Ulu Öndərə həsr edilmiş abidənin açılışı
Digər xəbərlər

Ulu Öndərə həsr edilmiş abidənin açılışı

Mayın 5- Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrinin birində Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ulu Öndərə həsr edilmiş abidənin təntənəli açılışı olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev abidənin açılışını etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mədət Quliyev Prezident İlham Əliyevin 2023- ili "Heydər Əliyev İli" elan etməsi haqqında Sərəncamına uyğun olaraq, Müdafiə Sənayesi Nazirliyi tərəfindən görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirildiyini deyib. Bu tədbirlərdə bənzərsiz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin nurlu ideyalarının daha dərindən öyrənilib, təbliğ edilib, Azərbaycanın davamlı tərəqqisi qüdrətlənməsi naminə fəaliyyətdə rəhbər tutulub.

Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyevin bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edildiyini qeyd edən Mədət Quliyev, xalqımızın onun əziz xatirəsini həmişə uca tutduğunu hər zaman minnətdarlıqla xatırladığını vurğulayıb.

Nazir Heydər Əliyevin müstəqil Azərbaycanın müasir müdafiə sənayesinin yaradılmasına inkişafına xüsusi diqqət göstərdiyini, onun rəhbərliyi ilə respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq, ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini bu tədbirlərin bu gün Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Mədət Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin ardıcıl qətiyyətlə həyata keçirdiyi uğurlu siyasi-iqtisadi, hərbi diplomatik strategiyası nəticəsində əks-hücumla başlayan 44 günlük Vətən müharibəsinin tarixi Qələbə ilə başa çatdığını qeyd edib. Nazir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində Prezident İlham Əliyevin müdrik rəhbərliyi sayəsində qazanılmış möhtəşəm Qələbənin parlaq nəticələrindən daha biri - Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulmasını bu tarixi hadisənin xalqımız bütün tərəqqipərvər dünya tərəfindən böyük coşqu rəğbətlə qeyd edildiyini xüsusi vurğulayıb.

Sonra Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, xatirə şəkli çəkdirilib. Tədbir iştirakçıları müəssisədə yerləşən "Heydər Əliyev" muzeyi Müdafiə Sənayesi Nazirliyinin müdafiə təyinatlı məhsullarının sərgisi ilə tanış olublar.

Ülvi QARAYEV,

Respublika”.