TÜRKIYƏ-İRAN SƏRHƏDINDƏ HƏRBI FƏALLIQ MÜŞAHIDƏ OLUNUR
Türkiyə hökuməti “Taliban” qruplaşmasından qaçan əfqanların mümkün axınına qarşı İranla sərhəd xəttinə 20 min hərbi qüvvə cəlb edib. “Teleqraf.com”un verdiyi xəbərə görə, sərhəd xətti 24 saat dronlar tərəfindən izlənilir.
Bildirilir ki, Türkiyə “Taliban” hərəkatının Əfqanıstanda hərəkətə keçməsindən sonra mümkün kütləvi miqrasiyaya qarşı şərq sərhədlərində ciddi təhlükəsizlik tədbirləri görməyə başlayıb.
İran sərhəd xətti boyunca modul beton divarları, möhkəmləndirilmiş panel çəpərlər, elektro-optik qüllələr 24 saat müşahidə olunur. Sözügedən sərhəd xəttində 20-yə yaxın sərhəd taboru yerləşdirilib və əlavə qüvvələr bölgəyə göndərilib.
ABŞ 12500 NƏFƏR ƏFQANISTANLINI TƏXLIYƏ EDƏCƏK
ABŞ əvvəlcədən planlaşdırdığı kimi Əfqanıstanın 2500 vətəndaşını üçüncü ölkəyə deyil, öz ərazisinə təxliyə edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “NBC News” telekanalı yayıb.
Bir müddət əvvəl ABŞ prezidenti Cozef Bayden bildirmişdi ki, amerikalılarla əməkdaşlıq etmiş Əfqanıstanın minlərlə vətəndaşını ABŞ-a təxliyə edəcəklər.
Verilən xəbərə əsasən, daha 10 min əfqanıstanlı ABŞ hərbi bazasına və ya üçüncü ölkəyə köçürüləcək. Amerikalılar Əfqanıstandan çıxmağa başlayandan sonra ABŞ-la işləmiş 20 min nəfər köçmək üçün müraciət edib.
Xatırladaq ki, ABŞ və NATO qoşunları Əfqanıstandan bu ilin mayından çıxarmağa başlayıb. Prosesin 2021-ci il sentyabrın 11-dək başa çatacağı planlaşdırılır.
HAITI PREZIDENTINƏ QARŞI SUI-QƏSDIN SIFARIŞÇISININ ADI AÇIQLANIB
Kolumbiya polisi Haiti Ədliyyə Nazirliyinin keçmiş rəsmisi Jozef Feliks Badionun prezident Jovenel Moizin öldürülməsi əmrini verdiyini açıqlayıb. “Teleqraf.com”un xəbərinə görə, açıqlamada sui-qəsddə hökumət adamlarının iştirakı iddiaları təkzib olunub.
Baş polis rəisi Xorxe Luis Varqas açıqlamasında saxlanılan şəxslərin Jozef Feliks Badio ilə görüşündə Jovenel Moizə qarşı sui-qəsd əmri aldıqlarını bildirib.
Kolumbiya dövlət başçısı İvan Duke də cümə günü verdiyi açıqlamada saxlanılan kolumbiyalı keçmiş hərbçilərdən bəzilərinin J.Moizin öldürüləcəyini bilmədiklərini, bəzilərinin isə əvvəlcədən bundan xəbərdar olduqlarını vurğulayıb.
MÜASIR TEXNOLOGIYALAR KORONAVIRUS YARATMAĞA IMKAN VERIR
Rusiyanın Engelhardt adına Molekulyar Biologiya İnstitutunun baş elmi işçisi Pyotr Çumakov koronavirusun laboratoriyadan sızması versiyası barədə şərh verib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, o, “Radio 1”ə müsahibəsində koronavirusun təbii mənşəyinin infeksiyanın laboratoriyadan sızması barədə fərziyyəylə müqayisədə fantastik olduğunu vurğulayıb.
“Təbii mənşəli olması əslində daha fantastik görünür, çünki təbiətdə yarasalara yoluxan virusla insan populyasiyası arasında dövr edən virusun aralıq formaları mövcud deyil. Bütün bunlar çox qəribədir və belə bir fikir yaradır ki, virusun mənşəyi sünidir”, - deyə Pyotr Çumakov bildirib.
Alim dəqiqləşdirib ki, müasir texnologiyalar koronavirus yaratmağa imkan verir. Belə təcrübələr haqda məqalələr ABŞ və Çində dərc olunub. Pyotr Çumakovun sözlərinə görə, öncə “COVID-19”un modifikasiyası üzrə tədqiqatlar Şimali Karolinadakı laboratoriyada aparılıb, sonra Amerika ictimaiyyətinin təzyiqi ilə maliyyələşdirmə dayandırılıb və virusla bağlı eksperimentlər Uhandakı elmi mərkəzə köçürülüb.
Bununla yanaşı, Pyotr Çumakov qeyd edib ki, kimisə ittiham etməkdə tələsmək lazım deyil, öncə sızmanın