Azərbaycan tarixinin Heydər Əliyev salnaməsi
Milli-mənəvi dəyərləri olmayan millət həqiqi xalq, həqiqi millət ola bilməz.
Heydər Əliyev,
Ümummilli Lider.
Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan dünyada mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı bağlılıq yaradan tarixi məkan kimi tanınır. Azərbaycanın davamlı inkişaf yolunda inamla irəliləməsi ümummilli lider Heydər Əliyevin həyat amalının, Vətən sevgisinin təntənəsidir. Atdığı hər bir addımla bu günün güclü, bütöv Azərbaycanı üçün çalışan dahi şəxsiyyət ölkəmizi yox olmaq təhlükəsinin bir addımlığından xilas edərək onu dünyaya yeni simada təqdim edib. Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündən xalqımızın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başlamış, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmışdır.
Fövqəldüşüncə sahibi dahi liderin siyasətinin əsas fəlsəfəsi mükəmməl olmaqla bərabər, həm də əhatəli idi. Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirmişdir. Heydər Əliyevin müəllifi olduğu və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Ulu öndər Heydər Əliyev xalqda milli heysiyyəti gücləndirmək, onu öz şanlı keçmişinə, soykökünə qaytarmaq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirib. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi gənc müstəqil dövlətimizin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın inkişafına mühüm təsir göstərib. Azərbaycan xalqının tarixində və taleyində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi Heydər Əliyev respublikaya rəhbərliyinin hər iki dövründə milli-mənəvi dəyərlərimizə xüsusi əhəmiyyət verib, milli şüurumuzda inqilabi dəyişikliklər edib. Onun milli lider kimi mühüm xidmətlərindən biri də xalqımızın tarixi tərəqqi yolunu, mənəvi dəyərlərini əks etdirən azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırmasıdır. Azərbaycanın müstəqillik yolunda kövrək addımlarla irəlilədiyi ilk illərdə Heydər Əliyevin ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığı dövlət siyasəti halına gətirməsi, həmçinin XXI əsrin astanasında beynəlxalq miqyasda iqtisadi-siyasi sferada dayanıqlılığı və etibarlı tərəfdaş imici ilə qəbul edilən ölkəmizdə multikulturalizmin dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsi Azərbaycanın dövlətçilik tarixində imza atılan, dönüş xarakterli uğurlardan sayılır. Çünki azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdə görülən işlər özünüdərk duyğularını keçmiş ideoloji sistemin buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin edib, xalqımızın qəlbində illərdən bəri sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır. Ulu öndər xalqın milli heysiyyətini gücləndirmək, onu öz soy-kökünə qaytarmaq, zəngin ədəbi irsini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməli olduğunu çox yaxşı bilir və bu yöndə atdığı hər addımla həyatına təhlükələr yarana biləcəyini də çox gözəl anlayırdı. Müasir Azərbaycanın memarı olaraq tarixə düşən Heydər Əliyev Azərbaycanı hər zaman özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qətiyyətli addımlar atır, əməli işlər görür, özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu. Xalq ümummilli liderini sevir, parlaq zəkasını qiymətləndirir və onun yeritdiyi siyasi kursu dəstəkləyirdi. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqı bundan sonra da bu böyük məktəbdən, ümummilli liderin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq, Azərbaycan Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda əmin addımlarla irəliləyərək yeni zirvələr fəth edəcək. Əminliklə söyləmək olar ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinə olacaq.
Heydər Əliyev müdrik şəxsiyyət kimi bir tarix, salnamə yaradıb, zamanın axarını nizamlamaq qüdrətinə sahib olub. Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun qorunub saxlanması, inkişafı, ölkəmizdə sabitlik və həmrəyliyin təmin olunması bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin öz xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Ümumiyyətlə, Heydər Əliyevin həyat amalı, uzaqgörən siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil dövlət qurmaq idi. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən proseslərdə Heydər Əliyev tarixi şəxsiyyət, lider olaraq Azərbaycan xalqının taleyinə təsir göstərən əhəmiyyətli addımlar atdı. 1993-cü ilin yayında Azərbaycan çətin mürəkkəb şəraitdə olduğu zaman xalqın təkidlə Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyildi.
Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin yeni, əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdış ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyev tarixə müasir müstəqil Azərbaycanın memarı olaraq düşdü. Ümummilli liderin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda Azərbaycan xalqının mənəvi aləmində, milli şüurunda böyük təkamülün, dəyişikliyin yaranmasına gətirib çıxardı. Ulu öndərin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin iqtisadi, siyasi, sosial, mənəvi, habelə ideoloji əhəmiyyəti var idi. Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoydu. Heydər Əliyev özünün gərgin əməyi, uğurlu daxili və xarici siyasət strategiyası ilə ölkəmizin iqtisadi inkişafının, daxili siyasi sabitliyin və əmin-amanlığın, milli-mənəvi dəyərlərə qayıdışın, bu dəyərlərin qorunması və təbliğ edilməsinin rəhninə çevrildi.
Milli-mənəvi dəyərlərin qorunması məsələsi Heydər Əliyevin fəaliyyətində aparıcı xətt kimi özünü göstərib. Ulu öndər istər ailədə, istər hansısa dar çevrədə, istərsə də dövlət idarəçiliyində və cəmiyyətdə daim milli-mənəvi, əxlaqi dəyərlərə sadiq qalmışdır. İdarəçiliyinin bütün mərhələlərində qanunçuluğa, hüquq qaydalarına, ədalətə bağlı olması da əslində, Onun zəngin mənəviyyatından irəli gəlirdi. Böyük strateq həmişə vurğulayırdı ki, Azərbaycan xalqında əsrlər boyu formalaşan milli-mənəvi dəyərlər mədəniyyətdən, əxlaqdan, adət-ənənələrdən və digər insani keyfiyyətlərdən ibarətdir. Onun müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətinin əsasında da məhz bu dayanır.
Heydər Əliyevin prezidentliyi dövründə (1993-2003-cü illərdə) ölkəmizin keçdiyi inkişaf yoluna, qazanılan nailiyyətlərə nəzər saldıqda görürük ki, Azərbaycan, sözün əsl mənasında mühüm zirvələr fəth edib, beynəlxalq münasibətlər sistemində söz və nüfuz sahibinə çevrilib. Bütün bunların nəticəsidir ki, müstəqil Azərbaycan 1993-cü ildən bu günə qədər inkişaf yolunda inamla irəliləyir, qazanılan möhtəşəm uğurlar ölkəmizin qüdrətinin daha da