Yeni tikilən hava limanları ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq
Digər xəbərlər

Yeni tikilən hava limanları ölkəmizin gələcək inkişafında mühüm rol oynayacaq

Müstəqilliyimiz möhkəmləndikcə, ölkəmizin iqtisadi qüdrəti artdıqca, bütün sahələrdə olduğu kimi, Azərbaycan Hava Yolları da beynəlxalq standartlara uyğun olaraq yenidən qurulur, mülki aviasiyamız ildən-ilə yeni inkişaf mərhələsinə qədəm qoyur.

Milli Mülki Aviasiyamızın keyfiyyətcə yeni inkişaf mərhələsinin təməli hələ ötən əsrin 70-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş, həmin illərdə bu istiqamətdə çox mühüm işlər, layihələr həyata keçirilmişdir. Ulu öndər bu missiyanı ikinci dəfə hakimiyyətə gəlişindən sonra da davam etdirmiş, 1996- ildə milli aviasiya kompleksi köklü, əsaslı şəkildə dəyişdirilmiş, qlobal layihələr, proqramlar reallaşdırılmış, kompleksi dünya standartları səviyyəsinə çatdırmaq üçün çox böyük layihələr gerçəkləşdirilmişdir.

Ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevin Prezident seçilməsi ilə müstəqil Azərbaycanın hava nəqliyyatı da sürətlə uğurla inkişaf etməyə başladı.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən 2004-2008-ci illərAzərbaycan Hava YollarıDövlət Konserni üçün əsl quruculuq dövrü olmuşdu. Belə ki, 1974- ildə tikintisinə başlanılmış, ilk uçuşu isə 1976- ildə həyata keçirilən Naxçıvan Hava Limanı 2004- ildə beynəlxalq status almışdır. 2006- ildə ölkənin 2-ci şəhəri olan Gəncə Hava Limanı yenidən qurulmuş, 2008-ci ildə Zaqatala Lənkəran hava limanları istifadəyə verilmiş, 2011-ci ildə Qəbələ beynəlxalq aeroportunun açılışı olmuşdur.

1999-cu ildə Bakıda yeni beynəlxalq sərnişin terminalı açılmış, 2004- ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Bakıdakı hava limanının adı dəyişdirilərək Heydər Əliyev adına Beynəlxalq Hava Limanı adlandırılmışdır. 2005-ci ilin martında Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni yük terminalı istifadəyə verildi. Mülki Aviasiyanın tarixində böyük əlamətdar hadisə olan yük terminalının açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev demişdir: “Bu gözəl terminal bütün dünya standartlarına cavab verir Azərbaycan üçün, Azərbaycanın gələcək inkişafı üçün çox mühüm rol oynayacaqdır”. 2014- ildə isə Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi istifadəyə verilmişdir.

Heydər Əliyev Beynəlxalq Hava Limanı bölgədə sərnişin yükdaşınması, uçuş enişlərin sayına, aerovağzal kompleksinin yük terminalının tutumuna görə ən böyük hava limanıdır. Bu baxımdan bölgədə MDB ölkələri arasında ən yaxşı hava limanı hesab olunan Heydər Əliyev Beynəlxalq Hava Limanı dəfələrlə Britaniyanın məşhur Skytrax kompaniyası tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif kateqoriyalar üzrə təltif olunmuşdur. “Azərbaycan Hava YollarıQSC bu gün dünyanın demək olar ki, hər tərəfinə uçuşlarının sayını artırmaqla yanaşı, respublika ərazisində sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərən hava limanlarının sayını da artırır. Artıq Azərbaycanda ölkə başçısı cənab Prezident İlham Əliyevin göstərişi ilə 3 hava limanının tikintisi aparılır.

İşğal edilmiş ərazilərimizdə hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olmuş, həmin ərazilərdəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş tamamilə dağıdılmışdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində işğaldan azad olunmuş torpaqlarımızda bu gün böyük qayıdışımızı təmin edən möhtəşəm quruculuq işlərinin həyata keçirilməsi üçün yeni layihələrin əsası qoyulur. O cümlədən beynəlxalq uçuşların həyata keçirilməsi məqsədilə Ermənistanın işğalından azad olunmuş ərazilərdə aeronaviqasiya təminatının bərpası üzrə işlər aparılır.

Torpaqlarımız işğaldan azad edildikdən sonra, bu ilin əvvəlində ölkə başçımız İlham Əliyev Füzuli şəhərində sayca 7-ci beynəlxalq hava limanının tikintisi barədə sərəncam imzalamış, gələcək hava limanının təməlqoyma mərasimi həmin