UNUDULMAZ XATİRƏLƏR
Siyasət

UNUDULMAZ XATİRƏLƏR

Ümummilli lider Heydər Əliyev ixtisaslı kadrların hazırlanmasına, layiq olduqları vəzifələrə irəli çəkilməsinə yüksək diqqət qayğı göstərmişdir. Qadınların ictimai-siyasi fəallıqlarının artırılması, ölkənin sosial-iqtisadi, mədəni həyatında iştiraklarının təmin olunması müdrik rəhbərin daim diqqət mərkəzində olmuşdur. Məhz ulu öndərin misilsiz qayğısı nəticəsində fəal, işgüzar qadınların bir qrupu uzun illər Lənkəran şəhər, Abşeron, Ağdaş, İmişli, Balakən, Siyəzən respublikamızın digər rayonlarına, ali icra hakimiyyəti orqanlarına rəhbərlik etmişlər.

Rəfiqə Məmmədova da müdrik rəhbərin böyük etimad göstərdiyi, Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə qədər yüksələn qabaqcıl, fəal qadınlardan biri olmuşdur.

Rəfiqə xanım Astara rayonunun Ərçivan qəsəbəsində sadə, zəhmətkeş, hamının çörəkçi kimi tanıdığı Əli kişinin ailəsində dünyaya göz açmışdır. İkinci Dünya müharibəsindən sonrakı çətin, ağır illərdə bu ailədə 3 oğlan, 6 qız uşağı böyüyüb ərsəyə çatmışdır.

Doğma qəsəbədə orta məktəbi bitirən Rəfiqə xanım Azərbaycan Dövlət İqtisad Universitetində mühəndis-iqtisadçı ixtisasına yiyələnib. 1958-ci ildə təyinatla Astara Rayon Statistika İdarəsində ilk əmək fəaliyyətinə başlayıb. Burada fəal ictimai-siyasi həyata qoşulub. 1960- ildə əvvəl Astara Rayon Komsomol Komitəsinin ikinci, sonra birinci katibi vəzifəsinə seçilib. 1963- ildə Lənkəran Regional İstehsalat İdarəsinin komsomol komitə katibi kimi məsul vəzifədə çalışıb.

Siyasi fəallığını, yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 1965-ci ildə Astara Rayon Partiya Komitəsinin təbliğat təşviqat şöbəsinin müdiri vəzifəsinə təyin olunub. O illərdə Bakı şəhərində ali partiya məktəbində təhsil alıb. Etimadı layiqincə doğruldaraq bu məsul vəzifədə 5 il işləyib.

1970-ci ildə doğma Ərçivan qəsəbəsində sovxoz direktoru vəzifəsinə təyin olundu. İşlədiyi 3 il ərzində təsərrüfat gerilikdən çıxdı, tərəvəz, yaşıl çay, heyvandarlıq məhsulları istehsalı bir neçə dəfə artdı, əhalinin güzəranı xeyli yaxşılaşdı.

Ulu öndər Astaraya növbəti səfərlərinin birində Rəfiqə xanımın təsərrüfatında oldu. 36 yaşlı gənc direktorun ictimai-siyasi fəallığı, həyata keçirdiyi abadlıq, quruculuq işləri, qazandığı uğurlar rəhbərin diqqətindən yayınmadı.

Ölkə rəhbərinin tövsiyəsi ilə Rəfiqə Məmmədova 1973- ilin iyun ayında Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə seçildi. O, ucqar dağ rayonunun iqtisadiyatının, xüsusən kənd təsərrüfatının, emal sənayesinin inkişafını sürətləndirmək məqsədilə bütün qüvvələri səfərbərliyə aldı. Rayonda rəhbər vəzifələrdə işləmiş, Yardımlı Xeyriyyə Cəmiyyətinin sədri Himayət Mahmudov o dövrü belə xatırlayır:

- Dağ rayonlarının spesifik xüsusiyyətləri vardır. İnsanları zəhmətkeş, torpağa bağlı, sözübütöv olurlar. Rəfiqə xanım ilk gündən əhali ilə sıx ünsiyyət quraraq bütün sahələrdə inkişafa, yüksəlişə nail oldu.

1980-ci ildə rayonda üzüm plantasiyaları 2800 hektara, məhsul istehsalı 8400 tona çatdırıldı. Sırıq Aşağı Astanlı kəndlərində emal müəssisələri tikildi. Aqrar sahə sənaye təməli üzərində intensiv inkişaf etməyə başladı. İlboyu təsərrüfatda özünə tapan kəndlinin vəziyyəti, dolanışığı yaxşılaşdı.

 Rayon mərkəzi ilə yanaşı, kəndlərdə tikinti, quruculuq işləri geniş vüsət aldı. Rəfiqə xanım əzmlə, yüksək işgüzarlıqla işləyir, ölkə rəhbərinin etimadını layiqincə doğrultmağa çalışırdı. Yardımlılılar bu fədakar, zəhmətkeş, alicənab qadını daim hörmətlə xatırlayırlar.

 Rəfiqə xanımın oğlu, ixtisasca iqtisadçı-maliyyəçi olan Şahin Əlizadə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərin yaddaşlara əbədi həkk olunduğunu, heç zaman unudulmayacağını vurğulayaraq deyir:

- 1973- ildə anamın işi ilə əlaqədar ailəmiz Yardımlı rayonuna köçmüşdü. Orada orta məktəbdə oxuyurdum. Anam gərgin rejimdə işləyirdi. Rayonun ən ucqar kəndlərinə gedib ağsaqqallarla, ziyalılarla, sadə zəhmət adamları, mütəxəssislərlə görüşüb məsləhətləşir, bütün sahələrin inkişafına nail olmaq, əhalinin yaşayış səviyyəsini yüksəltmək üçün var qüvvəsi ilə