“Ukrayna ordusu Krıma girsə, Rusiyanın nüvədən istifadə etmə ehtimalı ola bilər”.
“Respublika” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç deyib.
Arestoviç bildirib ki, Putin beynəlxalq ictimaiyyətə təsir etmək məqsədilə nüvə şantajından, döyüş hazırlığının artırılmasından və hədələrdən istifadə edə bilər: “Çinlilər və türklər isə Rusiyanın nüvə silahından istifadəsinin qəti əleyhinədirlər. Nüvə silahının kütləvi istifadəsi təhlükəli olacaq. Bu, həmçinin ABŞ və Avropanın da reaksiyasına səbəb olmaqla yanaşı, bütün müqavilələri pozacaq, dünya təhlükəsizliyinə təhdid yaradacaq”.
“Bu kimi halların qarşısını almaq məqsədilə bütün lazımi tədbirlər görüləcək. Əgər nüvə silahı istifadə edilsə, Qərb Ukrayna ərazisindəki Rusiyanın donanmasını məhv edəcək. Bu silahdan bizə qarşı istifadə edilərsə, Ukrayna da qısa zamanda öz nüvə silahını yaratmaq iqtidarındadır” – deyə, sabiq müşavir bildirib.
Nəzrin ELDARQIZI,
“Respublika”.