Yurd yanğısı
Digər xəbərlər

Yurd yanğısı

XX əsrin bəlası – Deportasiya 

Xalqımıza qarşı dəfələrlə amansız divan tutmuş erməni millətçiləri dünya ictimaiyyətinin diqqətini əsl həqiqətdən yayındıraraq öz yaramaz əməllərini Azərbaycan xalqının ayağına yazmışlar.

Qərbi Azərbaycanda tarixən erməni yaşamışdır, yoxsa yox! Əlbəttə, yaşamamışdır. Onlar bu qədim türk ellərinə köçəri tayfalar kimi oradan-buradan gəlib çıxmışlar. Tarixi vərəqləsək bunun bir daha şahidi olarıq. Hay, əslində zay bir millətdir. Ayrı-ayrı dövrlərdə onlar çar Rusiyasının müəyyən dairələrinin əlində bir alət olublar. Onlar harada terror hadisələri törətmək istəyiblərsə, oraya şeytan cildinə girmiş erməni tapıb göndəriblər.

Ermənilər Qərbi Azərbaycanın İrəvan şəhərinə, Zəngəzura, Göyçə mahalına, Vediyə, Dərələyəz mahalına, Zəngibasara ayrı-ayrı illərdə min bir hiylə ilə İran, Türkiyə və digər ölkələrdən gəlib çıxmış, qısa bir vaxtda oraları qan çanağına çevirmişlər.

Erməni qadınları körpə uşaqlarının ayaqları yer tutanda ilk öncə onlara belə bir "xeyir-dua" verirlər: "Gözüaçıq böyüyün, özünüzü türklərdən qoruyun". Bu zəhərli məsləhətlər isə nəsildən-nəslə keçir.

Erməni daşnakları 1905, 1918-1920-ci illərdə elə qanlı faciələrə əl atdılar ki, bunun üçün tarix boyu tökülən qanların baisi kimi məsuliyyət daşıyacaqlar. 1948-1952-ci illərdə 150 min azərbaycanlı Ermənistandan sürgün edilmiş, nəticədə əhali arasında kütləvi qırğın olmuşdur... Qəribədir, görəsən, bu günahsız adamların səfalətə düçar olmasına və qırğınına kim cavab verəcək? 1988-ci ildə ermənilər Mixail Qorbaçovun maymaqlığından istifadə edərək Qərbi Azərbaycandakı soydaşlarımızın son deportasiyasının reallaşdırılmasına nail oldular. Həmin dövrdə Ermənistanın müxtəlif televiziya kanallarında türklərə qarşı filmlər nümayiş etdirdilər, millətçi erməni alimləri tarixi saxtalaşdıraraq anti-Azərbaycan təbliğatı apardılar, küçə və meydanlarda mitinqlər keçirildi, azərbaycanlılara qarşı əsassız iddialar irəli sürdülər.

Babam Məhərrəm və nənəm Reyvə əslən Qərbi Azərbaycanın Kalinino (Vorontsovka) rayonunun Petrovka kəndindən olmuşlar. Onların həmişə gözləri yaşlı idi. Xeyirdə, şərdə doğma yurdlarını xatırlayar, qürbətdə qalan əraziləri ilə bağlı maraqlı epizodlar danışardılar. Hər ikisi ömür-günlərini dağlar qoynunda keçirmişdi. Babam çoban, nənəm Reyvə isə qabaqcıl sağıcı olub. Sinələrini Sovetin orden və medalları bəzəyirdi.

Yadımdadır, balaca idim xəstələndim, hərarətim oldu. Nənəm çox həyəcanlı idi. Tez Kalininodan gətirdiyi sandığı açdı. Oradan eşələyib nar tapdı. Əllərini başıma çəkib narı parçaladı.

- A bala, o yurdun dadı var bu meyvədə, ye, inşallah səni tez sağaldar, - deyə mənə toxtaqlıq verdi.

Hər ikisi həyatdan vətən, yurd, Kalinino deyə köçdü...

2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının Prezident İlham Əliyevlə görüşü oldu. Tədbirdə Qərbi Azərbaycana Qayıdışla bağlı söhbət açıldı, qədim Oğuz elləri, yurd yerlərimiz yada salındı.

Həmin gün sevincdən yata bilmədik. Kimlər bizə zəng etmədi, biz kimlərə zəng etmədik? Hamı bir-birini təbrik etdi. Qayıdış Konsepsiyasının hazırlanması yurd həsrətli insanların hamısında sabaha inam yaratdı. Gözlərimiz önündə Kalinino, Göyçə mahalı, Amasiya, Zəngəzur mahalı, İrəvan şəhəri, Dərələyəz və Qərbi Azərbaycanın digər əraziləri canlandı. Sanki biz özümüzü Arpa çayının, Göyçə gölünün, Zəngi çayının nəğməli sahillərində hiss edirdik.

Vaxt gələcək ata-baba ocağıma dönəcək, gənc həkim kimi insanların sağlamlığı keşiyində duracağam...

Elvira ƏLİYEVA,

Bakı şəhəri, Mərkəzi Dəmiryol

Xəstəxanasının laboratoriya müdiri.