Zəngin potensiala malik ölkəmizdə böyük enerji mənbələri yaradılır
Ölkəmizdə mövcud sabitlik, iqtisadi inkişaf, müasir infrastruktur, əlverişli biznes mühiti və böyük enerji potensialı bərpaolunan enerji növlərinin istehsalı və ixracı sahəsində geniş perspektivlər yaratmışdır. Azərbaycan enerji sahəsində böyük təcrübəsi olan şirkətlərlə birlikdə bərpaolunan yeni enerji güclərinin yaradılmasına hədəflənən iri layihələrin icrasına başlayıb.
Azərbaycanda enerji təhlükəsizliyinə, xüsusilə "yaşıl enerji" siyasətinə münasibətdə uzunmüddətli hədəflər müəyyən edilib. Enerji sahəsində açıq, şəffaf, biznes maraqlarına xidmət edən və nəticələrə hesablanmış əməkdaşlıq və qarşılıqlı dəstək ölkəmizin daimi prinsipləridir. Artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılması sahəsində mühüm nailiyyətlərə imza atılır. Bu, beynəlxalq bazarlarda yeni enerji resurslarının etibarlı təchizatçısı kimi Azərbaycanın mövqeyini daha da artırır və onu gücləndirir. "Biz Laçın və Kəlbəcər rayonlarının su ehtiyatlarından istifadə edərək böyük bir enerji mənbəyi yaradacağıq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin edilən Prezidentin xüsusi nümayəndəsini qəbul edərkən deyib.
Ölkə başçısı bildirib ki, indi Laçın, Kəlbəcər, Zəngilan və digər rayonlarda su elektrik stansiyalarının tikintisi sürətlə gedir, 50 meqavatdan çox enerji alırıq. Birinci inşa edilən stansiya Güləbird kəndində olmuşdur, bu layihə həyata keçirilmişdir. Bütövlükdə isə qarşıya məqsəd qoyulmuşdur ki, azad edilmiş ərazilərdə bu ilin sonuna qədər su elektrik stansiyalarının gücü 200 meqavat olsun, gələcəkdə isə 500 meqavata çatmalıdır. 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmaq əsas hədəflərdəndir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 10 min meqavat üzərində günəş, su və külək enerjisi olmaqla bərpaolunan enerji potensialı var. Bu da kifayət qədər böyük bir göstəricidir. Artıq su elektrik stansiyalarının bərpa olunması, ərazidə külək və günəş enerjisi istehsalı ilə məşğul olacaq xarici partnyorların dəvət olunması, BP və Səudiyyə Ərəbistanın "ACWA Power" şirkətinin cəlb edilməsi "yaşıl energetika" sahəsində böyük imkanlarımızdan xəbər verir.
Qarabağ və Şərqi Zəngəzur bölgələri artıq "yaşıl enerji" zonası elan olunub. Bu bölgədə yalnız bərpaolunan enerji mənbələrindən istifadə ediləcək. Qarabağ və Şərqi Zəngəzurda "yaşıl enerji" 10 min kvadratkilometr ərazini əhatə edir. "Yaşıl enerji zonası"nın yaradılmasına dair tapşırığın icrası çərçivəsində işğaldan azad olunmuş bölgələrdə günəş, külək, biokütlə, termal, geotermal və digər bərpaolunan enerji potensialının öyrənilməsi, ərazilərin koordinatlarının təyin olunması məqsədilə mövcud resurslardan istifadə etməklə külək və günəş enerji stansiyalarının və həmçinin su anbarlarında, göllərdə, kiçik çaylarda su elektrik stansiyalarının tikilməsi ilə enerji təchizatının təmin olunması istiqamətində araşdırmalar aparılmaqdadır. Belə ki, işğaldan azad olunmuş ərazilərdə aparılacaq quruculuq işlərində məhz "yaşıl enerji" layihələrinə üstünlük verilir. İlkin qiymətləndirməyə əsasən, ərazinin günəş enerjisi potensialı 7 200 MVt və külək enerjisi potensialı 2 000 MVt olaraq müəyyən edilib. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi, yəni, illik 2 milyard 560 milyon kubmetri bu ərazilərdə formalaşır.
Aprelin 3-də Bakıda Energetika Nazirliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə keçirilən Azərbaycan-ABŞ "Yaşıl Enerji" Forumunda da bildirilib ki, Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçimi, uzaqgörən siyasi qərar və qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və "yaşıl enerji"yə problemsiz keçidə təminat yaradır. Forumda bərpa olunan enerji sahəsində strateji hədəflər, görülən genişmiqyaslı işlər və reallaşdırılan layihələr haqqında məlumat verilib. 8 ay ərzində "Masdar", "ACWA Power" və "