Azərbaycanda olan hadisələr
1473 – Malatya döyüşü. Ağqoyunlu hökmdarı Uzun Həsən və Osmanlı sultanı II Mehmedin qoşunları arasındakı döyüşdə türklər məğlub olmuşdur.
Dünyada olan hadisələr
527 – I Yustinian Vizantiyanın imperatoru olmuşdur.
1461 – IV Eduard İngiltərənin kralı olmuşdur.
1571 – Türklərin Kipri fəth etməsi başa çatmışdır.
1774 – Böyük Britaniya kimyaçısı və filosofu Cozef Pristli oksigeni kəşf etmişdir.
1780 – İsveç özünün daimi bitərəfliyini elan etmişdir.
1798 – İngilis donanmaçısı, vitse-admiral Horatsio Nelson Əbukir dəniz döyüşündə Napoleonun ordusunu məğlub etmişdir.
1876 – Kolorado ABŞ-ın 38-ci ştatı elan edilmişdir.
1914 – Alman İmperiyasının Rusiyaya müharibə elan etməsi ilə Birinci dünya müharibəsi başlanmışdır.
1954 – Vyetnamda, Laosda və Kambocada atəşkəs qüvvəyə minmişdir. Fransanın Hind-Çin müstəmləkə müharibəsi başa çatmışdır.
1975 – Helsinkidə 33 Avropa ölkəsinin, ABŞ-ın və Kanadanın iştirakı ilə sülh və əməkdaşlıq müqaviləsi imzalanmışdır.
Bayramlar və xüsusi günlər
- Azərbaycan Dili və Əlifbası Günü
- Benin Respublikasının Müstəqillik Günü
- Trinidad və Tobako Respublikasının Müstəqillik Günü