Ulu Öndər prokurorluq orqanlarına hər zaman diqqət və qayğı göstərmişdir
Digər xəbərlər

Ulu Öndər prokurorluq orqanlarına hər zaman diqqət və qayğı göstərmişdir

Ümummilli lider Heydər Əliyev çoxşaxəli fəaliyyəti dövründə bütün digər hüquq-mühafizə orqanlarına olduğu kimi, prokurorluq orqanlarına da hər zaman diqqət qayğı göstərmişdir. Bu diqqət qayğının bəhrəsini prokurorluq işçiləri bu gün hiss edirlər.

Əvvəlcə onu qeyd edim ki, Azərbaycan Prokurorluğu bir əsrə yaxın müddət, 80 il ərzində dövlətin etibarlı dayaqlarından biri kimi fəaliyyət göstərsə , prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsinə dövlət tərəfindən heç bir təşəbbüs göstərilməmiş, bununla əlaqədar hər hansı rəsmi tədbir görülməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamından sonra hər ilin 1 oktyabr tarixinin prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd olunmasına başlanılmışdır ki, bu da təkcə tarixi reallığın bərpa olunması deyil, həmçinin hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğun roluna rəsmi münasibətin dövlət qayğısının yüksək səviyyədə təzahürüdür.

Ümummilli liderin 28 noyabr 1998-ci il tarixdə Prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda prokurorluğun fəaliyyətini istiqamətləndirən: "...Azərbaycan Prokurorluğunda sağlam mənəvi mühit yaratmaq lazımdır. Sağlam mənəviyyat hər bir prokurorluq işçisi üçün, qanun keşiyində duran bizim hər bir məmurumuz üçün əsas meyar olmalıdır. Əgər bu yoxdursa, o insan qədər yaxşı işləyirsə işləsin, bizim tələblərimizə cavab verə bilməyəcəkdir, bizim tələbimiz isə qanundur, qanunun aliliyidir, mənəviyyatın da hamısı qanunun içərisindədir. Prokurorluq peşəsi ağır, çətin peşədir, amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün , gələcəkdə olacaqdır, buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm arxalanıram..." kimi dəyərli kəlamlarını hər bir prokurorluq işçisi xidməti fəaliyyətində daim rəhbər tutur.

Hər kəsə, o cümlədən hər bir prokurorluq işçisinə məlumdur ki, prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını qanunvericilik bazasını dahi rəhbərimizin təşəbbüsü əsasında 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil etmişdir. Yeni qəbul edilmiş Konstitusiya ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə, insan hüquq azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmaqla yanaşı, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edildiyini özündə dəqiq əks etdirdi. Ali qanunumuzda ilk dəfə olaraq respublikanın dövlət quruluşu sistemində prokurorluğun layiqli yeri müəyyənləşdirilmiş, məhkəmə hakimiyyəti sisteminə daxil edilən prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət istiqamətləri, səlahiyyət dairəsi vəzifələri qanunvericilik qaydasında təsbit edilmişdir. Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında 7 dekabr 1999-cu il tarixdə "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi isə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaratmaqla bərabər, prokurorluq orqanlarının daha da demokratikləşməsini, qanunçuluğun insan hüquqlarının aliliyinin real təminatçısına çevrilməsini təmin etmişdir. Bundan sonra, beynəlxalq hüquq normalarına, demokratik prinsiplərə milli ənənələrə uyğun hazırlanmış "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları xüsusi geyim forması haqqında", "Prokurorluğun rəsmi emblemi haqqında" Azərbaycan Respublikası Qanunlarının digər normativ-hüquqi aktların qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənməsi prosesi dövrün tələblərinə beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir. Ümummilli liderin prokurorluq işçilərinin rifahının yaxşılaşdırılmasına xidmət edən "Azərbaycan Respublikası Prokurorluq orqanları işçilərinin maddi sosial təminatı haqqında" 8 oktyabr 2002-ci il tarixli Sərəncamı isə hər bir prokurorluq işçisində böyük ruh yüksəkliyinin yaranmasına səbəb olmuşdur