Bildiyimiz kimi, 44 günlük Zəfər qələbəmizin ardınca imzalanmış 10 noyabr Bəyanatından sonra Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirilib. Məqsəd isə Azərbaycan və Ermənistan arasında olan münaqişəni dayandırmaq və qarşısını almaq idi. Lakin Rusiya bəyanatda göstərilən müddəaların həyata keçirilməsinə dəstək verib, əvvəllərdə olduğu kimi, bir daha Azərbaycan tərəfinin etimadını doğrultmadı.
Vəzifələri sakitlik və əmin-amanlığı təmin etmək olan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlar atırlar. Zəfər qələbimizin üstündən iki il yarım keçməsinə baxmayaraq, hələ də bəyanatın 4-cü bəndi yerinə yetirilmir. Orada qeyd edilib ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağ bölgəsindən qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməlidir. Lakin bu maddə elə söz olaraq da qalıb, Rusiya hərbçiləri tərəfindən tam olaraq həyata keçirilmir. Əksinə, rus sülhməramlıları faktiki olaraq qondarma qurum "rəsmiləri" üçün qalxan rolunu oynayır. Maraqlı məqam orasıdır ki, sülhməramlılar nə bəyanatın şərtlərini düzgün yerinə yetirmir, nə də qərəzsiz formada öz mövqelərini bildirmir. Ötən illərdə sülhməramlı kontingentin ermənilərlə yayılan səmimi, əyləncə görüntüləri elə necə deyərlər çıxan şaiyələrin təsdiqidir. Bu məqamda ortaya belə bir sual çıxır, rus sülhməramlı kontingenti sülhü qoruyur, yoxsa erməniləri?
Yerləşdikləri gündən bu yana ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır və ən əsası da orada yaşayan ermənilərə ərzaq təminatını həyata keçirir. Hətta sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə Ermənistan rəsmilərinin, xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Azərbaycan tərəfinin dəfələrlə kəskin şəkildə etiraz etməsinə baxmayaraq, buna əhəmiyyət vermir, rahat formada Laçın dəhlizindən keçib bizim ərazilərə daxil olmaq üçün onlara şərait yaradırlar. Deyəsən, onlar dəhlizin mahiyyətini ya unudub, ya da səhv salıblar. Çünki Laçın dəhlizinin əsas məqsədi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün müvəqqəti olaraq yaradılan körpüdür. Bununla yanaşı, Azərbaycan tərəfindən göndərilən TIR-ların keçidinə maneə törədir və ermənilərin buna müdaxilə etməsinə icazə verirlər. Təsadüfi deyil ki, yanvarın 27-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədi ilə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb və qarşılıqlı atışma başlayıb. Nəticədə, Şəhriyar Əlibəyli və Eşqin Hüseynov şəhid olublar. Bunların hamısı Rusiya sülhməramlı kontingentinin nəzarəti zamanı baş verib. Həmçinin bölgədə ermənilər tərəfindən qanunsuz basdırılmış minalar aşkarlanıb. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi tərəfindən Ağdərə və Xocavənd rayonlarının "Mardakert" və "Martuni" kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməkdən başqa bir şey deyil. Bu hallar yolverilməzdir. Rusiya tərəfinin və siyasi elitasının buna məhəl qoymaması, olanlara göz yumması bunu deməyə əsas verir ki, Qarabağ bölgəsində vəziyyəti yenidən "dondurulmuş münaqişə" halına gətirmək və problemi gələcəyə daşımaqla, ermənilərin ağır məğlubiyyətdən özünə gəlməsinə şərait yaratmaq istəyirlər. Məhdud müddətə göndərilən sülhməramlıların ilkin vəzifəsi münaqişəni alovlandırıb, qanunsuz işlərə icazə vermək yox, sülhü bərqərar etmək olmalı idi. Cəmi 5 illiyinə bölgədə olan sülhməramlılar etimadı doğrultmadılar. Atılan bu addımlar isə Rusiyanın rəsmi mövqeyi ilə də ziddiyyət təşkil edir. Ermənistanın riyakarlığına sözün əsl mənasında göz yumur və daima onu dəstəkləyir. Ermənistanın daxilində isə anti-Rusiya üsyanları gündən-günə artır və çoxalır.
Hazırda Ermənistan Qərbə doğru yönəlib və öz "bacısı" ilə yanaşı, irəliləyərək Rusiyanı necə deyərlər, saymır. Fransa və İrandan dəstək alan və Rusiyanı bəyənməyən Ermənistan bunu açıq şəkildə bəyan edir. Lakin Rusiyanın buna məhəl verməməsi