Xəzinə axtaranlar 150 illik kilsəni qarət ediblər
Dünya xəbərləri

Xəzinə axtaranlar 150 illik kilsəni qarət ediblər

Qarsdakı tarixi kilsə xəzinə ovçularının hədəfinə çevrilib. Kilsənin talan edilməsi reaksiyalara səbəb olub.

"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, Qars qalası ilə üzbəüz köhnə Üçlər məhəlləsində yerləşən gürcü kilsəsi xəzinə ovçuları tərəfindən az qala dağıdılıb. 

Üçlər məhəlləsindəki kilsə bir tərəfdə qazılarkən, digər tərəfdən heyvan sığınacağına çevrilib. Sökülmək ərəfəsində olan kilsənin mühafizə altına alınması lazım olduğuna diqqət çəkən vətəndaşlar öz təəssüf hisslərini bildiriblər: "Qarsda sivilizasiyaya aid çoxlu tarixi tikililər var. Həmin yerlər naməlum şəxslər tərəfindən sökülür. Səlahiyyətlilər bu tarixi strukturlara qarşı daimi tədbirlər görməlidirlər”.

Töhfə SƏMƏDOVA,

"Respublika"