DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BMT-DƏN RUSİYAYA UKRAYNA İLƏ BAĞLI ÇAĞIRIŞ

Birləşmiş Millətlər Təşkilatı (BMT) “Kaxovkasu elektrik stansiyasında bəndin dağılmasından sonra lazımi humanitar yardımın bölgəyə çatdırılması üçün Rusiyaya nəzarəti altında olan ərazilərə giriş icazəsi verməsi ilə əlaqədar çağırış edib. Bu barədəTRTtelekanalı məlumat yayıb.

BMT-nin Ukraynadakı humanitar məsələlər üzrə koordinatoru Denis Braun UkraynadakıKaxovkaSES- baş verən fəlakətdən sonra bölgəyə humanitar yardımın çatdırılması mövzusunda Ukrayna Rusiya hökumətləri ilə əməkdaşlıq etdiklərini bildirib.

Rusiya Federasiyası indiyədək onun müvəqqəti hərbi nəzarəti altında olan ərazilərə giriş xahişimizi rədd edib”, - deyən Denis Braun  BMT-nin bölgəyə humanitar yardım çatdırmaq üçün səylərini davam etdirəcəyini diqqətə çatdırıb.

Biz Rusiya hakimiyyətini beynəlxalq humanitar hüquq çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etməyə çağırırıq”, - deyə Denis Braun bəyan edib.

 

SERBİYA HƏRBİ PLANLARINI BEYNƏLXALQ İCTİMAİYYƏTLƏ  BÖLÜŞMƏYƏCƏK

Serbiya döyüşə hazırlıq statusunun dəyişməsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmağı dayandıracaq. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Serbiya prezidenti Aleksandar Vuçiçin xalqa müraciətində qeyd edilib.

Biz NATO istisna olmaqla, döyüş hazırlığımızın dərəcəsinin artırılması ya azalması ilə bağlı heç kimə məlumat verməyəcəyik”, - deyə Vuçiç vurğulayıb.

Eyni zamanda, Serbiya dövlət başçısı əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə əsasən öhdəliklərin mövcudluğuna görə, yalnız Şimali Atlantika Alyansı aktual məlumatlarla təmin olunacaq.

Verilən xəbərə görə, Serbiyadakı vəziyyət Vuçiçin qərarları ilə bağlı digər təfərrüatlar açıqlanmır.

 

MİQRANT GƏMİSİNİN BATMASI NƏTİCƏSİNDƏ AZI 300 PAKİSTANLI HƏLAK OLUB

Liviyadan İtaliyaya qeyri-qanuni mühacirlər daşıyan gəminin Yunanıstan sularında batması nəticəsində 300-ə yaxın pakistanlı həlak olub. “Reportagentliyinin məlumatına görə, bu barədə Pakistan Senatının sədri Sadiq Sancraninin ofisi məlumat yayıb.

Senat sədri Sadiq Sancrani Yunanıstan sahillərində gəminin qəzaya uğraması nəticəsində 300-ə yaxın pakistanlının faciəvi şəkildə həlak olmasına görə dərin hüzn keçirir”, - deyə Sancraninin ofisinin “Twitter” səhifəsində qeyd olunur.

Eyni zamanda, Pakistanın baş naziri Şahbaz Şərif batmış qayıqla bağlı insidentin başvermə şəraitini aydınlaşdırmaq üçün yüksək səviyyəli təhqiqat aparılmasına dair göstəriş verib.

Bununla yanaşı, yunan mətbuatı yazır ki, Yunanıstan rəsmiləri ölənlərin sayını hələ ki təsdiqləməyib.

Məlumata əsasən qayıq iyunun 14- batıb. BMT-nin miqrasiya agentliyi onun göyərtəsində təxminən 750 nəfərin olduğunu bildirib. Avropa Komissiyasının daxili işlər üzrə üzvü İlva Yohanssonun sözlərinə görə, faciə Aralıq dənizində baş vermiş ən dəhşətli faciələrdən biridir.

 

ÇİNDƏ NİKAH DOĞUM SAYINDA KƏSKİN AZALMA QEYDƏ ALINIB

Çində ötən il nikahların doğumların sayında ən aşağı göstərici qeydə alınıb. “Sputnikinformasiya agentliyinin xəbərinə görə, ölkədə demoqrafik böhran hökumətin ciddi narahatlığına səbəb olub.

Çinin Vətəndaş İşləri üzrə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə 6,83 milyon cütlük evlənib ki, bu da 2021-ci ildə qeydə alınan 7,63 milyonluq göstəricidən 10,5 faiz az olmaqla, nikah statistikasının aparıldığı 1986- ildən bəri rekord azalmadır.

Eyni zamanda, ötən il Çin əhalisi 60 ildə ilk dəfə azalmağa başlayıb min nəfərə 6,77 doğuş düşüb. Bu, ÇXR- Kommunist partiyasının hakimiyyətə gəldiyi 1949-cu ildən bəri ən aşağı göstəricidir.

Qeyd edək ki, uşaqların sayına nəzarət siyasətini yüngülləşdirən, nikah doğumu stimullaşdırmaq üçün yeni üsullar axtaran Çin hakimiyyətinin son illər bu tendensiyasını geri döndərmək üzrə cəhdləri hələlik nəticə vermir.

 

KXDR NÜVƏ QÜVVƏLƏRİ YARATMAQ NİYYƏTİNDƏDİR

KXDR öz nüvə potensialını artırmaq üçün səylərini davam etdirmək, təhdid