Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb
Digər xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü Bolqarıstan mətbuatında geniş işıqlandırılıb.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu ölkənin müxtəlif xəbər saytlarında yayımlanan məqalələrdə Ulu Öndər Heydər Əliyevin Vətən və xalqı qarşısında misilsiz xidmətləri barədə məlumat verilib. Yazılarda Ümummilli Liderin Heydər Əliyevin uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və siyasi müdrikliyi ilə tam bir dövlətçilik dahisi olduğu bildirilir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə Ermənistanın hərbi təcavüzünə məruz qaldığı, suveren ərazilərinin 20 faizinin işğal edildiyi, etnik təmizləmə nəticəsində kütləvi şəkildə qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi bir zamanda məhz Heydər Əliyevin səyləri ilə məhv olmaq təhlükəsindən qurtulduğu qeyd edilib.

Ümummilli Liderin başlatdığı hərtərəfli islahatlar sayəsində müstəqil Azərbaycanın müasir və dinamik inkişaf edən güclü dövlətə çevrildiyi bildirilib, habelə onun müəllifi olduğu enerji strategiyasının Azərbaycanı çiçəkləndirməklə yanaşı, o cümlədən beynəlxalq miqyasda ölkəmizin etibarlı tərəfdaş kimi tanınmasına əsas yaratdığı diqqətə çatdırılıb.

Məlumatlarda Heydər Əliyevin daxili siyasətinin Azərbaycana sabitlik gətirdiyi, xarici siyasətinin isə çoxsaylı dost və tərəfdaşlar qazandırdığı və Bolqarıstanın da bu dövlətlərdən biri olduğu göstərilmiş və bu əlamətdar tarixdə Heydər Əliyevin xatirəsinin bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən dərin hörmət və ehtiramla anıldığı qeyd edilib.