MÜSTƏQİL AUDİTORLARIN HESABATI
"Xəmsə Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin səhmdarına
Maliyyə Hesabatları üzrə audit rəyi
Rəy
Biz "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin ("Şirkət") 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərində təqdim edilən maliyyə vəziyyəti haqqında hesabatları, həmin tarixdə başa çatmış il üzrə məcmu gəlir hesabatı, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin icmalı da daxil olmaqla,maliyyə hesabatlarına qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini aparmışıq.
Bizim fikrimizcə, maliyyə hesabatları 31 dekabr 2022 və 31 dekabr 2021-ci il tarixlərində Şirkətin maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMHS) uyğun olaraq düzgün və ədalətli şəkildə əks etdirir.
Rəy üçün əsas
Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları ("BAS") əsasında aparmışıq. Bu standartlar çərçivəsində nəzərdə tutulan öhdəliklərimiz hesabatımızın Maliyyə Hesabatları üzrə Auditorların Öhdəlikləri bölməsində əks olunmuşdur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Peşəkar mühasiblərin etika məcəlləsi"nə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) ("MBESŞ Məcəlləsi") uyğun olaraq biz Şirkətdən müstəqillik və biz MBESŞ Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.
Rəhbərliyin və maliyyə hesabatlarının idarə edilməsi üzrə məsul tərəflərin öhdəlikləri
Rəhbərlik bu maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanmasına, obyektiv şəkildə təqdim edilməsinə, eləcə də hesabatlarının saxtakarlıq və ya səhvlərdən irəli gələn əhəmiyyətli təhriflər olmadan tərtib edilməsi üçün zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Şirkətin fəaliyyətin fasiləsizliyi prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Şirkət ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyənədək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın fəaliyyətin fasiləsizliyi prinsipi istifadə etmək üzrə məsuliyyət daşıyır. İdarəçilik üzrə məsul tərəflər Şirkətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.
Maliyyə hesabatlarının auditi üzrə auditorların öhdəlikləri
Bizim məqsədimiz bütövlükdə maliyyə hesabatlarında saxtakarlıq və ya səhvlərdən dolayı əhəmiyyətli təhriflərin mövcud olmadığına təminat vermək və rəyimizi əks etdirən auditor hesabatı təqdim etməkdir. Təminat olduqca önəmli olsa da, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit yoxlamasının hər zaman mövcud olan təhrifləri aşkarlayacağına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhvlərdən irəli gələ və bu maliyyə hesabatları əsasında verilmiş iqtisadi qərarlara ciddi təsir göstərə bilər.
Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:
lMaliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki, saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədli buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
lMövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
listifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
lRəhbərliyin uçotun davamlılıq prinsipindən istifadəsinin müvafiqliyin