Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir
Digər xəbərlər

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir Lənkəran şəhərində keçirilmişdir

"Heydər Əliyev İli" çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən respublikamızın şəhər rayonlarında keçirilən "Heydər Əliyev təhlükəsizlik orqanları" adlı növbəti tədbir Lənkəran şəhərində təşkil olunmuşdur.

Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ziyalılar şəhərin ictimai fəalları iştirak etmişlər.

Ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunduqdan sonra qonaqlar Heydər Əliyev Mərkəzində dahi rəhbərin mənalı ömür yolunu əks etdirən fotostendlərlə yaxından tanış olmuşlar.

Daha sonra Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının suverenliyi müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılmış, ardınca Dövlət Himni səsləndirilmişdir.

Giriş nitqi ilə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbiri açıq elan edərək Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında keçdiyi inkişaf yolu, əsasını qoyduğu siyasi kursun ölkə başçısı cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi barədə ətraflı bəhs etmişdir. Taleh Qaraşov təhlükəsizlik orqanlarının keçən əsrin 50-60- illərində görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri ilə özünün intibah dövrünə qədəm qoyduğunu, xüsusi xidmət orqanlarının tərkibinin azərbaycanlılaşdırılması, milli təfəkkürlü kadrların təhlükəsizlik təsisatına cəlb edilmələrinin bu orqanların sonrakı fəaliyyətinin uğurlu olmasına zəmin yaratdığını vurğulamışdır.

Tədbirdə çıxış edən digər məruzəçilər öz növbələrində Heydər Əliyevin doğma xalqı Vətəni yolunda müstəsna xidmətlərindən söhbət açaraq təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı, xüsusən respublika rəhbərliyinə irəli çəkildiyi vaxtdan sonra canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını bu siyasi gedişlərin nəticəsi özünü bugünkü müstəqil, güclü, dünyanın iqtisadi təhlükəsizlik arxitekturasının formalaşmasında önəmli rolu olan Azərbaycanın nümunəsində tapdığını qeyd etmişlər.

Tədbirin sonunda DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi "Konfidensial" layihəsinin növbəti buraxılışı olan Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş "Port-Pəhləvi" əməliyyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti.