu da insan orqanizmi üçün heç bir təhlükə yaratmır. Zəif gücə malik LED lampaları kimi kiçik elektron cihazları qısa müddət ərzində çalışdıran və təkrar şarj edilən batareyanın yeyilə bilən texnoloji məhsulların istehsalına imkan verəcəyi güman edilir.
Xərçəngin müalicəsində inqilabi yenilik
Son dövrlər xərçəngin çarəsini tapmaq üçün davamlı olaraq araşdırmalar aparılmaqdadır. Bu dəfə isə ABŞ-ın Stanford Tibb Məktəbinin tədqiqatçıları xəstəliyin müalicəsində inqilab yaradacaq kəşfə imza atıblar. Belə ki, elm adamları insanlarda olan "Staphylococcus epidermidis" adlı bakteriyanın genomunu dəyişdirərək xərçəng xəstəliyinin qarşısını almaq üçün müalicə üsulu hazırlayıblar.
Dəri xərçəngi olan siçanlar üzərində təcrübə aparan alimlər uğurlu nəticələr əldə ediblər. Dəridə olan bəzi bakteriyalardan istifadə edən elm adamları xərçənglə mübarizə aparmaq üçün onların genomlarını dəyişdiriblər.
Təcrübə zamanı dəyişdirilmiş bakteriyalar xərçəng xəstəliyi olan siçanların vücuduna yeridilib. Nəticədə şişlərin tədricən azaldığı müşahidə edilib. Alimlər müəyyən ediblər ki, bu bakteriya immun hüceyrələri olan CD8 T hüceyrələrinin istehsalına zəmin yaradır. Qeyd edək ki, bəhs olunan bakteriya siçanların tükündən götürülmüş "Staphylococcus epidermidis" adlı bakteriyadır. Sözügedən bakteriya immun sistemini stimullaşdıran zülalın istehsalı üçün dəyişdirilib.
"Bakteriyanın xüsusən də tətbiq etdiyimiz yerdən uzaq bir nahiyədə şişləri yoxa çıxarması bizi təəccübləndirdi. Təbii ki, hələlik dəqiq heç nə demək olmaz. Çünki "Staphylococcus epidermidis" bakteriyalarının siçanlarda olduğu kimi, insanlarda da immun reaksiyasına səbəb olub-olmadığını bilmirik. Ancaq fərqli bir bakteriya istifadə edilə bilər. Ona görə də tədqiqatın perspektivli olduğunu deyə bilərik", - deyə tədqiqat müəllifi Fiscbach verdiyi açıqlamada bildirib.
Tədqiqatçılar müalicə ilə bağlı daha çox araşdırmaya ehtiyac olduğunu söyləsələr də, bir neçə ilə insanlar üzərində də sınaqlara başlayacaqlarını qeyd ediblər.
Smartfonlar öz istifadəçilərini dinləyir?
Bəzi insanlar düşünürlər ki, Android smartfonlar istifadəçiləri dinləyərək əldə edilmiş məlumatlar əsasında onlara reklam elanlarını sərgiləyir. Elə bu səbəblə də Britaniyanın Daily Mail nəşr evinin jurnalistləri smartfonların öz istifadəçilərini həqiqətən də dinləyib-dinləmədiyini yoxlamaq üçün təcrübə aparıblar.
Jurnalistlər tərəfindən aparılmış təcrübənin nəticələri mobil cihazlardakı kontekst reklamın mənşəyini təyin etməyə imkan verib. Təcrübə üçün jurnalistlər ayarları sıfırlanmış və daxilində "Google" hesabına giriş edilmiş "Samsung" smartfonundan istifadə ediblər. Hesab isə Robin adlı 22 yaşlı xəyali şəxsin adına qeydiyyatdan keçirilib. Daily Mail əməkdaşı smartfondan aktiv şəkildə istifadə edib və daimi şəkildə müxtəlif məhsulların adlarını bərk səslə səsləndirib. 2 gün ərzində davam etmiş təcrübənin nəticələrinə əsasən, reklam elanları bərk səslə səsləndirilmiş açar sözlərə fokuslanmayıb. Lakin mobil "Google Search"də və "Google Assistant" səsli köməkçi vasitəsilə axtarış prosesi reklam elanlarının seçilməsi alqoritminin