Türkiyə xalqı bütün dünyaya əsl demokratiya nümunəsi göstərərək tarixinin növbəti sınağından üzüağ çıxmağı bacardı. Qardaş Türkiyədə keçirilən Prezident və Parlament seçkiləri öz şəffaflığı ilə dünyaya, xüsusilə də demokratiyadan bəhs edən dövlətlərə əsl dərs oldu. Qardaş Türkiyə xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi antitürk dairələrin niyyətini ürəyində qoydu.
"Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi və fərasətilə keçdi. 14 may seçkilərinin qalibi türk demokratiyası və 85 milyonluq Türkiyə xalqı oldu", - deyə qeyd edən Rəcəb Tayyib Ərdoğan demokratik, şəffaf və xalqın öz iradəsini bariz göstərdiyi bu seçkiləri yüksək qiymətləndirdi. Qürurverici məqamlardan biri isə bu münasibətlə dövlət başçımızın Türkiyədə keçirilən Prezident və Parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Rəcəb Tayyib Ərdoğanı və "Cümhur İttifaqı"nı təbrik etməsidir. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun nəticəsi olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.
Eyni gündə Prezident və Parlament seçkilərinin keçirilməsi 100 illik Cümhuriyyət tarixində əlamətdarlığı ilə yadda qaldı. Türkiyə Respublikasının vətəndaşları seçkidə yüksək siyasi fəallıq nümayiş etdirərək Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası (MHP), Yenidən Rifah Partiyası (YRP) və Hür Dava Partiyasının (HÜDA PAR) birgə ittifaqı olan "Cümhur İttifaqı"nın qələbəsini təmin etdilər. Bununla yanaşı, xalq prezidentliyə namizəd kimi hazırkı ölkə başçısı, siyasi lider Rəcəb Tayyib Ərdoğana 49,51 faiz səs verməklə bir daha əsl sədaqət örnəyi göstərmiş oldu. Tam demokratik seçki nümunəsi kimi millət vəkili seçimlərində xalq "Cümhur İttifaqı"na 49,46 faiz səs verməklə ən layiqli namizədləri deputat kürsüsündə əyləşdirmiş oldu. "Cümhur İttifaqı" parlamentdə 322 millət vəkili ilə təmsil olunacaq. Belə ki, AKP 267, MHP 50, YRP isə 5 deputatla parlamentdə öz yerini tutacaq.
Ədalət və İnkişaf Partiyasının uğurlarının kölgəsində qalan, ölkə müxalifəti isə bir daha 14 may tarixində uğursuzluğa düçar oldu. Müxtəlif koalisiyalar, siyasi birləşmələrin vəhdətindən doğan "Millət İttifaqı" Cümhuriyyət və Xalq Partiyasının (CHP) liderliyində parlamentdə üstünlük əldə edə bilmədi. Bununla yanaşı, "Millət İttifaqı"nın irəli sürdüyü prezidentliyə namizədi Kamal Kılıçdaroğlu 44,89 faiz səs toplayaraq əvvəlki illərdə olduğu kimi, səs çoxluğunda geridə qalmış oldu.
3 noyabr 2002-ci ildə keçirilən Parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının 34,29 faiz səslə birinci seçilməsi, 550 nəfərlik Milli Məclisdə 365 yer qazanması ölkənin taleyində yeni səhifə açdı. Bu həm də 20 illik AKP iqtidarının başlanğıcı demək idi. Görülən işlər, sosial rifahın yaxşıdırılması, dünya miqyasında əldə edilən nüfuzun nəticəsi kimi 22 iyul 2007-ci il Parlament seçkilərində 46,58 faiz səslə partiya yenidən qalib oldu. Ardınca bu ənənə 12 iyun 2011-ci ildəki parlament seçkilərində də özünü göstərərək yenidən 49,83 faiz səslə Ədalət və İnkişaf Partiyası uğur qazandı. Bu dəfə Əhməd Davudoğlunun rəhbərlik etdiyi AKP "Təhlükəsizlik və terrorizmə qarşı mübarizə" kampaniyası çərçivəsində 1 noyabr 2015-ci il tarixində keçirilmiş növbədənkənar seçkiləri 49,5 faiz səslə qazandı və yenidən parlamentdə ən çox dəstəklənən tərəf Ədalət və İnkişaf Partiyası oldu. 16 aprel 2017-ci il referendumu respublika tarixində ən böyük xəyanət cəhdindən sonra keçirildi. 2016-cı ildə FETÖ (Fətullahçı Terror Qruplaşması) tərəfindən dövlət çevrilişi cəhdinin xalqın